İlham Əliyev dağıdılmış Zəngilan məscidinin önündə beynəlxalq təşkilatlara çağırış etdi

Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib.Azərtac xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dağıdılmış Zəngilan məscidinin qarşısında çıxış edərkən bildirib.Dövlətimizin başçısı deyib ki, düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb?“Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir ”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.Dağıdılmış məscidin önündə UNESCO-ya, Avropa Şurasına bir daha çağırış edən dövlətimizin başçısı deyib: “Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər?”.xeber100.com

Dekabr 24, 2020 3:04

CƏNAB PREZİDENT, AD GÜNÜNÜZ MÜBARƏK!

24 dekabr Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan  İlham Əliyevin dünyaya göz açdığı gündür. İlham Əliyevin keçdiyi həyat yoluna nəzər salsaq görərik ki, 17 illik prezidentliyi dövrün Azərbaycan dünya ölkələrində necə təbliğ olundu, diplomatik danışıqlarda haqqlarımız necə müdafiə olundu. Bir qədər əvvələ qayıdaq… 2003-cü il…Ulu öndər Heydər Əliyev prezident seçkilərindən öncə xalqa müraciətində "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" demişdir. Bu, sadəcə dünyagörmüş bir liderin özündən sonra davaçmçısı olaraq gələn gənc lider haqqında deyilmiş gəlişi gözəl sözlər deyildi, eyni zamanda bir atanın oğluna olan vəsiyyəti idi... 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanan İlham Əliyev andiçmə mərasimində bildirdi ki, Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir: “Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik". 15 oktyabr 2008-ci il...Prezident seçkilərində xalqın 88,73 səsini qazandı və seçki proqramında qarşıdakı illərdə görüləcək işləri diqqətə çatdırdı. Vədini yenə də tutdu, xalqın etimadını doğrultdu. Görülən işlər içində, beynəlxalq neft-qaz layihələrinin gerçəkləşməsi, iqtisadi tərəqqiyə görə ölkəmizin dünyada lider dövlətə çevrilməsi, Azərbaycanın Qərb dünyasına inteqrasiyası, xalqın həyat səviyyəsinin yüksəlməsi, torpaqlarımızı işğaldan azad etməyə qadir olan ordu yaradılması, regionlarımızın müasirləşdirilməsi, işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün görülmüş böyük işlər dayanırdı. Görülən işlər çox olsa da, qarşıda həllini gözləyən o qədər işlr var idi ki... Azərbaycanın ərazi bütövlüyünün  beynəlxalq aləmdə təsdiq edilməsi,  daha geniş miqyasda dəstəklənməsinə nail olunması, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi, ölkə neftinin dünya bazarlarına çıxarılmasını nəzərdə tutan neft strategiyasının başa çatdırılması, neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi, milli həmrəyliyin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi və s. kimi işlər... Ölkənin uzunmüddətli inkişaf proqramlarını müəyyənləşdirən prezident bütün çıxışlarında deyirdi ki, Azərbaycanda heç bir çadır şəhərciyi qalmamalı, yoxsulluğun minimum səviyyəyə endirilməsi üçün ciddi tədbirlər görülməli, regionların hərtərəfli inkişafı üçün Dövlət proqramları qəbul edilib icrasına başlanılmalı, ölkənin elektrik enerjisi və yanacaq qazı ilə təmin olunmasına dair proqramlar hazırlanmalı, bütün istiqamətlərdə infrastruktur layihələri icra olunmalı, qeyri-neft sektoru inkişaf etdirilməli, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün digər zəruri tədbirlər görülməlidir və onu da əlavə edirdi ki, biz Azərbaycan xalqı üçün işləyirik. Xalq bizə bu etimadı göstərib və biz də bu etimadı doğrultmalıyıq. 2013-cü il...İlham Əliyev üçüncü dəfə ölkə prezidenti seçildi, ölkə başçısı olaraq tutduğu siyasi yolda eyni xətlə davam etdi, yarlmçıq işləri tamamladı, yeni layihələrə imza atdı... 2018-ci ildə 86,03% səslə dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçildi. Eyni ahənglə prezidentlik illərini uğurla davam etdirməyə başladı. İqtisadiyyatın dinamik inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artması, milli-mənəvi və demokratik dəyərlərimizə ehtiramın güclənməsi, xarici diplomatiyamızın uğurları, qeyri-neft sektorunun yeni inkişaf mərhələsinə qaldırılması, regionlarda yeni sənaye müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin istifadəyə verilməsi, böyük həcmdə tikinti-quruculuq işlərinin görülməsi və s. heç də görülən işlərin tam siyahısı deyil. Bu illər ərzində prezidentin gördüyü işlərdən razı qalan Azərbaycan xalqının başqa bir gözləntisi də vardı, Qarabağın işğaldan azad olunması...Sanki düyünə düşmüş torpaq həsrəti yaddan çıxmışdı və ya Qarabağ məsələsi daima arxa planda qalırdı və daha nələr  düşüncələrimizə hakim olmağa başlamışdı. Görünən tərəf ümidsizlik vəd edirdi, Azərbaycan inkişaf etdikcə, Qarabağ unudulur... Görünməyən tərəfdə isə siyasi əzmi heç tükənməyən, sarsılmayan, danışıqlar masasında Qarabağı bir an olsun yaddan çıxmağa qoymayan bir LİDER var idi. 2020-ci ilin sentyabr ayında başlayan II Qarabağ Müharibəsi bunun canlı sübutudur. Bu müharibədə müzəffər orumuzun gücü, Ali Baş Komandanın  siyasi mövqeyi, sərt çıxışları, dünya liderlərinə səslənərək haqqımıza sahib çıxması, xalqın onun ətrafında birləşməsi nəticəsində daha böyük əzmlə “SAVAŞ” elan etməsi, geriyə baxmadan sadəcə “İRƏLİ” deməsi və nəhayət 44 günlük müharibədən sonra 45-ci gündə QƏLƏBƏ sevincini yaşamaq, Şuşanın azad olunduğu gün xalqa müraciətində “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deyilən sözlər, bütün bunlar yaxın günlərdə baş verənlərdi... Azərbaycan Respublikasının Prezidenti olduğu 17-ci ildə o, Qarabağda tarix yazdı, Xalqın səsi, sözü oldu... Həyat davam edir, yol uzun, görüləcək işlər hələ də çoxdur. Cənab Preziident, Ali Baş Komandanımız, Sizi ad gününüz münasibətilə təbrik edir, “Azərbaycan Xalqı daima sizinlədir” deyirik.xeber100.com      

