05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

Türkdilli Ölkələrin iclası keçirilib

Noyabrın 24-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) ətraf mühit və təbii ehtiyatlar komissiyasının ikinci iclası keçirilib. Azərtac xəbər verir ki, iclası komissiya sədri, Azərbaycanın TürkPA-da nümayəndə heyətinin üzvü, deputat Əhliman Əmiraslanov açıb.İclasın gündəliyinə “Qlobal iqlim dəyişikliyi: üzv ölkələr üçün səbəbləri və nəticələrinə dair hesabat məruzəsinin layihəsi”, eyniadlı qərar və tövsiyə layihələri, o cümlədən “Türkdilli ölkələrdə səhralaşma ilə mübarizə üzrə ekspert toplantısının hesabat layihəsi” daxildir.Layihələr səsə qoyularaq ilkin olaraq TürkPA-nın plenar iclasına tövsiyə olunub, məruzəçilər təsdiqlənib.xeber100.com

Noyabr 24, 2016 12:30

Müdafiə Nazirliyinin məlumatı…

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Mərzili, Baş Qərvənd, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Noyabr 22, 2016 10:37

Beynəlxalq forum öz işinə başlayıb

Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda beynəlxalq forum öz işinə başlayıb.Azərtac xəbər verir ki, forumun təşkilinin məqsədi ölkəmizin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmiş multikulturalizmin Azərbaycan modelinin təbliği, Qarabağın tarixi haqqında həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasıdır.xeber100.com    

Noyabr 22, 2016 10:35

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 21, 2016 1:57

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün”…

Fransanın “islamnews.fr” saytında “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquqa riayət etməyə çağırır” adlı məqalə dərc olunub.Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 20-ci əsrin əvvəllərində (1919-cu ildə ingilislər və 1921-ci ildə sovetlər tərəfindən) başladığı və bu ərazilərin ölkəmizə məxsus olduğu diqqətə çatdırılır. O da qeyd olunur ki, Ermənistan qoşunlarının bu ərazilərdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı, eləcə də bu təşkilatın Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi 62/243 saylı qətnamələrinə riayət etmir, Azərbaycanın tarixi torpaqlarını hələ də qeyri-qanuni olaraq işğal altında saxlayır.xeber100.com

Noyabr 21, 2016 1:53

NATO Parlament Assambleyasının 62-ci sessiyasından…

Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İstanbulda keçirilən NATO Parlament Assambleyasının (PA) 62-ci sessiyası noyabrın 21-də işini davam etdirir.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sessiyada çıxış edir.Qeyd edək ki, sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.xeber100.com

Noyabr 21, 2016 12:50

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şirvanlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 20, 2016 1:05

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Barekamavan, Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 19, 2016 3:30

Əməkdaşlıq perspektivləri müzakirə olunacaq

Cavanşir Feyziyevin rəhbərliyi ilə deputatlar Ülviyyə Ağayeva və Asim Mollazadə qurum çərçivəsində keçiriləcək görüşlərdə iştirak etmək üçün noyabrın 20-də Fransanın Strasburq şəhərinə səfərə yola düşəcəklər.Qeyd edək ki, Milli Məclisin 30 sentyabr 2016-cı il tarixli Qərarına əsasən Avropa Parlamenti ilə əməkdaşlıq yenidən bərpa olunduqdan sonra bu, qarşı tərəfin dəvəti əsasında Azərbaycan deputatlarının həyata keçirdikləri ilk səfərdir.Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyətimiz Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimlə, komitə üzvləri ilə, həmçinin Avropa Parlamentinin bir sıra komitə və alt komitələrinin sədrləri və üzvləri ilə görüşlər keçirəcək. Söhbət zamanı Milli Məclislə Avropa Parlamenti arasında münasibətlərin hazırkı durumu və inkişaf meyilləri müzakirə olunacaq.Görüşlərdə, həmçinin ikitərəfli münasibətlərin inkişafına mane olan amillərin aradan qaldırılması, ölkəmizə qarşı Avropa Parlamentində müəyyən siyasi qrupların mənafelərinə xidmət edən qərəzli sənədlərin bundan sonra qəbuluna yol verilməməsi üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq.xeber100.com

Noyabr 19, 2016 3:20

NATO Parlament Assambleyasının 62-ci sessiyasında…

Ermənistan öz ordusunu işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmayanadək Türkiyə bu təcavüzkar ölkə ilə əlaqələr qurmayacaq, o cümlədən sərhədlər açılmayacaq.Bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında söyləyib.Nazir çıxışında saxta “erməni soyqırımı”, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımı, erməni terror təşkilatlarının türk diplomatlarına qarşı həyata keçirdikləri ağır terror aktları ilə bağlı həqiqətləri sessiya iştirakçılarının diqqətinə çatdırıb.xeber100.com

Noyabr 19, 2016 3:12
    Page 228 of 270« First«...102030...226227228229230...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az