“Dağlıq Qarabağ münaqişəsində Avropanın yeni siyasəti haqqında” sərlövhəli məqalədə…

Almaniyanın “theeuropean.de” saytında “Dağlıq Qarabağ münaqişəsində Avropanın yeni siyasəti haqqında” sərlövhəli məqalə dərc edilib. Azərtac xəbər verir ki, məqalədə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Fransanın mövqeyi bu münaqişənin uzunmüddətli nizamlanmasına təhlükə kimi qiymətləndirilərək tənqid edilir. Məqalənin müəllifi German Mhedeli Azərbaycanın ərazi bütövlüyünün və eyni zamanda, Ermənistan iqtisadiyyatının bərpasına yönəlmiş üçün ümumavropa strategiyası hazırlamağa çağırır. Dağlıq Qarabağın “müstəqilliyi” ideyası isə istər tarixi-hüquqi, istərsə də mənəvi-əxlaqi baxımdan əsassız hesab edilir. Müəllifin fikrincə, atəşkəs barədə üçtərəfli bəyanat imzalanandan sonra Ermənistanda daxili siyasi vəziyyətin sabitləşməsi Ermənistanın Avropa ilə yaxınlaşması ehtimalını artırır. Bu, Ermənistan cəmiyyətində geniş yayılmış belə bir fikirlə bağlıdır ki, müharibə dövründə bu ölkə “atılıb”. Üstəlik, məqalədə deyilir ki, 20 il ərzində ölkədə korrupsiyaya və dilənçiliyə yol açmış Qarabağ klanının hakimiyyətə qayıtmasını istəyənlər azdır. Noyabrın 25-də Fransa Senatı ölkə hökumətini qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran və hüquqi qüvvəsi olmayan qətnamə qəbul edib. Bundan bir həftə sonra Fransa Milli Məclisi həmin qətnamənin lehinə səs verib. Fransanın siyasətində beynəlxalq hüquq deyil, yalnız ölkədəki erməni icmasının əhval-ruhiyyəsi nəzərə alınır. Münaqişə avropalıların çoxunun nəzərində yalnız “xristianlıq və islam”, “təcavüz qurbanı və təcavüzkar”, “demokratiya və totalitarizm” qarşıdurmalarının bayağı sxeminə uyğun assosiativ obrazlar yaradıb. Siyasi kontekstdə avropalıların çıxardığı nəticə “düşmənimin düşməni mənim dostumdur” və ya “düşmənimin dostu mənim düşmənimdir” kimi bəsit qaydadır. Lakin vəziyyətə bir qədər diqqətlə baxılsa, daha mürəkkəb mənzərə yaranır. Bu halda Ermənistanın ərazi ambisiyalarına heç cür haqq qazandırmaq mümkün deyil. Birincisi, sözügedən region heç vaxt erməni dövlətinin müasir mənada tərkib hissəsi olmayıb. Ermənistanda Strabon, Plutarx və ya Böyük Plininin qədim salnamələrinə istinad etməyi çox xoşlayırlar. Həmin salnamələrə görə, Dağlıq Qarabağ vaxtilə belə adlandırılan “böyük Ermənistan İmperiyası”nın periferiyası olub. Əslində isə bütün bunlar sağlam düşüncəyə ziddir. İkincisi, bu münaqişə dinlərarası deyil, dövlətlərarası münaqişə xarakteri daşıyır, burada sərhədlər barədə mübahisə gedir. Xatırlatmaq yerinə düşər ki, 1990-cı illərin əvvəlində Gürcüstanın Abxaziya regionunun erməni əhalisi mərkəzi hökumətə qarşı çıxışlar edən yerli separatçıları dəstəkləyirdi. Müəllif xatırladır ki, o vaxt erməni batalyonlarından olan qondarma səlibçilər Şimali Qafqaz mənşəli yaraqlılarla birlikdə pravoslav gürcülərə qarşı kütləvi qətllərdə və etnik təmizləmələrdə fəal iştirak edirdilər. Üçüncüsü, Avropa Dağlıq Qarabağ münaqişəsinin qəti nizamlanmasına çalışmalıdır. Onun Ermənistana maliyyə yardımı Azərbaycanla qəti sülh sazişindən asılı olmalıdır. Azərbaycan tərəfindən erməni əhalinin təhlükəsizliyinə zəmanət verilməsi müqabilində Ermənistan bu region barəsində ərazi iddialarından imtina etməlidir. Bu imtinanın əlaməti Avropa dövlətləri Aİ-yə daxil olana qədər onların arasında bağlanmış sazişlər nümunəsində sərhədlərin demarkasiyası ola bilərdi.xeber100.com  

Dekabr 12, 2020 1:45

Ali Baş komandan: Əgər ermənilər hər hansı hərbi əməllər planlaşdırsalar, bu dəfə onları tamamilə darmadağın edəcəyik

