03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

Deputatlar AŞPA-nın payız sessiyasında iştirak edəcəklər

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-dan Fransanın Strasburq şəhərində səfərdə olacaqlar. Parlamentin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, nümayəndə heyətinə deputatlar Vüsal Hüseynov, Qənirə Paşayeva, Rövşən Rzayev, Sahibə Qafarova, Rafael Hüseynov, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Müslüm Məmmədov, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər.xeber100.com

Oktyabr 8, 2016 8:20

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtaac-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Goranboy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Oktyabr 7, 2016 1:20

Ankarada simpozium keçirilir

Azərbaycan və Orta Asiya ölkələrinin müstəqilliklərinin 25-ci ildönümü münasibətilə Ankarada simpozium keçirilir. Əhməd Yesevi Universiteti tərəfindən təşkil edilən tədbirdə Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunur. Simpoziumun açılışında Türkiyə, Azərbaycan və Orta Asiya respublikalarının dövlət, hökumət və parlament nümayəndələri, diplomatik missiyanın və türk dünyasının birliyi istiqamətində fəaliyyət göstərən qurumların rəhbərləri, nüfuzlu elm adamları iştirak edirlər.xeber100.com

Oktyabr 7, 2016 1:17

“The Washington Times” qəzeti yazır…

“The Washington Times” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Roma Papasının tarixi səfəri” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Roma Papası Fransiskin Azərbaycana bu yaxınlardakı səfərindən danışılır. Diplomat yazır ki, katolik kilsəsi başçısının vaxtilə keçmiş Sovet İttifaqının bir hissəsi olmuş Qafqaz regionuna səfəri özlüyündə əhəmiyyətlidir, lakin əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət dünyəvi dövlət olan Azərbaycana gəlməsinin dərin mənası var. O da diqqətəlayiqdir ki, bu, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonrakı 25 il ərzində Roma Papasının bu ölkəyə ikinci səfəridir: II İohann Pavel 2002-ci ildə Bakıya səfər etmişdi.xeber100.com

Oktyabr 7, 2016 1:03

Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu…

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə yol sülh danışıqlarıdır. Apa-nın xəbərinə görə, bu barədə Roma Papasının rəsmi saytı xəbər verib. Roma Papası Fransisk regiona səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında sülh danışıqlarının aparılmasıdır. “Mən digər yol görmürəm. Digər yol müharibədir, müharibə isə daim faciələrlə müşahidə olunur.  Və əlbəttə ki, sülhə nail olmaq üçün daim durmadan dua etmək gərəkdir”, - deyə Fransisk vurğulayıb.xeber100.com

Oktyabr 6, 2016 11:55

Parlamentlərarası Dostluq Qrupu təsis edilib

Azərbaycanın Avstraliya İttifaqında və Yeni Zelandiyadakı səfirliyin təşəbbüsü ilə Yeni Zelandiyanın qanunverici orqanı olan Nümayəndələr Palatasında səkkiz millət vəkilindən ibarət Yeni Zelandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilib. Bu barədə səfirliyə qrupa rəhbər seçilmiş Tod Müller (Todd Muller) məlumat verib. Səfirlikdən apa-ya bildirilib ki, Tod Müller parlamentin spikeri Deyvid Karterin (David Carter) qrupu təsdiq etdiyini deyib. Tod Müller eyni zamanda parlamentin Xarici əlaqələr üzrə xüsusi komitəsinin üzvüdür. Səfirlikdən bildirilib ki, Yeni Zelandiya parlamentində dostluq qruplarının yaradılması praktikasında regional bölgüyə üstünlük verilir. Bu xüsusda Azərbaycan üzrə ayrıca qrupun yaradılmasını müstəsna hal kimi qiymətləndirmək olar. Azərbaycanın Milli Məclisində də on yeddi millət vəkilindən ibarət Azərbaycan-Yeni Zelandiya Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Xanlar Fətiyevdir.xeber100.com

Oktyabr 6, 2016 11:46

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Oktyabr 5, 2016 12:16

Parlamentlərarası əlaqələr müzakirə olunub

Oktyabrın 5-də Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya nümayəndə heyəti ilə görüşüblər. Azərtac xəbər verir ki, görüşdə işçi qrupun üzvü Xanlar Fətiyev qonaqları Almaniyanın milli bayramı – Alman Birliyi Gününün 26 illiyi münasibətilə təbrik edib. O bildirib ki, Almaniya və Azərbaycan arasında geniş əlaqələr mövcuddur. Deputat, eyni zamanda, Milli Məclislə Bundestaq arasındakı münasibətlərdən danışıb. Söhbət zamanı qeyd edilib ki, iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığa böyük önəm verilir və əlaqələr daha da inkişaf etdirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq qeyd edib ki, bu problemin həlli üçün Almaniya müəyyən təşəbbüslər irəli sürüb və ümidvarıq ki, həmin təşəbbüslər ATƏT-in Minsk qrupu çərçivəsində reallaşacaq. Almaniya Federal Hökuməti bu münaqişə ilə bağlı dəfələrlə öz mövqeyini bildirib, status-kvonun qəbuledilməz olduğunu bəyan edib.xeber100.com

Oktyabr 5, 2016 12:11

Müdafiə Nazirliyinin məlumatına görə…

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub. Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Oktyabr 4, 2016 11:58

Deputatlar Brüsselə səfər edəcəklər

Milli Məclisin gənclər və idman komitəsinin sədri və deputat Rövşən Rzayev oktyabrın 4-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər. Səfər zamanı Belçika parlamenti Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının üzvləri, Flamand regionu parlamentinin sədri, Brüssel-paytaxt regionu parlamentinin vitse-spikeri ilə bir sıra görüşlər keçiriləcək. Görüşlərdə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyəti və tərəfləri maraqlandıran digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.xeber100.com

Oktyabr 4, 2016 11:55
    Page 236 of 270« First«...102030...234235236237238...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az