Moskvada erməni arxiyepiskopun təşkilatçılığı ilə “Artsaxım mənim” adlı sərgi-aksiyanın keşirilməsi planlaşdırılır

Mayın 7-də Moskvadakı “Tapan” muzeyində erməni arxiyepiskop Ezras Nersisyanın təşkilatçılığı ilə “Artsaxım mənim” adlı sərgi-aksiyanın keşirilməsi planlaşdırılır. Bu barədə apa-ya Ümumrusiya Azərbaycan Konqresinin Moskva şöbəsinin icraçı direktoru Şamil Tağıyev məlumat verib. Rəssam Anatoli Avetyanın əsərlərindən ibarət sərgidə 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal olunmuş Şuşa ilə bağlı rəsmlər nümayiş olunacaq, qonaqlara Qarabağın tarixən ermənilərə "aid olmasına" dair məlumatlar veriləcək. Sərgi ilə bağlı Moskvada ermənilər tərəfindən reklam kampanyası aparılır. Bildirilir ki, tədbirdə yığılan vəsait Dağlıq Qarabağdakı erməni silahlılarına göndəriləcək. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon  Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.xeber100.com  

May 2, 2016 2:40

Ölkə başçısı: “Biz müharibə istəmirik, biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun”

“Beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı artıq tam məlumatlıdır. Biz bu illər ərzində bütün dünyaya sübut edə bilmişik ki, zərərçəkən tərəf bizik. Ermənistan işğalçı dövlətdir, Azərbaycan xalqına qarşı soyqırımı törədib, torpaqlarımızı işğal edib və bu işğalı davam etdirir”.apa-nın məlumatına görə, bunu prezident İlham Əliyev Tərtər rayonundakı “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşü zamanı deyib. Dövlət başçısı məsələ ilə məşğul olan Minsk qrupunun həmsədrlərinin də son vaxtlar dəfələrlə “status-kvo”nun qəbuledilməz və dəyişməli olduğunu bəyan etdiklərini qeyd edib. “Bu, nə deməkdir? O deməkdir ki, işğala son qoyulmalıdır. Bu, birbaşa Ermənistana ünvanlanan siqnaldır. Buna görə və eyni zamanda, görəndə ki, Azərbaycan dünya miqyasında daha da çox dəstək qazanır, onlar danışıqları pozmaq və işğalçı siyasəti davam etdirmək üçün vaxtaşırı silahlı təxribatlara əl atırlar. Biz bunu yaxın keçmişdə görmüşük. Xüsusilə 2014-cü ildə yay aylarında bizim mövqelərimizə hücum çəkmişlər. O vaxt da bizim Ordumuz layiqli cavab verdi. Həmin ilin noyabrında danışıqlarda müəyyən ümidlər yaranandan sonra Ağdam rayonunda onların özlərinin verdiyi məlumata görə, 47 min nəfərlik şəxsi heyətlə genişmiqyaslı təlimlər keçirmişlər. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan tərəfi bir neçə gün özünü çox təmkinlə apardı. Ancaq ondan sonra Ermənistanın iki hərbi helikopteri bizim mövqelərimizə hücum çəkdi. Azərbaycan Ordusu da onların birini məhv etdi. Bundan istifadə edən Ermənistan bizi günahlandırdı və danışıqlar prosesində yenə də durğunluq yarandı. Bu hadisəni bəhanə gətirərək bizi ittiham etməyə başladılar ki, Azərbaycan atəşkəsi pozur. Məqsəd də aydın idi ki, yenə də danışıqlar aparılmasın, işğalçı siyasət yenə də davam etdirilsin”. Dövlət başçısı qeyd edib ki, bu ilin əvvəlindən danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunur: “Bizdə olan məlumata görə, Ermənistana həmsədr ölkələr tərəfindən ciddi təzyiqlər göstərilir. Düzdür, onlar bunu açıq şəkildə bəyan etmirlər. Onlar həmişə çalışırlar ki, balans saxlasınlar. Amma həqiqət ondan ibarətdir ki, bu gün münaqişənin sülh yolu ilə həllini əngəlləyən tərəf Ermənistandır. Bunu görərkən əlbəttə ki, onlar növbəti təxribatlara əl atmağa qərar verdilər. Bu da aprelin əvvəlində baş verdi. Yenə də onlar silahlı təxribat törədib, bizim mövqelərimizə hücum çəkiblər. Azərbaycan Ordusu böyük məharətlə və peşəkarlıqla əks-hücum əməliyyatı keçirdi, düşməni yerinə oturtdu və təmas xəttində bizim mövqelərimiz daha da möhkəmləndi. Ermənistan tərəfinin xahişi ilə aprelin 5-də biz razılıq verdik ki, atəşkəs bərpa edilsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq həll olunsun. Sadəcə olaraq görüntü naminə danışıqların aparılmasının heç bir mənası yoxdur. Beləliklə, aprelin 5-də razılığa gəlindi ki, atəşkəs rejimi bərpa edilməlidir. Biz buna əməl etdik, bu gün də əməl edirik. Ancaq əfsuslar olsun, Ermənistan yenə də özünü qeyri-səmimi aparır və aprelin 5-dən bu günə qədər elə gün olmur ki, atəşkəsi pozmasın. İlk günlərdə çalışırdı ki, bizim mövqelərimizə hücum çəksin, bizi əldə etdiyimiz o mövqelərdən çıxarsın. Görəndə ki, bu alınmır, Azərbaycan əsgəri, zabiti öz doğma torpağında möhkəm dayanır, mülki əhaliyə qarşı silahlı təxribatlara başladılar. Bizim kəndlərimiz atəşə tutulub. Mülki şəxslər həlak olub, yaralanıb. Bizim 500-dən çox evimizə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb, yaxud da ki, yandırılıb. Bax budur, erməni faşizminin eybəcər sifəti. Onlar birinci Qarabağ müharibəsində də belə hərəkətlər edirdilər, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilib. Bu gün də döyüş meydanında görəndə ki, gücü çatmır, dinc əhalini hədəfə götürür”.xeber100.com  

