11 sənəd imzalanıb

Fevralın 23-də Tehranda Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasında görüşdən sonra prezidentlərin iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub. APA –nın xəbərinə görə, ümumilikdə 11 sənəd imzalanıb. İmzalanan sənədlər arasında Azərbaycan hökuməti və İran hökuməti arasında Fövqəladə hallar barədə xəbərdarlıq, məhdudlaşdırılması və nəticələrinin aradan qaldırılması haqqında saziş, Gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında saziş, Baytarlıq və heyvan sağlamlığı sahələrində əməkdaşlıq haqqında saziş, Elektrik enerjisinin satışına dair saziş, İki ölkəni birləşdirən dəmiryol xətti barədə çərçivə sazişi, İki ölkə arasında Astara-Astara dəmir yolu xətti və dəmir yolu körpüsü əlaqəsi haqqında müqavilə, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ailə və qadın məsələləri üzrə əməkdaşıq sazişi, Səhiyyə və tibb elmi haqqında əməkdaşlıq haqqında iki ölkənin Səhiyyə nazirlikləri arasında anlaşma Memorandumu, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İranın Əmək və Sosial Rifah Nazirliyi arasında əmək münasibətləri, məşğuluq və sosial müdafiə sahəsində anlaşma Memorandumu, SOCAR və İranın Milli Neft Şirkəti arasında neft və qaz layihələrinə dair anlaşma Memorandumu və SOCAR-la QƏDR investisiya şirkəti arasında anlaşma Memorandumu var.xəbər100

Fevral 23, 2016 5:39

Ölkədə bütün sahələr büdrədi

Bu gün hökumət nümayəndələri millət vəkillərinin qarşısına çıxıb hesabat verməkdənsə, xalqın qarşısına çıxıb hesabat versə daha yaxşı olardı. Faktinfo.az xəbər verir ki, millət vəkili Fazil Mustafa büdcənin dürüstləşməsinin müzakirəsi zamanı deyib. “Mən hesab edirdim ki, Nazirlər Kabinetinin üzvləri, nazirlər devalvasiyadan sonra televeziyaya çıxıb gündəlik vəziyyətdən çıxış yolları barədə məlumat verəcəklər. Hansı işləri görüblər, nə qədər iş yerləri açılıb. Amma hökumət bunu etmir. Prezident hökuməti yığdı. O zaman yığılırlar. Onlar özləri yığışıb hər hansı problemi müzakirə etmir”, – millət vəkili vurğulayıb. Onun sözlərinə görə, nazirlər burada iştirak etsə də, onsuzda biz istədiyimiz suala cavab ala bilməyəcəyik. Millət bildirdi ki, devalvasiya sübut etdi ki, bu gün Azərbaycan iqtisadiyyatı çox primitiv əsaslar üzərində qurulub: “Azərbaycan iqtisadiyyat çoxşaxəli iqtisadi sistem düzgün qurula bilmədiyindən iqtisadi böhran və devalvasiya zamanı hansısa iqtisadi sektoru bu böhrana tab gətirə bilmədi və nəticədə bütün sahələr büdrədi. Yəni neftdən başqa elə bir sahə yoxdur ki, ölkə iqtisadiyyatını bu gün ayağa qaldırsın.” Millət vəkili əlavə etdi ki, kənd təsərrüfatı sahəsi, turizm sektoru bərbad vəziyyətdədi. “Turizm sahəsinin inkişafından danışırıq, amma ölkədə o qədər mənasız və bahalı otellər tikilib ki, indi onların 95 faizi boşdur. Hətta hotel sahibləri işçilərinin pulunu verməyə imkanı yoxdur. İki mərtəbəsinin işığı yandırılır. Digər mərtəbədə işıq yoxdur. Bu reallıqdır. Heç kim gəlmir.” Millət vəkili ölkədəki digər problem kimi ölkədə “kölgə iqtisadiyyatı”nı görür. O deyib ki, bu gün həmən iri holdinqlər vergidən yayınır və nəticədə hər şey sadə xalqdan və vətəndaşın cibindən çıxacaq. “Ona görə də bu sahələrdə təcili tədbirlər görülməlidir. Bu gün maaşlar 3-40 fazi qaldırılsa da, vəziyyətdən çıxmaq olmayacaq. Çünki ölkədəki istehlak səbəti reallığa uyğun deyil”. Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov isə Fazil Mustafanın fikirləri ilə razəılamşayaraq bildirdi ki, bu gün Azərbaycan iqtisadiyyatı primitiv formada deyil, sanballı əsasları var. “Əgər belə olmasaydı 2008-ci ildə böhrana tab gətirə bilməzdi. Bu gün ölkədə iqtisadi böhran yox, müəyyən çətinkliklər var. Hökumətin yaranmış bu vəziyyətdən çıxış yolu üçün proqramı var və yaxın zamanda bu vəziyyətdən çıxacağıq. Ona görə də bu deyilən fikirlərlə razı deyiləm”. Xəbər100