Hazırda Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur.Azərtac xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşündə danışıb.Dövlətimizin başçısı deyib: “Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək. Bir sözlə, sülhməramlıların missiyası qüvvədədir”.Prezident qeyd edib ki, sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Lakin biz bunu heç zaman ciddi müzakirə etməmişik. “Biz həmin mövzuya hətta heç vaxt toxunmamışıq. Biz, sadəcə, ümumi şəkildə fikir mübadiləsi etmişik. Sülhməramlıların tərkibi necə olar bilər? Onlar hansı ölkələri təmsil edə bilər? Onlar qonşu, yaxud həmsədr ölkələr olmalıdır? Fikirlər müxtəlif idi. Şəxsən mən bu haqda heç zaman fikir söyləməmişəm, çünki deyirdim, bu, hələ tezdir. Biz əvvəlcə münaqişəni həll etməliyik. Biz heç zaman sülhməramlılara etiraz da etməmişik. Biz dedik, bəli, sülhməramlılar gəlsinlər və müəyyən vaxtda mülki şəxsləri, erməniləri və azərbaycanlıları qorusunlar. Bu, elə baş verir. Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib”, - deyə Prezident İlham Əliyev bildirib.xeber100.com

Dekabr 12, 2020 1:38

Prezident İlham Əliyev: Azərbaycan iqtisadi və hərbi baxımdan güclüdür

Biz artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik. Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır.Azərtac xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşündə söyləyib.Daha sonra həmsədrləri regionun gələcəyinə dair planlar barədə məlumatlandıran dövlətimizin başçısı deyib: “Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır. Azərbaycan iqtisadi və hərbi baxımdan güclüdür. Ölkəmiz çox geniş beynəlxalq dəstəyə malikdir. Ölkəmiz bu gün BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik edir. Əlbəttə, biz bunu işimizin bir hissəsi kimi icra edəcəyik ki, uzunmüddətli sabitlik və təhlükəsizlik təmin olunsun”. Prezident əlavə edib ki, bu, həmçinin Paşinyan rejimindən, yaxud da həmin rejimi devirəcək dairələrdən asılı olacaq. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir. Birincisi, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəksiniz! Paşinyan “Qarabağ Ermənistandır” deyəndə səhv etdi və layiqli cəzasını aldı. O, bu alçaltmaya layiqdir. Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi.xeber100.com

Dekabr 12, 2020 1:30

Ukrayna mətbuatı Azərbaycanda keçirilən Zəfər paradından yazır…

Ukrayna mətbuatı Azərbaycanda keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradını geniş işıqlandırıb.Azərtac xəbər verir ki, “RBK-Ukrayna”, Ukrinform, UNIAN, “İnterfax-Ukrayna” informasiya agentliklərinin, “Gordon”, “Segodnya”, “Dialog”, “Podrobnosti” və digər portalların yaydıqları informasiyalarda, 1+1, “Ukrayna 24”, “TCN”, “Pryamoy” telekanallarında yayımlanan reportajlarda Zəfər paradının möhtəşəmliyi haqqında fikirlər yer alıb.Məlumat və reportajlarda Zəfər paradında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sitatlar yer alıb. Prezident İlham Əliyevin çıxışına istinadla vurğulanır ki, Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. “Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu”, - deyə məlumatlarda Prezidentə istinadla qeyd olunur.Azadlıq meydanında Ermənistan ordusundan qənimət götürülmüş hərbi texnikaların bir qisminin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş texnikasının nümayiş etdirildiyi qeyd olunur.xeber100.com

Dekabr 11, 2020 10:42

Qarşılıqlı olaraq vizadan azadetmə haqqında 1 saylı Protokol imzalandı

Dekabrın 10-da Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il 25 fevral tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol imzalandı. Protokol hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalandı. Məlum olduğu kimi, bu ilin 25 fevralında imzalanmış Sazişə əsasən iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşları vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala bilərdi. Sazişə əlavə olaraq imzalanmış Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala biləcəklər.Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Azərtac-a bildirilib ki, bu qayda yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunacaq. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlarımız pasportdan istifadə etməlidir.Vurğulanıb ki, Azərbaycan Respublikası öz tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün Müqavilə imzalayıb.Tərəflər, habelə saxta sərhədkeçmə sənədlərindən istifadənin qarşısının alınması məqsədilə əməkdaşlıq etməyə qərar veriblər. Bu isə iki ölkənin sərhəd təhlükəsizliyinin gücləndirilməsi sahəsində yeni imkanlar yaradacaq.xeber100.com

