Rusiyanın Həştərxan şəhərində ikinci “Xəzər mediaforumu-2016” davam edir. Sentyabrın 23-də Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Forum iştirakçıları ilə görüşüb. Vilayətin qubernatoru qeyd edib ki, artıq ikinci dəfə keçirilən Xəzəryanı dövlətlərin mediaforumu beynəlxalq əhəmiyyətli hadisəyə çevrilib. A.Jilkinin fikrincə, jurnalistikanın inkişafı dünyada aşkarlığın artmasına, problemlərin üzə çıxarılmasına mühüm təkan verir. Xəzər mövzusu Azərbaycan, Rusiya, İran, Türkmənistan, Qazaxıstan jurnalistlərini birləşdirir, mövcud problemlərin həllinə obyektiv yanaşmanın formalaşmasına kömək edir.xeber100.com