Azərbaycan prezidenti İlham Əliyev: Bizim üçün bu, Vətən Müharibəsidir

Bizim əsgərlərimiz öz torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpağında həlak olurlar. Erməni əsgərlər hansı torpaqda ölürlər? Onlar Füzulidə ölürlər, Cəbrayılda ölürlər, onlar digər Azərbaycan ərazilərində ölürlər. Onların orada nə işləri var? Siz Paşinyandan soruşmalısınız onun əsgəri orada nə edir? Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “Sky News” telekanalına müsahibəsində səsləndirib.Qondarma “Dağlıq Qarabağ ordusu”nun 90 faizinin Ermənistan vətəndaşlarından ibarət olduğunu bildirən Azərbaycan Prezidenti deyib: “Onlar bizim torpağımızdadırlar. Xəritəyə baxmaq kifayətdir. Bizim üçün bu, Vətən Müharibəsidir. Biz özümüzü müdafiə edirik. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik ki, bir milyon köçkünün geri qayıtmasına imkan yaradaq. Bizim etdiyimiz budur. Biz 28 il idi səbirlə inanırdıq ki, danışıqlar irəliləyişə gətirib çıxaracaq. Nəticədə hazırkı vəziyyət yarandı. Biz təcavüzkarı geri oturdub cəzalandıranda, bilirsiniz ki, siyasi cəhətdən hücuma məruz qaldıq. Mən əsas prinsipləri qəbul etdim, Paşinyan isə rədd etdi. Mən Ermənistanla Azərbaycan arasında olan danışıqların formatını qəbul edirəm. Paşinyan isə deyir ki, yox, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, təkcə mənim tərəfimdən deyil, Minsk qrupu tərəfindən də qəbuledilməzdir. Beləliklə, hazırda baş verənlərə görə onu günahlandırmaq lazımdır”.xeber100.com

Oktyabr 10, 2020 7:13

Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

Almaniya Xarici İşlər naziri Heiko Maasın atəşkəsə çağırış və Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması ciddi təəssüf və təəccüb doğurur.Bu barədə Azərtac-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.Məlumatda bildirilir ki, birtərəfli qaydada atəşkəsə çağırışlar münaqişənin köklü həllinə deyil, işğala əsaslanan status-kvonun saxlanmasına xidmət edir.“Bundestaq üzvlərindən biri haqlı olaraq Almaniya Xarici İşlər nazirinə “atəşkəs problemin həlli deyil” - deyə sualla müraciət edib. İşğalçı dövlət olan Ermənistana təzyiq göstərilməlidir.Almaniyanın da üzvü olduğu Minsk qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti atəşkəsin davamlı sülhə çevrilməsinə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmasına və Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına xidmət etməyib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması barədə tələblərinin həyata keçirilməsi üçün hər hansı ciddi tədbirlər görülməyib.Təəssüflə onu da qeyd edək ki, ATƏT-in və Minsk qrupunun üzvü kimi Azərbaycanın dəfələrlə Almaniyaya müraciət etməsinə baxmayaraq, Almaniya tərəfindən münaqişənin həlli istiqamətində xüsusi fəallıq göstərilməyib.Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədində Aİ-nin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsbit olunub. Aİ-nin aparıcı ölkəsi olan Almaniya sanki bu sənəddən xəbərsizdir.Ona görə də atəşkəs çağırışları BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən konkret qrafik əsasında çıxarılmasını nəzərdə tutan planla müşayiət edilməlidir. Yalnız bu halda atəşkəs davamlı sülhə çevrilə bilər.Vurğulayırıq ki, Azərbaycan öz ərazilərində Ermənistanın təcavüzünə cavab olaraq əks-həmlələr həyata keçirir.Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və işğala son qoyulması Azərbaycan xalqının haqlı tələbidir.İndiki şəraitdə Azərbaycana hər hansı təzyiqlərin göstərilməsi barədə açıqlamanı ədalətsiz və haqsız hesab edirik.Almaniyanı Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etmək üçün Ermənistana təzyiqlər göstərməyə, ədalətli mövqe tutmağa çağırırıq, - deyə məlumatda qeyd olunur.xeber100.com

Oktyabr 8, 2020 10:23

Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var

Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev nümayəndə heyətini qəbul edərkən bu səfərin xüsusi önəm daşıdığını vurğulayıb. Dövlətimizin başçısı deyib: “Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş Türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır”.Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli bəyanatları bütün dünyaya Azərbaycanın tək olmadığını göstərdi.“Mənim əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.xeber100.com

Oktyabr 6, 2020 3:14