Fevral 23, 2016 5:09

IV Qlobal Bakı forumunda 8 ölkənin prezidenti iştirak edəcək

Bu il martın 10-11-də keçiriləcək IV Qlobal Bakı forumunda 8 ölkənin prezidenti iştirak edəcək. APA-nın xəbərinə görə, bu siyahıya Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Fələstin prezidenti Mahmud Abbas, Albaniya prezidenti Buyar Nişani, Makedoniya prezidenti Gyorge İvanov, Montenegro prezidenti Filip Vuyanoviç, Sloveniya prezidenti Borut Pahor və Bosniya və Herseqovina Rəyasət heyətinin üzvü Mladen İvaniç daxildir. Qeyd edək ki, “çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutacaq. Forumda dünyanın nüfuzlu siyasi və dövlət xadimləri daxil olmaqla, 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir. IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq. Xatırladaq ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013, 2014 və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Hər üç forumda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.xəbər100

Fevral 23, 2016 4:44

Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində

"Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində indiyə kimi araşdırılmağa səy göstərilsə də buna hüquqi baxışlar hələ də bizim istədiyimiz səviyyədə deyil". Avropa.info xəbər verir ki, bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova parlametndə təşkil edilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” keçirilən ictimai müzakirələr zamanı deyib. Onun sözlərinə görə, insanlığın bir qismi "Xocalı soyqırmı"nı günün hadisəsi kimi qəbul edir, bir qismi bunun yolverilməz olduğunu, əksəriyyəti isə görməməzlikdən gəlirdi: “Ən ağrılı tərəfini təbii ki, Azərbaycan xalqı yaşadı. Çünki bu illər ərzində belə faciəni yaşamağa layiq olmadığımızı düşündük. Azərbaycan müstəqil dövlət kimi bu müddət ərzində bütün dünyaya öz sözünü layiqincə çatdıra bildi. Ona görə də özünə qarşı belə cinayəti qəbul etmədi və bundan sonra da etməyəcək. Çünki bu, nə insanlığa, nə bəşəriyyətə, nə də humanist adət-ənənələrə sığır. Lakin nə etmək olar ki, hadisə baş verib. Keçən müddət ərzində həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində Azərbaycan dövləti Xocalı soyqırımı, eləcə də Dağlıq Qarabağ probleminin dünya ictimiaiyyətinə çatdırılması istiqamətində hərtərəfli fəaliyyət göstərməyə çalışıb. Biz bundan sonra Xocalının beynəlxalq müsətvidə hüquqi qiymət alması üçün etnik təmizləmə faktını cinayət məcəlləsinə salınmalıdır. Xocalı soyqırmının dünyaya çatdırılmasına eyni zamanda etnik təmizləmə məsələsini də gündəmə gətirməliyik".  