May 2, 2016 2:29

Ölkə başçısının Pasxa təbriki pravoslav icmasına çatdırılıb

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin Pasxa bayramı münasibətilə imzaladığı təbrik məktubunu Pus Pravoslav icmasının üzvlərinin Bakıdakı Jen Mironosits pravoslav kafedral kilsəsində keçirdikləri dini mərasimdə oxuyub. O, təbrik məktubunu Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinə təqdim edib. “Gözəl bahar günlərində qeyd olunan Pasxa bayramı insanlarda yüksək əhval-ruhiyyə və nikbinlik yaradan, şəfqət və mərhəmət hisslərini artıran, cəmiyyətdə xeyirxahlıq və həmrəylik prinsiplərinin bərqərar olmasına xidmət edən əlamətdar günlərdəndir. Bu bayram müxtəlif dini konfessiyaların əsrlər boyu qarşılıqlı etimad və əmin-amanlıq şəraitində dinc yanaşı yaşadığı Azərbaycanda geniş surətdə qeyd edilir. Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edərək, onun hərtərəfli inkişafı işinə öz layiqli töhfələrini verir. Qoy bu nurlu bayram hər birinizə xoş ovqat, ailələrinizə firavanlıq və sevinc gətirsin”. Prezident İlham Əliyevin onlara ünvanladığı bu səmimi sözləri Azərbaycan pravoslavlarına həssas və qayğıkeş münasibət kimi dəyərləndirən icma üzvləri dövlətimizin başçısına dərin ehtiramlarını ifadə edib, Prezidentə çətin və şərəfli işində uğurlar, möhkəm cansağlığı arzulayıblar.xeber100.com  

