“Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik”

Fevralın 11-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib. Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Faiq Əhmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıb. Bildirib ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir, ölkədə dini radikalizm meyllərinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir. Natiq vurğulayıb ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda, dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. Daha sonra çıxış edən natiqlər ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıblar. Bildiriblər ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir, ölkədə dini radikalizm meyillərinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir. Natiqlər vurğulayıblar ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda, dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər.  

Fevral 11, 2016 6:12

Vərəmlə mübarizə

Nazirlər Kabineti "2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nı  təsdiq edib. APA-nın məlumatına görə, qərarda qeyd edilir ki, indiyə qədər həyata keçirilmiş tədbirlər nəticəsində 2011-ci illə müqayisədə dispanser qeydiyyatında olan vərəmli xəstələrin sayı 11 mindən 9,5 minə qədər azalıb, bu xəstəlikdən ölüm halları hər 100 min nəfərə 4,2-dən 3,9-a enib. Eyni zamanda  vərəm xəstəliyi ilə mübarizə tədbirlərinin daha da təkmilləşdirilməsinə, xəstəlik hallarının erkən aşkar edilməsi, müalicəsi və profilaktikası məqsədi ilə tibb müəssisələrinin potensialının gücləndirilməsinə, bu sahədə çalışan kadrların hazırlıq səviyyəsinin artırılmasına və əhali arasında  maarifləndirmə işlərinin genişləndirilməsinə   ehtiyac var. Tədbirlər Proqramının məqsədi Azərbaycan Respublika-sında vərəm xəstəliyinin yayılma səviyyəsinin aşağı salınması və bu xəstəliklə bağlı əlilliyin və ölüm hallarının azaldılmasından ibarətdir. Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.  Tədbirlər Proqramına əsasən 2016-2020-ci illərdə Səhiyyə Nazirliyi vərəm xəstəliyinin profilaktikası məqsədi ilə uşaqların peyvənd təqviminə uyğun  peyvəndlə əhatə edilməsini, vərəmin erkən diaqnostikası məqsədi ilə tibb müəssisələrinin  spesifik sınaq vasitələri və vərəm  əleyhinə tibb müəssisələrinin dərman preparatları  ilə davamlı təminatı təmin etməlidir. Eyni zamanda Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi isə mütəmadi olaraq bəlğəm nümunələrinin Mərkəzi Referens Laboratoriyasına və Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin bakterioloji laboratoriyasına mərkəzləşdirilmiş qaydada  daşınmasının təşkilini həyata keçirməlidir.  

Fevral 6, 2016 2:53

Yeni təyinatlar

Ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibini təsdiqləyib. President.az saytında yerləşdirilmiş xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Şuranın sədri Eldar Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri. Şuranın üzvləri: Feyruz Mustafayev - Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi Vüsal İsayev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Bəhram Məmmədli - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi Nəsimi Məmmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi Elturan Babayev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi Niyaz Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Süleyman Qəmbərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri Anar Əliyev - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri  

Fevral 4, 2016 1:42