Dövlət Miqrasiya Xidmətinin məlumatı…

Oktyabrın 12-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçiriləcək. Dövlət Miqrasiya Xidmətindən Azərtac-a bildiriblər ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib: MDB iştirakçı dövlətlərdə miqrasiyanın vəziyyəti haqqında; “MDB iştirakçı dövlətlərin 2015-2019-cu illər üçün qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə əməkdaşlıq Proqramı”nın 2015-ci ildə icrası haqqında; MDB iştirakçı dövlətlərin vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bazasının yaradılması məsələsi ilə bağlı işçi qrupun iclasının nəticələrinə və qeyd edilən məlumat bazasının Əsasnaməsinin işlənilməsi haqqında; Vətəndaşsızlıq hallarının azaldılmasında Azərbaycan Respublikasının təcrübəsi haqqında; MDB iştirakçı dövlətlərin ərazilərinə fövqəladə qaydada kütləvi axın edən şəxslərin qəbulu təcrübəsi haqqında; Miqrasiya sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın vəziyyəti haqqında; Belarus Respublikası miqrasiya orqanlarının ölkədə yaşamanın leqallaşdırılmasının bir üsulu kimi əcnəbi və vətəndaşlığı olmayan şəxslərin saxta nikahlarının aşkarlanması təcrübəsi haqqında; MDB iştirakçı dövlətlərdə əmək fəaliyyətinin həyata keçirilməsi üçün əməkçi miqrantların mütəşəkkil qaydada cəlb olunmasının ümumi prinsip və mexanizmlərin realizasiyasına dair ikitərəfli sazişlərin hazırlanmasının gedişi haqqında; Aşkar edilmiş qanunsuz miqrasiya kanalları haqqında; MDB iştirakçı dövlətlərin miqrasiya sahəsində üçüncü ölkələrlə bağladığı beynəlxalq sazişlər haqqında; Pasportların, giriş vizaların, MDB iştirakçı dövlətlərin ərazisinə giriş-çıxış və ölkədə olma zamanı istifadə edilən digər sənədlərin texniki və digər mühafizəsi üsullarının təkmilləşdirilməsi təcrübəsi haqqında; MDB iştirakçı dövlətləri vətəndaşlarının qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına dair təcrübə; MDB iştirakçı dövlətlərin ərazisinə daxil olan üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərinin vahid uçot sisteminin yaradılması işinin gedişi haqqında; MDB üzv dövlətlərinin miqrasiya sahəsində əməkdaşlığa dair hüquqi aktlarının inventarlaşdırılması haqqında; MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 2017-ci ilin iş planı haqqında; Miqrasiya Orqanları Rəhbərləri Şurasının 2017-2018-ci illər üçün iclaslarının keçirilmə cədvəli haqqında; MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasında 2017-ci ildə sədrliyi haqqında; MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının növbəti iclasının gündəliyi, keçirilmə tarixi və yeri haqqında mövzular müzakirə olunacaq.xeber100.com

Oktyabr 10, 2016 11:27