Prezident İlham Əliyev: Bizim icazəmiz olmadan torpağımıza sülh gücləri göndərilə bilməz

Hər kəs anlamalıdır ki, bu gün sülh güclərinin göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. Bizim icazəmiz olmadan hər hansı ölkə sülh güclərini bizim torpağımıza göndərə bilməz. Bu, qanuna, beynəlxalq hüquqa ziddir. Bu, qəbiledilməzdir. Ona görə belə bir narahatlıq bizdə yoxdur.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində Qarabağa sülh güclərinin göndərilməsi ilə bağlı fərziyyələrə münasibət bildirərkən deyib.“Belə səylər ola bilər, belə istəklər ola bilər. Mən bunu istisna etmirəm. Ancaq bütün məsələlər masa üzərində olmalıdır. Onu da bildirməliyəm ki, müzakirə mövzusu olan baza prinsiplərində sülh güclərinin göndərilməsi ən son mərhələdə nəzərdə tutulur. Yəni, ilk növbədə, bayaq qeyd etdiyim məsələlər həll edilməlidir - torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, nəqliyyat məsələlərinin, sərhədlərin açılması, ondan sonra ticarət. Ondan sonra sülh güclərinin gətirilməsi də istisna deyil. Ancaq bu 30 il ərzində nəzərə alsaq ki, müzakirə müddətində biz müsbət nəticəyə yaxınlaşmadıq, bu məsələ heç müzakirə də olmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.xeber100.com

Oktyabr 14, 2020 1:30

Azərbaycan dövlətinə və əsgərinə mənəvi dəstək tədbiri keçirilib

Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Rotterdam şəhərində Azərbaycan dövlətinə və əsgərinə mənəvi dəstək tədbiri keçirilib.Azərtac xəbər verir ki, tədbir himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Tədbiri giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov qeyd edib ki, Niderlanddakı bütün azərbaycanlılar dövlətimizə və əsgərlərimizə hər cür dəstək olmağa hazırdırlar. Türkiyə dövlətinə və xalqına Azərbaycana göstərdikləri mənəvi dəstəyə görə minnətdarlıq ifadə olunub. Azərbaycan xalqının bu dəstəyi heç vaxt unutmayacağı bildirilib.Soydaşlarımız Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini və onun yanında olduqlarını yekdilliklə ifadə ediblər.Qeyd olunub ki, müasir tariximizin və haqq mübarizəmizin ən məsuliyyətli və ən qürurlu mərhələsini yaşayırıq. Bu günlərdə milli həmrəyliyə xidmət edən hər bir addım və layihə böyük əhəmiyyətə malikdir.Niderland Türk Federasyon Başkanı Murad Gedik, Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sima Cəfərova, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Agamirzəyeva, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Niyazi Əmikişizadə, Odlar Yurdu Təşkilatının rəhbərləri Firəngiz Bagırova, Azərbaycan Xalq Partiyasının nümayəndəsi Sabir Budaqov, Odlar Yurdu Birliyinin təsisçisi Rəşad Sadıqov çıxış edərək, ölkəmizin üzləşdiyi problemdən danışıblar. Ermənistanın ölkəmizə qarşı başladığı hərbi təxribatı pisləyiblər. Qarabağın Azərbaycanın əzəli və tarixi torpaqları olduğunu vurğulayıblar. Ordumuzun şücaəti sayəsində tezliklə torpaqlarımızın azad olacağını bildiriblər. Azərbaycan, türk əsgərinin dünyanın ən güclü əsgəri olduğunu deyiblər. Ermənistan silahlı qüvvələrinin mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini, eləcə də dinc əhalini hədəfə almasına etirazlarını bildiriblər. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayıblar.Sonda Niderlandda yaşayan müğənni Sadıx Ağamalıyevin ifasında “Yaşa Azərbaycan” və “Azərbaycan əsgəri” mahnıları ifa olunub.xeber100.com

Oktyabr 12, 2020 11:00

Xarici İşlər nazirliyinin məlumatına görə…

Oktyabrın 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı olub.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azərtac-a bildiriblər ki, nazir Faysal bin Ferhan Al Saud bölgədə mövcud olan gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib.Nazir Ceyhun Bayramov həmkarına bölgədəki son gərginliklə bağlı, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə məlumat verib. Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttindən uzaq yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı və bu hücum nəticəsində 9 mülki şəxsin həlak olduğu, o cümlədən aralarında azyaşlı uşaqlar olmaqla, 34 nəfərin yaralandığı diqqətə çatdırılıb.Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli şəkildə atəşə tutmasının ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymamasının bariz nümunəsi olduğunu bildirib.Səudiyyə Ərəbistanının Xarici İşlər naziri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha ifadə edib. O, münaqişənin siyasi yolla həll edilməsinin vacibliyini bildirib.Nazir Ceyhun Bayramov, öz növbəsində regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb.xeber100.com

Oktyabr 12, 2020 10:51

İtaliya Senatı Azərbaycanın raket atəşinə tutulmasını pisləyən bəyanatla çıxış edib