Dekabr 24, 2020 2:57

“El Pais” qəzeti ölkəmizin Qarabağ müharibəsindəki qələbəsindən yazır…

İspaniyanın “El Pais” qəzetində Ermənistanın Azərbaycan ərazilərində törətdiyi dağıntılardan, ölkəmizin Qarabağ müharibəsindəki qələbəsindən bəhs edən məqalə dərc olunub.Azərtac xəbər verir ki, məqalənin müəllifi, bölgəyə ezam olunmuş Andres Mourenza Azərbaycan Silahlı Qüvvələrinin altı həftəlik müharibədən sonra azad etdiyi ərazilərə nəzarəti bərpa etdiyini bildirir.İşğaldan azad edilmiş Ağdam şəhərinin dağıntılardan ibarət görüntüsünü təqdim edən müəllif yazır ki, şəhərin 40 min sakini 1993-cü ildə Ermənistan tərəfindən işğal edilən zaman doğma yurdlarından didərgin salınıb. Onların evləri darmadağın edilib və beləliklə, Ağdam “ruhlar şəhəri”nə çevrilib. İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam azad olunub və Azərbaycan tərəfi oranı yenidən bərpa edib əzəli sahiblərinin yaşaması üçün şərait yaradacaq.Hazırda bölgənin minalardan təmizlənməsi istiqamətində işlərin görüldüyü diqqətə çatdırılan məqalədə işğaldan azad olunmuş Füzuli şəhəri haqqında da məlumat verilir. Müəllif 30 il erməni əsarətində qalmış Füzuliyə gedən yolda Ermənistan silahlı qüvvələrinə məxsus vurulmuş tankların və digər sursatların olduğunu qeyd edir.Məqalədə Ermənistanın Azərbaycanın mülki əhalisinə və infrastrukturuna qarşı həyata keçirdiyi raket hücumlarından da söhbət açılır.Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncənin oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması barədə məlumat verilir. Qeyd olunur ki, bu bombardman nəticəsində onlarla ev dağılıb, insanlar həlak olub. Eyni zamanda, Bərdə şəhərinə də raket zərbələrinin endirildiyi, evlərin dağıldığı, insanların öldüyü diqqətə çatdırılır.xeber100.com