Dekabr 10, 2020 8:33

İlham Əliyev: Biz bu qələbəni qəhrəmanlıq və milli ruh hesabına qazanmışıq

Biz güc toplayırdıq və bu gücü toplamışıq. Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi və bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsin.Azərtac xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışında söyləyib.Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb və bu kapitulyasiya aktına görə bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq. Halbuki, bir çoxları, xüsusilə bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə demişdilər ki, müharibənin hərbi həlli yoxdur. Amma biz sübut etdik ki, münaqişənin hərbi həlli var. Əks-təqdirdə, bu nə hərb, nə sülh vəziyyəti bundan sonra da 30 il davam edə bilərdi”.“Nə qədər biz buna dözə bilərdik? Nə qədər səbir göstərə bilərdik? Dəfələrlə mən demişdim ki, Azərbaycan xalqının səbri tükənib və əgər Ermənistan öz xoşu ilə işğal edilmiş torpaqlardan çıxmasa, biz onları oradan qovacağıq, onlar rədd olmalıdırlar bizim torpaqlarımızdan. Bunu mən müharibədən əvvəl və müharibə dövründə demişəm, xalqa müraciətlərdə demişəm, xarici mətbu orqanlarına verdiyim müsahibələrdə demişəm. Dedim ki, rədd olmalıdır Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə, etiraf etməlidir və çıxmalıdır. Əks-təqdirdə sona qədər gedəcəyik və sona qədər getdik. Ona görə biz döyüş meydanında qələbə qazandıq. Ondan sonra, siyasi müstəvidə qələbə qazandıq, düşməni məcbur etdik ki, o, Kəlbəcər, Laçın və Ağdam rayonlarını azad etsin və bizim torpaqlarımızı tərk etsin”, - deyə Azərbaycan prezidenti bildirib.xeber100.com

Dekabr 10, 2020 8:28

Rəcəb Tayyib Ərdoğan: Mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi əsla mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahədə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək.Azərtac xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradında çıxışında bildirib.“Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tar-mar edilmiş, bütün kəndlər yerlə-yeksan olmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tar-mar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii, sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır”, - deyə Türkiyə Prezidenti vurğulayıb.Müharibə zamanı Gəncə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi kimi Azərbaycan torpaqlarının da hədəfə alındığını xatırladan Rəcəb Tayyib Ərdoğan deyib: “Yüz məsum mülki şəxs şəhid edilib, analar balasız, uşaqlar atasız-anasız qalmışdır. Hücumlar nəticəsində 416 qardaşımız da yaralanmışdır. Müharibə hüququ kobud şəkildə pozulub, insanlıq şərəfi ayaqlar altına salınmışdır. Bunları görməməzliyə vuranların gözləri qədər vicdanları da korlaşmışdır. Hər məcrada bunun hesabını sormalıyıq”.İllərdir yurd həsrəti ilə alışıb yanan bir milyon qaçqın və məcburi köçkünün doğulduqları torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini deyən Türkiyə Prezidenti əminliklə qeyd edib ki, İnşallah, ən qısa vaxtda qardaşlarımızın yurd həsrəti sona çatacaq.xeber100.com

Dekabr 10, 2020 7:57

Bu gün bütün türk dünyası üçün zəfər və qürur günüdür

Gözəlliyinə qurban olduğumuz Laçın, Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər artıq azaddır. Bu gün Azərbaycanın mili şairi, böyük mücahid Əhməd Cavadın, Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gözəlliyinə qurban olduğumuz Laçın, Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər artıq azaddır. Bu gün Azərbaycanın mili şairi, böyük mücahid Əhməd Cavadın, Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür.Azərtac xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradında çıxışında söyləyib.Rəcəb Tayyib Ərdoğan deyib: “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq ana vətəni ilə qucaqlaşmış, otuz illik həsrət sona çatmışdır. Bundan sonra Türkiyə və Azərbaycan olaraq hədəfimiz bu torpaqları firavan, inkişaf etmiş, övladlarımız üçün yaşana bilən bir yerə çevirmək uğrunda mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir”.Türkiyə Prezidenti çıxışının sonunda Azərbaycan xalqını, Prezident İlham Əliyevi və şanlı Azərbaycan Ordusunu, Türk Ordusunu ürəkdən təbrik edib, əziz şəhidlərimizi bir daha rəhmətlə yad edib, qazilərimizə tezliklə sağalmalarını arzulayıb.ün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradında çıxışında söyləyib.Rəcəb Tayyib Ərdoğan deyib: “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq ana vətəni ilə qucaqlaşmış, otuz illik həsrət sona çatmışdır. Bundan sonra Türkiyə və Azərbaycan olaraq hədəfimiz bu torpaqları firavan, inkişaf etmiş, övladlarımız üçün yaşana bilən bir yerə çevirmək uğrunda mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir”.Türkiyə Prezidenti çıxışının sonunda Azərbaycan xalqını, Prezident İlham Əliyevi və şanlı Azərbaycan Ordusunu, Türk Ordusunu ürəkdən təbrik edib, əziz şəhidlərimizi bir daha rəhmətlə yad edib, qazilərimizə tezliklə sağalmalarını arzulayıb.xeber100.com

Dekabr 10, 2020 7:49