İtaliya Senatında “İrəli İtaliya” partiyası siyasi qrupunun sədr müavini, İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəslə bağlı razılığı kobud şəkildə pozması və çoxsaylı mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnmiş Azərbaycanın müxtəlif yaşayış məntəqələrini raket atəşinə tutmasını qəti şəkildə pisləyən bəyanatla çıxış edib.Azərtac xəbər verir ki, beynəlxalq diplomatiyanın ən qısa zamanda Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün müdaxilə etməli olduğunu deyən senator Maria Rizzotti vurğulayıb: “Azərbaycan hərbi təcavüzə məruz qalmış ölkə olmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çağırışlarını qəbul etdi. Son 24 saat ərazində baş verənlər Ermənistanın atəşkəsi kobud şəkildə pozaraq toqquşmaları gərginləşdirməsinə növbəti bir sübutdur. Ermənistanın raket hücumları nəticəsində 10 mülki şəxs həlak olmuş və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanmışdır”.İtalyan senator qeyd edib ki, Azərbaycan əhalisinə qarşı soyqırım və müharibə cinayətləri törədən Ermənistan silahlı qüvvələrini dərhal dayandırmaq mənəvi öhdəlikdir.Bəyanatının sonunda senator M.Rizzotti beynəlxalq ictimaiyyətdən və İtaliya hökumətindən gözləntilərinin Azərbaycan xalqına qarşı bu vəhşi hərəkətləri qəti şəkildə pisləmələri, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etməli olduğunu deyib.İtalyan senatorunun bəyanatı İtaliyanın Agenzia Nova xəbər agentliyi tərəfindən yayılıb.xeber100.com

Oktyabr 12, 2020 10:46

Müdafiə Nazirliyi: Cəbhə boyu vəziyyət gərgin sabit qalıb

Oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib.Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib.Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açıb. Tankəleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk edib.Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.xeber100.com

Oktyabr 12, 2020 10:42

“LA RAZÓN” qəzeti: “Azərbaycan öz ərazi bütövlüyünü müdafiə edir”

İspaniyanın böyük oxucu kütləsinə malik “LA RAZÓN” qəzetinin elektron versiyasında Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovun “Azərbaycan öz ərazi bütövlüyünü müdafiə edir” sərlövhəli məqaləsi dərc edilib.Azərtac xəbər verir ki, məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, habelə təmas xəttinin yaxınlığında yerləşən kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atdığı qeyd olunur.Diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirirlər.Bildirilir ki, Ermənistanın hərbi təxribatı zamanı mülki əhali məqsədli şəkildə hədəf seçilmiş, oktyabrın 9-na olan məlumata əsasən, 31 dinc sakin həyatını itirmiş, 168 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, bir sıra yaşayış və inzibati binalar güclü dağıntılara məruz qalmışdır. Ermənistan silahlı qüvvələri Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisian, Vardenis, Cermuk və Berd şəhərlərindən, təmas xəttindən kənarda yerləşən və mülki əhalinin sıx məskunlaşdığı Gəncə, Mingəçevir, Beyləqan, Goranboy, Göygöl, Bərdə, Tərtər, Zərdab, Xızı və Abşeron ərazilərini məqsədyönlü şəkildə raket hücumlarına məruz qoymaqdadır.Vurğulanıb ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokolların kobud şəkildə pozulması deməkdir.Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı son aylar ərzində Ermənistan tərəfinin təxribatları, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanatları və fəaliyyətinin davamıdır.xeber100.com  

Oktyabr 12, 2020 10:35

Azərbaycan prezidenti İlham Əliyev: Bizim üçün bu, Vətən Müharibəsidir

Bizim əsgərlərimiz öz torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpağında həlak olurlar. Erməni əsgərlər hansı torpaqda ölürlər? Onlar Füzulidə ölürlər, Cəbrayılda ölürlər, onlar digər Azərbaycan ərazilərində ölürlər. Onların orada nə işləri var? Siz Paşinyandan soruşmalısınız onun əsgəri orada nə edir? Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “Sky News” telekanalına müsahibəsində səsləndirib.Qondarma “Dağlıq Qarabağ ordusu”nun 90 faizinin Ermənistan vətəndaşlarından ibarət olduğunu bildirən Azərbaycan Prezidenti deyib: “Onlar bizim torpağımızdadırlar. Xəritəyə baxmaq kifayətdir. Bizim üçün bu, Vətən Müharibəsidir. Biz özümüzü müdafiə edirik. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik ki, bir milyon köçkünün geri qayıtmasına imkan yaradaq. Bizim etdiyimiz budur. Biz 28 il idi səbirlə inanırdıq ki, danışıqlar irəliləyişə gətirib çıxaracaq. Nəticədə hazırkı vəziyyət yarandı. Biz təcavüzkarı geri oturdub cəzalandıranda, bilirsiniz ki, siyasi cəhətdən hücuma məruz qaldıq. Mən əsas prinsipləri qəbul etdim, Paşinyan isə rədd etdi. Mən Ermənistanla Azərbaycan arasında olan danışıqların formatını qəbul edirəm. Paşinyan isə deyir ki, yox, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, təkcə mənim tərəfimdən deyil, Minsk qrupu tərəfindən də qəbuledilməzdir. Beləliklə, hazırda baş verənlərə görə onu günahlandırmaq lazımdır”.xeber100.com

Oktyabr 10, 2020 7:13