May 2, 2016 12:04

Ermənistanın Azərbaycana qarşı cinayəti sənədləşdiriləcək

İordaniyanın nüfuzlu “Orobanyus” qəzeti AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin “Ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətlər sənədləşdiriləcək və beynəlxalq təşkilatlara göndəriləcək” sərlövhəli məqaləsini dərc edib. Məqalədə bildirilir ki, Azərbaycanla Ermənistan arasında atəşkəsin bərpa olunması barədə razılıq əldə edilməsinə baxmayaraq son günlər Ermənistan silahlı birləşmələri iriçaplı silahlardan, artilleriya qurğularından Azərbaycan Ordusunun mövqelərini, habelə qoşunların təmas xəttinin yaxınlığındakı yaşayış məntəqələrini intensiv atəşə tutublar. Qeyd edilir ki, bununla əlaqədar ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cəbhəyanı kəndlərə gedib, ziyan dəymiş obyektlərə, o cümlədən evlərə və məktəblərə baxış keçirib, habelə erməni silahlı bölmələrinin artilleriya zərbələrindən evlərinə zərər dəymiş kənd sakinləri ilə görüşüb. Xüsusilə qeyd edilir ki, hücumlar nəticəsində dinc əhali arasında ölənlər və yaralananlar var. Qəzet işğal edilmiş ərazilərdə infrastruktura, su anbarlarına, çaylara və təbii ehtiyatlara dəyən ziyanın miqyası barədə nazirin yerli və xarici jurnalistlərə geniş məlumatını təqdim edir. Nazir qeyd edib ki, Azərbaycana qarşı bütün vasitələrlə total müharibə aparan təcavüzkar Ermənistan su anbarlarını və çayları ekoloji terror alətinə çevirib. Nazir jurnalistlərə bildirib ki, ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətlər sənədləşdiriləcək və beynəlxalq təşkilatlara göndəriləcək. Məqalə müəllifi qeyd edir ki, Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri Ermənistan silahlı qüvvələrinin bölmələrinin təmas xətti boyu yaşayış məntəqələrinə endirdiyi artilleriya atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün cəbhəboyu zonaya səfər ediblər. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiət etdiyi media təmsilçiləri əvvəlcə Bərdə rayonuna gəliblər və ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşların müalicə olunduğu Diaqnostika Mərkəzində xəsarət alanların səhhəti ilə maraqlanıblar. Jurnalistlər Ermənistan silahlı qüvvələrinin Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutması nəticəsində ziyan dəymiş evlərə də baxış keçiriblər. Hikmət Hacıyev bildirib ki, mülki əhaliyə dəymiş zərər və itkilər Xarici İşlər Nazirliyi və digər dövlət qurumları tərəfindən sənədləşdirilir. O, həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın cəbhə xətti yaxınlığındakı mövqelərini və yaşayış məntəqələrini beynəlxalq konvensiyalarla qadağan olunmuş, yalnız dinc əhalini kütləvi surətsə qırmaq üçün nəzərdə tutulan silahlardan atəşə tutublar. Onun sözlərinə görə, erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı qeyri-insani vasitələrə əl atması Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı həyata keçirdiyi planlı terror siyasətinin tərkib hissəsidir. H.Hacıyev deyib: “Bu gün Ermənistanın rəhbərliyi də təcavüzkar siyasət yürüdür. Ermənistanın dövlət başçısı danışıqlar prosesindən imtina etdiyini bildirir. Bu, onun danışıqlar prosesinə məhəl qoymamasının göstəricisidir. Azərbaycanın beynəlxalq ictimaiyyətdən gözləntisi ondan ibarətdir ki, Ermənistanın bu təcavüzkar əməllərinə son qoyulması üçün təsirli addımlar atsın. Ermənistan sülhə məcbur edilməlidir. Azərbaycan bir daha bəyan edir ki, hərtərəfli nəticə yönlü danışıqlar prosesinə hazırdır. Azərbaycan bu problemin həllini ilk növbədə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında görür. Həmin qətnamələrə görə, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmalıdır”. Sonra məqalədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlının yerli və xarici jurnalistlərə bəyanatı diqqətə çatdırılıb. Bəyanatda son günlər ermənilərin əsasən minaatanlardan, toplardan, BM-21 tipli reaktiv sistemlərdən atəş açdıqları bildirilib. Vaqif Dərgahlı xüsusilə vurğulayıb ki, Müdafiə Nazirliyi rəhbərliyinin tapşırığına uyğun olaraq Azərbaycanın ön xətdə yerləşən Silahlı Qüvvələri düşmənin bütün atəş nöqtələrini məhv etmək üçün qəti tədbirlər görür və bu tədbirlər mütəmadi davam etdiriləcək, düşmənin ön xətdə yerləşən bütün atəş nöqtələri susdurulacaq.xeber100.com

May 1, 2016 3:10

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Kəngərli, Novruzlu, Mərzili, Qaraqaşlı, Yusifcanlı, Sarıcalı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 128 dəfə atəş zərbəsi endirib.xeber100.com