Dekabr 23, 2020 1:59

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin məlumatı

Son dövrdə Niderland Krallığının parlamenti tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən və tam qərəzli qətnamələrin qəbul edildiyini müşahidə edirik. Belə ki, oktyabrın 7-dən etibarən Niderland parlamentinin Nümayəndələr Palatası tərəfindən bölgədəki vəziyyətlə bağlı qəbul olunmuş 11 qətnamə birtərəfli xarakter daşımaqla, əsassız və qərəzli iddiaları əks etdirib, açıq anti-Azərbaycan və anti-türk mövqeyi sərgiləyib. Dekabrın 17-də qəbul olunmuş “Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi ilə bağlı” qətnamədə yenidən həqiqət təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialar əks olunur.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Niderland parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edir və ölkənin Nümayəndələr Palatasını birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq.Niderland, eləcə də parlamentləri qərəzli mövqe nümayiş etdirən digər Avropa dövlətləri bu mövqeləri ilə ədavəti alovlandırmaq yerinə, 10 noyabr tarixli birgə bəyanatla bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verə bilər.xeber100.com

Dekabr 20, 2020 3:09

Moldova mətbuatı ermənilərin təxribatından yazır…

Moldovanın “AVA”, “Noi”, “IPN” və “Deschide” xəbər agentlikləri Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi ərazisində erməni silahlı birləşmələrinə qarşı keçirilən antiterror əməliyyatına dair məqalə yayıb.Azərtac xəbər verir ki, məqalənin müəllifi səfir Qüdsi Osmanov noyabrın 26-da işğaldan azad olunmuş Xocavənd rayonunun Sur kəndində Azərbaycan Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuzun öldürüldüyü, 2 nəfərin yaralandığı, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçunun həlak olduğu və “Azercell” şirkətinin əməkdaşının ağır yaralandığı barədə məlumat verib. O, bütün bunların arxasında Ermənistanın qanunsuz hərbi birləşmələrinin dayandığını qeyd edib. Səfir bildirib ki, qeyd olunanları nəzərə alaraq, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə antiterror əməliyyatı keçirmək məcburiyyətində qalıb.Məqalədə qeyd edilir ki, atəşkəs razılaşmasının imzalanmasından sonra Azərbaycan tərəfi erməni silahlı birləşmələrinin geri çəkilməsi üçün hər cür şərait yaradıb, həmçinin Rusiya sülhməramlıları tərəfindən də erməni silahlı birləşmələrinin ərazidən çıxarılması üçün lazımi tədbirlər görülüb. Buna baxmayaraq, onlar bu ərazini tərk etməyib, döyüş mövqeləri yaradıb və son günlərdə bölgədəki azərbaycanlı mülki şəxslərə və hərbi qulluqçulara qarşı təxribat törədiblər.Diplomat ermənilərə Azərbaycan Prezidenti İlham Əliyevin bu sözlərini xatırlamağı tövsiyə edib: “Əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək”.xeber100.com

Dekabr 20, 2020 3:05