03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

Müdafiə Nazirliyinin məlumatına görə…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Sentyabr 5, 2016 3:31

Təbliğat-təşviqat kampaniyasına start verilib

Sentyabrın 26-na təyin olunan referendumla əlaqədar Azərbaycanda təbliğat-təşviqat kampaniyasına start verilib. Bu kampaniyaya ruh yüksəkliyi ilə başlayan referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Nizami rayon şöbəsi sentyabrın 5-də tədbir keçirib. Tədbirdə çıxış edən referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Nizami rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklərin ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət etdiyini deyib. Bildirib ki, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur.xeber100.com

Sentyabr 5, 2016 3:27

Müdafiə Nazirliyinin məlumatına görə…

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 19 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Sentyabr 4, 2016 12:22

Deputatlar Parisə səfər edəcəklər

Milli Məclisin deputatları Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro və komitələrinin iclaslarında iştirak etmək üçün Parisə səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, sabah AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Büro və Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclaslarında iştirak etmək üçün Parisə səfər edəcək. Büro iclasında AŞPA-nın oktyabr ayında keçiriləcək 4-cü sessiyasının gündəliyi müzakirə olunacaq, Azərbaycanda keçiriləcək referendum, Moldovada və Bolqarıstanda prezident seçkiləri, Belarusda, İordaniyada, Mərakeşdə, Gürcüstanda, Monteneqroda parlament seçkiləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.xeber100.com  

Sentyabr 3, 2016 5:03

“Şərq Tərəfdaşlığı” ölkələrinin gələcək perspektivləri müzakirə olunacaq

Slovakiyanın paytaxt Bratislava şəhərində Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Apa-nın məlumatına görə, görüşdə xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək. İclasda əsasən layihənin gələcəyi, Aİ ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında əməkdaşlığın gələcək perspektivləri, tərəfdaşların cəlb olunması müzakirə olunacaq. Görüş Bratislavada keçirilən Aİ ölkələrinin xarici işlər nazirlərinin 2 günlük iclası çərçivəsində baş tutacaq.

Sentyabr 3, 2016 4:53

Hərbi hissələrdə “Açıq qapı” günü təşkil olunacaq

Qurban bayramı ərəfəsində - sentyabrın 11-də saat 11.00-da hərbi hissələrdə “Açıq qapı” günü təşkil olunacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər. Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə əsgər valideynləri və yaxınları ilə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq. Eyni zamanda, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.xeber100.com

Sentyabr 2, 2016 3:28

Terrorizmə qarşı mübarizə sahəsində iş təcrübəsi müzakirə ediləcək

MDB-nin Belarus paytaxtındakı qərargahının mətbuat xidmətindən azərtac-a verilən məlumata görə, sentyabrın 7-də Minskdə MDB iştirakçısı olan dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçiriləcək. İclas iştirakçıları Azərbaycanda terrorizmə və digər zorakı ekstremizm təzahürlərinə qarşı mübarizə, Belarusda iqtisadi cinayətkarlığa qarşı mübarizə, Qazaxıstanda həbsxanalarda saxlanılanların sayının azaldılması üzrə iş təcrübəsini və başqa məsələləri müzakirə edəcəklər.xeber100.com

Sentyabr 2, 2016 3:25

Müdafiə Nazirliyinin məlumatı…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Sentyabr 1, 2016 11:58

“Trenerlər üçün treninq”lərə start verilib

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lərə start verib. Qeyd etmək lazımdır ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının yüksəldilməsi, seçkilər (referendum) sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədi ilə mütəmadi şəkildə hər seçki (referendum) dövründə keçirilən treninq layihəsinin əsası hələ 2002-ci ildə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində qoyulub.xeber100.com

Sentyabr 1, 2016 11:51

Parlament rəhbərlərinin görüşü keçirilib

Avqustun 30-31-də Polşa Respublikasının paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropanın 12 ölkəsinin parlament rəhbərlərinin görüşü keçirilib. Görüşdə ölkəmizi Milli Məclis sədrinin müavini Valeh Ələsgərov təmsil edib. Milli Məclisin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, tədbirdə Avropa İttifaqının dirçəlişi, Mərkəzi və Şərqi Avropada regional əməkdaşlıq, bölgə ölkələri arasında çoxtərəfli əlaqələrin inkişafına milli parlamentlərin töhfəsi mövzularında fikir mübadiləsi aparılıb.xeber100.com

Sentyabr 1, 2016 11:46
    Page 241 of 270« First«...102030...239240241242243...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az