Aprel 30, 2016 10:20

Milli Məclisin iclasında cəbhədə baş verən gərginliklə bağlı müzakirə aparılıb

Azərbaycan Milli Məclisin iclasında cəbhədə baş verən gərginliklə bağlı müzakirə aparılıb. Apa-nın məlumatına görə, deputat Zahid Oruc Ermənistan prezidenti Serj Sarkisyanı istefaya çağırıb. O bildirib ki, ermənilər dünənə qədər ikinci dövlət qurmağa cəhd edirdilərsə, indi ümumiyyətlə, dövlətçiliklərindən məhrum olmaq üzrədirlər: “İstədiklərinə nail ola bilməyiblər. Bu illər ərzində onlar demoqrafik baxımdan məhv olublar. İndi də istəyirlər ki, rus generalları gəlib Qarabağda onların əvəzinə dayansın. Axı ruslar nə üçün ermənilərin əvəzinə ölməlidir?!” Z.Oruc sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb. O qeyd edib ki, ordu haqqında hər hansı şayiə inzibati yolla cəzalandırılmalıdır. Fəzail Ağamalı Azərbaycanın mülki əhalisi arasında itkilərin olmasını Ermənistanın azğınlaşmasının nümunəsi kimi xarakterizə edib: “Azərbaycan beynəlxalq konvensiyalara söykənərək qəti addımlar atmalı, ultimatum verməlidir. Əgər Ermənistan bundan da nəticə çıxarmasa, Azərbaycan ordusu öz sözünü deməli və nəinki Azərbaycan, ümumiyyətlə, region bu üfunətli bəladan birdəfəlik xilas olmalıdır”. Elşən Musayev deyib ki, xristianlıq faktoru artıq Azərbaycanın əleyhinə işləmir, erməni lobbisi prosesə neytral qalıb və Ermənistan tamamilə təklənib. O, Türkiyənin baş naziri Əhməd Davudoğlunun AŞPA-dakı mövqeyini yüksək qiymətləndirib.  Fazil Mustafa təhsil adı altında bəzi gənclərin xaricə gedib universitetlərdə “baş girlədiyini” söyləyib: “Türkiyənin bir neçə universitetində 300-dən çox tələbəmiz təhsil alır. Ancaq onların bir çoxu illərlə 5-ci kursu bitirə bilmir. Kimsə soruşmur ki, bala, sən 10 ildir Türkiyədə nə işlə məşğulsan, niyə gəlib orduda xidmət etmirsən? Əsgərlikdən yayınmaq üçün xeyli insan bu üsula əl atıb. Onsuz da bizim universitetlərin xeyli hissəsi bilik yox, diplom verməklə məşğuldur. Elə addımlar atmaq lazımdır ki, bəziləri təhsildən istifadə edərək ordudan yayınmasın”. Sədr F. Mustafanın çıxışına müdaxilə edib: “Mən bilmirəm nə dərəcədə doğrudur, amma aprelin əvvəlində Azərbaycan gəncləri məktublarla müraciət edirdilər ki, orduya yazılmaq istəyirlər”. Sahib Alıyev erməni canilərinin mülki əhalini atəşə tutması nəticəsində Tərtərdə 256 evin dağıldığını nəzərə çatdırıb: “Bu, bir kənd deməkdir. Çox təəssüf ki, Minsk Qrupu həmsədrləri olan ölkələr məsələyə seyrçi qalır. Bu, Azərbaycan ordusuna haqq verir ki, genişmiqyaslı hərbi əməliyyatlara başlasın. Amma Azərbaycan daha çox qan tökülməsini istəmir”. Mili Məclisin sədr müavini bahar Muradova Azərbaycan xalqının öz ordusuna inamından bəhs edərək bildirib ki, Azərbaycan beynəlxalq təşkilatları və ölkələri onun yanında olmağa yox, ədalətin, beynəlxalq hüququn yanında olmağa çağırmalıdır: “Biz fəaliyyətimizi genişləndirməliyik, beynəlxalq aləmi informasiya ilə təmin etməliyik”. B. Muradova hər kəsi ehtiyatlı olmağa da çağırıb: “Biz razılaşmışdıq ki, cəbhədə baş verənlərlə bağlı yalnız Müdafiə Nazirliyinin məlumatını yayaq”.xeber100.com  

Aprel 29, 2016 3:09