Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir

Noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.Azərtac xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclası açaraq gündəliyi təqdim edib. Gündəliyə 7 məsələ daxildir.Deputatlar “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş), “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş), Azərbaycan Respublikasının Meşə, Torpaq və Mülki məcəllələrində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş), Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş), “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş), “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş), “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş) qanun layihələrini müzakirə edəcəklər.xeber100.com

Noyabr 6, 2020 12:52

Prezident ilham Əliyev: Biz Türkiyədən yalnız müasir hərbi avadanlıq alırıq

Türkiyədən heç bir hərbi dəstək yoxdur. Bu növbəti təxribat, növbəti feyk xəbərdir. Biz Türkiyədən yalnız müasir hərbi avadanlıq alırıq. Bu, həqiqətdir. Bu, dünyada istənilən ordunun paxıllıq edə biləcəyi yeni müasir avadanlıqdır.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bunu İspaniyanın EFE agentliyinə müsahibəsində Türkiyənin Azərbaycana hərbi dəstək göstərdiyi barədə ittihamları təkzib edərkən deyib.Dövlətimizin başçısı bildirib ki, Türkiyənin müasir hərbi avadanlığı Azərbaycana döyüş meydanında çox kömək edir. “Lakin biz onu alırıq, biz müqavilələr imzalayırıq, hər şey şəffafdır, hər şey qanunidir. Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır? Yalnız Türkiyə. Çünki Türkiyə əfsuslar olsun ki, indi müxtəlif avropalı siyasətçilərin hücumuna məruz qalır. Türkiyəni qaralamaq cəhdləri var. Türkiyəni şantaj etmək, ona təzyiq göstərmək cəhdləri var. Bu, tamamilə qəbuledilməzdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.Prezident mövzu ətrafında söhbəti davam etdirərək deyib: “Bizim əsas silahlarımız Rusiyadan gəlir. Biz başqa ölkələrdən də silah alırıq. Yalnız Türkiyənin adı hallanır. Bu, birincisi. İkincisi, Türkiyənin bizə hərbi dəstək göstərdiyini həmişə deməyə davam edənlər nəyə görə vasitəçi, Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana hərbi dəstək göstərdiyini demirlər? Bizim əlimizdə sübutlar var, bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu barədə danışmır? Gəlin, bunun haqqında danışaq, gəlin, ədalətli olaq. Buna görə birincisi, bu, səhv məlumatdır. İkincisi, biz Türkiyə hərbi avadanlığını alırıq və almağa davam edəcəyik. Üçüncüsü, bu məsələ ilə bağlı heç bir ikili standart olmamalıdır. Yeri gəlmişkən, Azərbaycana Türkiyə tərəfindən hərbi dəstək göstərildiyini deyənlər, hesab edirəm, bu absurd ittihamlardan çəkinməlidirlər”.xeber100.com

Noyabr 5, 2020 2:36

Prezident İlham Əliyev: 200 il əvvəl Dağlıq Qarabağda erməni yox idi

Sovet dövrünün statistikasına görə, 1970-ci illərin sonunda Dağlıq Qarabağ muxtar vilayətində əhalinin demək olar ki, 25 faizi, 40 min nəfəri azərbaycanlılar idi. Şuşada 98 faiz azərbaycanlılar məskunlaşmışdılar. Bu gün orada bir nəfər azərbaycanlı belə yoxdur. Xankəndidə çox sayda azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar idi. Beləliklə, onların hamısı etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bu faktları İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Ermənistanın Dağlıq Qarabağda həyata keçirdiyi etnik təmizləmədən danışarkən söyləyib.“Təəssüflər olsun ki, heç kim Ermənistanı bunda günahlandırmayıb. Biz Ermənistana qarşı hər hansı sanksiyaları görmədik, bizə hər hansı ciddi informasiya dəstəyi görmədik. Beləliklə, bu, edildi və onlar yerində reallıq yaratdılar. Bu, birincisi. İkincisi, 200 il bundan əvvəl orada, ümumiyyətlə, erməni yox idi. Çünki mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə - 1805-ci il Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilmişdilər”, - deyə Azərbaycan Prezidenti bildirib.Dövlətimizin başçısı deyib ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər: “Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha yaxşı həyat sürəcəklər”.xeber100.com