Fevral 17, 2016 4:51

Xocalı faciəsinə həsr olunan tədbirlər keçiriləcək

Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Azərbaycan diaspor təşkilatları tərəfindən silsilə tədbirlər keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mtəbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, bu tədbirlərə elmi-prakitiki konfranslar, dəyirmi masalar, anım yürüşləri, etiraz aksiyaları, fotosərgi, video və film nümayişi, fləşmoblar və s. daxildir. Avropanın bir çox ölkələrinin - Almaniya, Niderland, Belçika, Danimarka, Fransa, İsveçrə, Polşa, İsveç, Finlandiya, Latviya, Litva, Estoniya, Rumıniya, Macarıstan, Moldova, Belorusiya və digər ölkələrin mərkəzi küçə və meydanlarında etiraz aksiyaları, yürüşlər, fləşmoblar təşkil olunacaq, ictimai nəqliyyatlarında videoçarxlar nümayiş etdiriləcək, fotosərgi və filmlər təqdim olunacaq. Həmçinin, fevralın 24-də Finlandiya Azərbaycan Assosiasiyası, fevralın 26-da Danimarka Krallığında fəaliyyət göstərən “Vətən” Cəmiyyəti, Azərbaycan İsveç Federasiyası, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və digər Avropada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən Xocalı faciəsi mövzusunda konfransların və dəyirmi masaların keçirilməsi də planlaşdırılır. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), “Xəzər” Cəmiyyəti, Azərbaycan Evi, Bielefeld NRW-Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, “Alm.Az.“ Cəmiyyəti Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı müxtəlif formatlı tədbirlər keçirəcək. Fevralın 24-ü Almaniyadakı Azərbaycan Evinin təşkilatçılığı ilə Berlində “Aleksandr Plats” meydanında fləşmobun və fevralın 28-də isə Brandenburq darvazası qarşısında Xocalı faciəsinə həsr olunan yürüşün keçirilməsi də nəzərdə tutulur. Atatürkçü Düşüncə Dərnəyi, Azərbaycan Evi kimi təşkilatlar da Xocalı qətliamına həsr olunan tədbir, fotosərgi və film nümayişi təşkil edəcək. Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti tərəfindən Xocalı faciəsinə həsr olunan broşurlar paylanılacaq,fevralın 26-da isə Azərbaycan Türk Kültür dərnəyi tərəfindən Niderland parlamentinin önündə Xocalı faciəsini əks etdirən çadır quraşdırılacaq. Xocalı soyıqırımının iyirmi dördüncü ildönümü ABŞ və Kanadada da kütləvi tədbirlərlə anılacaq. ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçirəcək, ABŞ Konqresinə, eləcə də ştatların qanunvericilik orqanlarına müraciətlər göndərəcək, Xocalı hadisələrinə dair məlumatları əks etdirən plakatlardan ibarət guşə yaradacaq. Şimali Kaliforniya Amerika Azərbaycan Mədəniyyət Cəmiyyəti, Şimali Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Evi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil edəcək. Nyu-York Azərbaycan – Amerika Qadınlar Assosiasiyası isə fevralın 26-ı Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirəcək. Amerika Azərbaycan Mədəniyyət Mərkəzi, Nyu-York Mədəniyyət Mərkəzi, Türk-Amerikan Dərnəkləri Federasiyası (TADF) və Kanadadakı Alberta Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Xocalı qətliamı qurbanlarının gözü ilə, qondarma erməni soyqırımının ifşası” şüarı ilə etiraz yürüşünün keçirilməsi də nəzərdə tutulur. Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin regional bölmələri, Ukrayna Azərbaycanlı Gənclər Birliyi, Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti kimi təşkilatlar Xocalı soyqırımına həsr olunan anım tədbirləri keçirəcək. Gürcüstan, Rusiya, Türkiyə kimi ölkələrdə faciənin ildönümü ərəfəsində konfrans və dəyirmi masalar təşkil olunacaq. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölmələri tərəfindən müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur. Rusiyanın bir çox kütləvi informasiya vasitələrində Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilən materialların nəşri, Türkiyədə isə "Xocalı Şeir antologiyası" kitabının təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Bundan başqa, Xocalı mövzusunda panel və fotosərgilər də təşkil ediləcək. Hazırda Gürcüstanda Xocalı ayı çərçivəsində tədbirlər keçirilir. Qeyd edək ki, Azərbaycan diaspor təşkilatları tərəfindən Dövlət Komitəsinə daxil olan məlumatlara görə bir sıra digər ölkələrdə də Xocalı soyqırmının iyirmi dördüncü ildönümü ilə əlaqədar müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur.    

Fevral 16, 2016 5:36

Qanunvericilik aktlarında dəyişiklik

lham Əliyev Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb. Avropa.info xəbər verir ki, Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının icrası ilə əlaqədarqərara alıram: “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1063; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1422) aşağıdakı dəyişikliklər edilsin: 1. 2.1-ci və 2.2-ci bəndlər ləğv edilsin. 2. 2.3-cü bənddən “, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi kadastr məlumatları əsasında” sözləri çıxarılsın.  

Fevral 16, 2016 5:05