03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

Əməkdaşlıq perspektivləri müzakirə olunacaq

Cavanşir Feyziyevin rəhbərliyi ilə deputatlar Ülviyyə Ağayeva və Asim Mollazadə qurum çərçivəsində keçiriləcək görüşlərdə iştirak etmək üçün noyabrın 20-də Fransanın Strasburq şəhərinə səfərə yola düşəcəklər.Qeyd edək ki, Milli Məclisin 30 sentyabr 2016-cı il tarixli Qərarına əsasən Avropa Parlamenti ilə əməkdaşlıq yenidən bərpa olunduqdan sonra bu, qarşı tərəfin dəvəti əsasında Azərbaycan deputatlarının həyata keçirdikləri ilk səfərdir.Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyətimiz Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimlə, komitə üzvləri ilə, həmçinin Avropa Parlamentinin bir sıra komitə və alt komitələrinin sədrləri və üzvləri ilə görüşlər keçirəcək. Söhbət zamanı Milli Məclislə Avropa Parlamenti arasında münasibətlərin hazırkı durumu və inkişaf meyilləri müzakirə olunacaq.Görüşlərdə, həmçinin ikitərəfli münasibətlərin inkişafına mane olan amillərin aradan qaldırılması, ölkəmizə qarşı Avropa Parlamentində müəyyən siyasi qrupların mənafelərinə xidmət edən qərəzli sənədlərin bundan sonra qəbuluna yol verilməməsi üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq.xeber100.com

Noyabr 19, 2016 3:20

NATO Parlament Assambleyasının 62-ci sessiyasında…

Ermənistan öz ordusunu işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmayanadək Türkiyə bu təcavüzkar ölkə ilə əlaqələr qurmayacaq, o cümlədən sərhədlər açılmayacaq.Bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında söyləyib.Nazir çıxışında saxta “erməni soyqırımı”, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımı, erməni terror təşkilatlarının türk diplomatlarına qarşı həyata keçirdikləri ağır terror aktları ilə bağlı həqiqətləri sessiya iştirakçılarının diqqətinə çatdırıb.xeber100.com

Noyabr 19, 2016 3:12

Müdafiə Nazirliyinin məlumatı…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini, ümumilikdə, 38 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Ağdam rayonunun Şirvanlı, Yusifcanlı, Sarıcalı, Cəvahirli, Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 18, 2016 2:58

XVI Baş Assambleyasının birinci plenar sessiyası keçirilib

Noyabrın 18-də Bakıda, “Absheron Marriott Baku” otelində Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birinci plenar sessiyası keçirilib. Azərtac xəbər verir ki, sessiyaya moderatorluq edən OANA-nın baş katibi, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail QUSMAN təşkilatın ali orqanının toplantısında 40 agentliyin 80-dən çox rəhbərinin və təmsilçisinin iştirak etdiyini bildirdi.Sonra OANA-nın XVI Baş Assambleyasının gündəliyi səsə qoyularaq təsdiq edildi.OANA-nın prezidenti, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey MİXAYLOV çıxış edərək bildirdi ki, son illər informasiya texnologiyalarının inkişafı nəticəsində sosial şəbəkələrin sürətli tərəqqisi media məkanında yeni dövrün yaranmasına səbəb olub. Məhz bu yeni dövrdə, xüsusən də jurnalistlərin bəzi ölkələrdə zorakılıqlara məruz qalmaları halları nəzərə alınaraq, OANA-nın tərkibində etika komitəsi yaradılıb.OANA-nın bir sıra regional və beynəlxalq qurumlarla fəal əməkdaşlıq etdiyini deyən S.Mixaylov jurnalistikanın inkişafında xidmətləri olan şəxslər üçün xüsusi mükafatın təsis edildiyini diqqətə çatdırdı.xeber100.com  

Noyabr 18, 2016 2:55

Bu gün Milli Dirçəliş günüdür

Milli Dirçəliş günü — 17 noyabr 1992-ci ildə elan olunub.1988-ci ilin noyabr-dekabr aylarında bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapıb. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.xeber100.com

Noyabr 17, 2016 1:55

Müdafiə Nazirliyinin məlumatı…

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 59 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Kəmərli kəndlərində, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altında olan Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Sarıcalı, Cəvahirli, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 16, 2016 1:55

İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclası keçirilib

Noyabrın 16-da Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası keçirilib.Azərtac xəbər verir ki, iclasın gündəliyində bir neçə layihə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin sərgisinin təşkili, 2017-ci ildə Soçidə Gənclərin və Tələbələrin Festivalının keçirilməsinə dəstək layihələri nəzərdə tutulur.xeber100.com  

Noyabr 16, 2016 1:43

Xarici İşlər Nazirliyinin məlumatına görə…

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfərə yola düşüb. XİN-in mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, səfər əsnasında nazir Elmar Məmmədyarovun Portuqaliyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq.xeber100.com

Noyabr 15, 2016 2:25

Silahlı Qüvvələrin irimiqyaslı təlimləri davam edir

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində “Həyəcan” siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordusunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təmin edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusunun artilleriya birləşmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə təlimlər keçirilir.Döyüşdə tibb təminatının yüksək səviyyədə təşkili üçün tibb bölmələri səhra şəraitində açılaraq müvafiq tapşırıqları yerinə yetirməyə hazırdır.xeber100.com

Noyabr 15, 2016 2:16

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 14, 2016 10:57
    Page 229 of 270« First«...102030...227228229230231...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az