Noyabr 4, 2020 1:29

Ukraynadan Bakıya silah satışı barədə ittihamlara kəskin cavab

Ukrayna Prezidenti Vladimir Zelenski kinorejissor Sarik Andreasyanın Ukraynanın Dağlıq Qarabağda döyüş əməliyyatları aparan Azərbaycana guya hərbi yardım göstərməsi barədə ittihamlarına münasibət bildirib. O, Rusiya feyklərini yaymamağı xahiş edib.Azərtac xəbər verir ki, Ukrayna dövlətinin başçısı öz mövqeyini Telegram-kanalda şərh edib.Prezident Zelenski qeyd edib ki, Ukrayna heç vaxt və heç yerə heç bir fosforlu bomba göndərməyib. O yazıb: “Belə əsassız şayiələrin yayılması ilk dəfə deyil. Əvvəlcə Ukrayna haqqında və Donbasda müharibə barədə belə yalanlar deyirdilər. Sonra Ukrayna və Suriyada müharibə barədə eyni yalanlar yayıldı. İndi bu vəziyyət Dağlıq Qarabağda müharibə kontekstində əmələ gəlib. Bütün bunları edən eyni adamlardır”.Kinorejissorun belə bir bəyanatla çıxış etməsindən hiddətlənən Zelenski bəyan edib ki, Ukrayna heç vaxt münaqişənin eskalasiyasının tərəfdarı olmayıb. O yazır: “Müharibə Ukraynaya gələndə, bizim uşaqlarımız həlak olanda sən harada idin? Erməni mənşəli Ukrayna vətəndaşları həlak olanda, - belələri isə bir və ya iki nəfər deyil, onlarcadır, - şəxsən sən təcavüz əleyhinə nə demisən? Heç nə? Başa düşürəm. Ona görə ki, bu, sənin müharibən deyildi! Bu gün isə qorxuya düşmüsən, çünki bu dəhşət sənin də evinə gəlib”.xeber100.com

Noyabr 3, 2020 2:30

BERNAMA Milli İnformasiya Agentliyi yazır…

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlərdə əldə etdiyi qələbələri geniş işıqlandırır.Azərtac-ın xüsusi müxbiri xəbər verir ki, agentlik Azərbaycan Dövlət İnformasiya Agentliyinə istinadla Ermənistan tərəfindən uzun illərdir ki, işğal altında saxlanılan tarixi Azərbaycan torpaqları Dağlıq Qarabağın və ətraf rayonların azad olunması istiqamətində artıq bir aydan çoxdur ki, davam edən müharibə barədə malayziyalı oxuculara həm ingilis, həm də Malay dilində obyektiv xəbərlər çatdırır. Belə ki, agentliyin son məlumatlarında Azərbaycan hava hücumundan müdafiə qüvvələri tərəfindən Ermənistana məxsus SU-25 qırıcı təyyarəsinin məhv edilməsi barədə informasiya yer alıb. Bildirilir ki, bu, son dörd gündə Ermənistanın məhv edilən üçüncü hərbi təyyarəsidir.Döyüşlərin gedişi ilə əlaqədar verilən digər məlumatda isə Azərbaycan Prezidenti İlham Əliyevin öz “Twitter” hesabında paylaşdığı daha bir neçə kəndin düşmən işğalından azad edilməsi barədə informasiya barədə xəbər verilir.Həmin xəbərdə Azərbaycan Prezidentindən sitat gətirilərək deyilir: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir.Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.xeber100.com  

Noyabr 3, 2020 2:27

Vətən müharibəsi haqqında xəbərlər və videomateriallar dünya mətbuatında

Misir mətbuatı Azərbaycan xalqının Vətən müharibəsi haqqında xəbərlər və videomateriallar yaymaqda davam edir. Ölkəmizin Misirdəki səfirliyi Azərtac-ın materiallarına istinadla torpaqlarımızı düşmən tapdağından azad edən müzəffər Ordumuzun döyüş meydanında qazandığı qələbələr, ermənilərin dinc əhalini və mülki obyektləri hədəfə alması barədə yeni məlumatlar bu ölkənin, habelə ərəb dünyasının ictimaiyyətinə çatdırılır.“Alvataneamag”, “Aldilomasy”, “Əl Vəsilə”, “”Rayetmisr”, “Elghad” informasiya portalları və “Asiaelyoum” xəbər agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsindən əsas məqamları işıqlandırıb.“Akhbarelyoum” qəzetinin saytında oktyabrın 31-də Ermənistanın diversiya qrupunun əsgərlərimiz tərəfindən məhv edilməsi barədə xəbər və Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videomaterial yerləşdirilib. Həmçinin bu qəzetdə və nüfuzlu “Almasryalyoum” informasiya portalında Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndlərinə məqsədli şəkildə edilən raket hücumları nəticəsində həlak olan vətəndaşlarımızın sayının 91-ə çatdığı, yaralananların sayının isə 400-dən çox olduğuna dair məlumatlar yayılıb.Misirin “Gomhuriaonline” informasiya portalında isə Ermənistan silahlı qüvvələrinə məxsus “Su-25” təyyarəsinin zərərsizləşdirilməsi barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı dərc olunub.xeber100.com

Noyabr 3, 2020 2:21