Özbəkistanda 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Azərbaycanın Özbəkistandakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib. Rəsmi qəbulda Özbəkistan Baş nazirinin müavini Adxam İkramov, hökumət qurumlarının təmsilçiləri, bu ölkədə fəaliyyət göstərən səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər, ümumiyyətlə 300-dən artıq qonaq iştirak edib. Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndirildikdən sonra ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onun qısa müddət ərzində gördüyü işlərdən danışıb. Səfir 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövlətinin 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edib, müstəqil Azərbaycanın qazandığı uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələrdən danışıb.Hüseyn Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü, qonşu ölkənin aprel ayının əvvəllərindəki təxribatları barədə məlumat verib.Səfir Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Özbəkistanın tutduğu ədalətli mövqeyə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı göstərdiyi dəstəyə görə bu ölkənin rəhbərliyinə təşəkkürünü bildirib. Sonra Hüseyn Quliyev Özbəkistandakı səfirliyimiz və bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edən, ermənilərin təcavüzü, mədəniyyətimiz haqqında materiallar hazırlayan jurnalistlərə, alim və tərcüməçilərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edib. Tədbirin bədii hissəsində Özbəkistanın Xalq Artisti, məşhur “Yalla” ansamblının rəhbəri Fərrux Zakirov Azərbaycan xalq mahnılarını, Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər. Tədbirin keçirildiyi bir neçə saat ərzində görkəmli Azərbaycan musiqiçiləri Müslüm Maqomayevin və Rəşid Behbudovun məşhur ifaları təqdim edilib.xeber100.com

May 20, 2016 1:59

“Azərbaycan şiəlik və sünnilik arasında unikal harmoniya ölkəsidir”…

Amerikada çıxan “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Azərbaycan şiəlik və sünnilik arasında unikal harmoniya ölkəsidir” sərlövhəli məqaləsi dərc edilib. Müəllif yazır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfinə belə adlanmış Heydər məscidi açıldığı gündən sülh, tolerantlıq və həmrəylik məkanına çevrilib. Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib. O vaxtdan hər həftənin cümə günündə Heydər məscidində şiələr və sünnilər birgə ibadət mərasimi keçirir. Ümumi ibadət mərasimi növbə ilə bu məscidin şiə axundları və sünni imamları tərəfindən idarə edilir. Cümə günləri keçirilən dini mərasim Azərbaycanda əsrlər boyu həmrəylik şəraitində yaşamış şiələr ilə sünnilər arasında tarixi sülh və həmrəylik sisteminin rəmzidir. Dünyanın başqa ölkələrində sünnilərlə şiələr arasında zorakılıq və qarşıdurma hallarını nəzərə alsaq, bu birgə dua mərasimi dinc yanaşı yaşamaq və harmoniya barədə inandırıcı ismarıc və dinc yanaşı yaşamağın mümkün olmasının təsdiqidir. Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri daha sonra yazır ki, Azərbaycanda dağ yəhudiləri və aşkenazi yəhudiləri tam identiklik, dini mərasimlərin icrası baxımından azaddırlar. Müəllif vurğulayır ki, Azərbaycanda pravoslav xristianlar, katolik, lüteran və yevangeliye kilsələrinin üzvləri də bu cür azadlığa malikdirlər. M.Yevdayev sonda qeyd edir ki, dinlər arasında sülhə nail olmaq üçün Azərbaycanın təcrübəsini hərtərəfli öyrənmək lazımdır.xeber100.com

May 20, 2016 1:54

Vaşinqtonda 28 May – Respublika Günü münasibətilə təntənəli ziyafət təşkil edilib

Ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda 28 May - Respublika Günü və qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib. ABŞ paytaxtının ən mötəbər tarixi binalarından biri olan “Endryu Melon Auditorium”da (Andrew Mellon Auditorium) keçirilən ziyafətə ABŞ administrasiyasının rəsmiləri, bu ölkənin hərbi qüvvələrinin yüksək rütbəli zabitləri, müxtəlif dövlət və ictimai qurumların çoxsaylı nümayəndələri, diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin təmsilçiləri, həmçinin azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri də daxil olmaqla minə yaxın qonaq qatılıb. Tədbirin əvvəlində ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşlıq etdiyi Vaşinqton şəhərinin “Takoma” Təhsil Mərkəzinin azyaşlı şagirdlərindən ibarət xorun ifasında ABŞ-ın və Azərbaycanın dövlət himnləri səslənib. Ziyafətdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov 98 il öncə müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda qurulduğunu xatırladıb, cəmi 23 ay yaşamasına baxmayaraq, ADR-in əvəzsiz miras buraxdığını bəyan edib. Qısa müddət ərzində Azərbaycan qadınların səsvermə hüququ başda olmaqla müxtəlif mütərəqqi ideyaları təşviq edib. Səfir 25 il əvvəl Azərbaycan xalqının müstəqillik qazandıqdan sonra yenidən eyni amal və məramlara sadiq qaldığını vurğulayıb. O, bu gün Azərbaycanın möhkəm dövlətçilik ənənələri olan, müstəqilliyinə bağlı, eyni zamanda, müxtəlif sahələrdə böyük yaradıcılıq nümayiş etdirən bir ölkə olduğunu bildirib. ABŞ-ın Azərbaycanın müstəqilliyinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirən E.Süleymanov iki ölkə arasında mövcud münasibətlərin əhəmiyyətini qeyd edib. Azərbaycanda hökm sürən dözümlülük mühitinə toxunan səfir bunun ölkəmiz və onun rəhbərliyinin şüurlu seçiminin nəticəsi olduğunu bildirib. Diplomat bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu göstərib. Bundan başqa, səfir iki gün əvvəl Yunanıstanda keçirilən Trans-Adriatik qaz boru kəmərinin (TAP) təməlqoyma mərasimini tarixi hadisə kimi xarakterizə edib. Çıxışının sonunda diplomat aprel ayının əvvəllərində Ermənistan və Azərbaycan arasında atəşkəsin pozulmasına toxunub, beynəlxalq hüququn pozulması və ərazi bütövlüyü prinsipinə hörmət edilməməsinin törətdiyi ağır nəticələr barədə danışıb. O, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüququn prinsipləri əsasında həll tapılmalı olduğunu vurğulayıb. Dövlət katibinin köməkçisi vəzifəsini icra edən səfir Con Heffern ABŞ administrasiyası adından çıxış edərək Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, iki ölkə arasında enerji və müxtəlif sahələrdə mövcud olan möhkəm tərəfdaşlıq barədə danışıb. O, həmçinin iqtisadi sahədə əməkdaşlıq, qədim İpək Yolunun bərpası üzrə aparılan işləri qeyd edib. ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi səylərdən bəhs edən diplomat bu baxımdan bir neçə gün öncə dövlət katibi Con Kerrinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü qeyd edib. Con Heffern ABŞ hökumətinin münaqişənin sülh yolu ilə həllinə dəstəyini bir daha ifadə edib. Sonra Vaşinqton şəhərinin meri xanım Muriel Bauzerin (Muriel Bowser) adından Kolumbiya mahalının katibi Lauren Voqan (Lauren C.Vaughan) 28 mayın ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsinə dair bəyannaməni ziyafət iştirakçılarına oxuyub. ABŞ-ın Milli Qvardiya Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycanın tərəfdaşı olan Oklahoma Ştatının milli qvardiyasını təmsil edən briqada generalı Tomas Rayn ölkəmizlə 14 ildən bəri davam edən məhsuldar əməkdaşlığı yüksək qiymətləndirib, Respublika Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. Ziyafətin mədəni hissəsində qonaqlara Vaşinqtonda fəaliyyət göstərən “Silk Road Dance Company” rəqs qrupu tərəfindən milli rəqslərimiz, eləcə də rəngarəng musiqi proqramı təqdim edilib. Sonda tədbir iştirakçıları Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.

May 20, 2016 1:49

Ölkə başçısı AŞPA-nın fəxri sədrini qəbul edib

Prezident İlham Əliyev Maastrixt Menecment Məktəbinin prezidenti, Niderland Krallığı Senatının sabiq sədri,  AŞPA-nın fəxri sədri Rene van der Lindeni qəbul edib. Apa-məlumatına görə, Azərbaycanla Niderland arasında əlaqələrin fəal şəkildə inkişaf etdiyini vurğulayan dövlət başçısı bu işdə Rene van der Lindenin səylərini yüksək qiymətləndirib. Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlərin daim artdığını deyən prezident İlham Əliyev iki dövlətin biznes sahəsində əməkdaşlığına toxunaraq getdikcə daha çox Niderland şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini qeyd etdi. Niderlandın Maastrixt Universiteti ilə Azərbaycanın “ADA” Universiteti arasında qurulan əlaqələrin strateji əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı bütün bunları əməkdaşlığımızın müsbət göstəriciləri kimi dəyərləndirib. Azərbaycanın ölkəsi ilə əməkdaşlığından məmnunluğunu ifadə edən Rene van der Linden bu əməkdaşlığa, xüsusən Niderlandın Limburq vilayəti ilə qurulan əlaqələrə görə ölkə başçısı minnətdarlığını bildirib. Rene van der Linden hər iki tərəfin bu əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəmədiyini deyib. Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, o cümlədən Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.xeber100.com  

May 18, 2016 12:49

“Terrorçuluğa qarşı mübarizə haqqında qanunda dəyişiklik edilməsi”…

Mayın 16-da Milli Məclisinin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. Azərtac xəbər verir ki, iclasda “Terrorçuluğa qarşı mübarizə haqqında qanunda dəyişiklik edilməsi” barədə qanun layihəsi müzakirə edilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsinə əsasən, sənədin müvafiq maddələrindəki “terror aksiyası” sözləri “terror aktları” sözləri ilə əvəzlənəcək. Belə ki, “terror aktı” konkret hüquqi yük daşıyan bir anlayışdır. “Aksiya” isə politoloji məna kəsb edir. Komitə sədri qeyd edib ki, sənədə düzəlişlərin əsas məqsədi onu “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 may tarixli qanuna uyğunlaşdırmaqdır. Ziyafət Əsgərov vurğulayıb ki, terrorçuluğa qarşı mübarizə dövlətimizin ən önəmli istiqamətlərindən biridir. Azərbaycan da terrorçuluqdan əziyyət çəkən ölkədir. Biz illər boyu erməni terroruna məruz qalmışıq və bu, hələ də davam edir. Terrorçuluğa qarşı mübarizə ilə bağlı 10-dan çox beynəlxalq konvensiya qəbul olunsa da, təəssüf ki, bu günədək onların heç birinə əməl edilməyib. Sonra qanun layihəsi haqqında müzakirələr aparılıb və deputatlar fikirlərini səsləndiriblər. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com  

May 16, 2016 2:07