İsveçrədə Ermənistanın son hərbi təxribatları ilə bağlı çağırışlar edilib

Ermənistanın müharibə cinayətlərinin və ölkəmizə qarşı apardığı xain hücum siyasətinin ifşa edilməsi istiqamətində İsveçrə Xarici İşlər Nazirliyinə, İsveçrə parlamentinə, o cümlədən parlamentin Yuxarı Palatasının (Senat) Prezidenti Hans Stökliyə, Aşağı Palatasının (Konqresin) Prezidenti İzabel Moreyə, İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, İsveçrə Parlamentinin Aşağı Palatasının üzvü, habelə Montrö şəhərini meri, tanınmış siyasətçi Loran Verliyə, İsveçrə Konfederasiyasının 26 kantonunun hökumət başçılarına (prezidentlərinə) Azərbaycan Respublikasının bu ölkədəki səfiri Xanım İbrahimova tərəfindən silsilə müraciətlər olunub, görüşlər keçirilərək İsveçrənin rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını nəzərə almaqla Ermənistanın işğalçı siyasətinin və hərbi təcavüzünün qınanılması çağırışı edilib.Azərtac xəbər verir ki, müraciətlərdə Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda və Ermənistanda baş qaldırmış millətçi qüvvələrin Azərbaycana qarşı təcavüzə başladığı, hərbi təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizinin, o cümlədən Dağlıq Qarabağın və ətraf 7 rayonun işğal olunduğu qeyd edilib. Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilib, bizim bütün tarixi abidələrimiz, qəbirlər, eləcə də məscidlər ermənilər tərəfindən dağıdılıb. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar var. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və başqa təşkilatlar oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamələrə və qərarlara məhəl qoymur. Təəssüf ki, həmin sənədlər yerinə yetirilməyib və kağız üzərində qalıb. Müraciətlərdə, həmçinin Ermənistanın yuxarıda qeyd edilən beynəlxalq təşkilatların tələblərinə məhəl qoymamasının növbəti bariz nümunəsi kimi bu il sentyabrın 27-dən bu işğalçı dövlətin Azərbaycana qarşı başlatdığı məkrli və xain hərbi təcavüzü qeyd edilib.Bildirilib ki, yaranmış vəziyyətə və hadisələrin sonrakı inkişafına görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.xeber100.com

Oktyabr 3, 2020 6:55

Malayziya parlamenti Ermənistanın hərbi təxribatlarını pisləyib

Malayziya parlamentinin Nümayəndələr Palatasında Malayziya-Azərbaycan Parlamentlərarası dostluq qrupu tərəfindən Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təxribatlarını kəskin şəkildə pisləyən bəyanat yayılıb.Azərtac xəbər verir ki, sənəd dostluq qrupunun sədri Datuk Rosman Bin Datuk Haji İsli tərəfindən oktyabrın 1-də imzalanaraq Azərbaycanın Malayziyadakı səfirliyinə göndərilib.Bəyanatın mətnində deyilir: “Biz - Malayziya Parlamentində Malayziya–Azərbaycan dostluq qrupunun üzvləri sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı başlamış hücumları pisləyirik. Biz təcili olaraq Ermənistan hökumətinə çağırış edirik ki, beynəlxalq hüququn əsas qanunlarını, eləcə də beynəlxalq humanitar sənədlərdən irəli gələn fundamental tələbləri pozan hər bir cəhdini dayandırsın”.Sənəddə qeyd edilir ki, Ermənistan hökuməti gücdən istifadəyə etmədən, eləcə də diplomatik səyləri artıraraq Azərbaycanla münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ən qısa zamanda konstruktiv danışıqlara başlamalıdır.Bəyanatda, həmçinin deyilir: “Bizim dostluq qrupumuzun bütün üzvləri dərin təəssüf hissi keçirirlər ki, Ermənistanın yuxarıda qeyd olunan hücumları təkcə Cənubi Qafqazda sülh və rifaha qarşı deyil, eyni zamanda, bu il iyulun 23-də Malayziyanın BMT-yə üzv dövlətlərdən 171-nin səsini toplayaraq, beynəlxalq əməkdaşlığı və qarşılıqlı etimadı nəzərdə tutan “COVID-19 Pandemiyası dövründə Qlobal Atəşkəs üçün BMT Baş katibinin Müraciətinə Dəstək Bəyanatı” təşəbbüsünü də sarsıdıb”.Bəyanatın sonunda münaqişə nəticəsində həyatını itirən şəxslərin ailələrinə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.Xatırladaq ki, sentyabrın 29-da Malayziya Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib.xeber100.com

Oktyabr 1, 2020 12:26

ABŞ Dağlıq Qarabağ regionundakı vəziyyəti müşahidə edir

ABŞ Prezidenti Donald Tramp sentyabrın 27-də brifinqdə bəyan edib ki, ABŞ hakimiyyət orqanları Azərbaycanın Dağlıq Qarabağ regionunda vəziyyəti müşahidə edir. Azərtac xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ bu münaqişənin genişlənməsini dayandırmağa çalışacaq.Xatırladaq ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat əməliyyatları həyata keçirərək Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca yerləşən mövqelərini və Azərbaycanın cəbhəyanı zonadakı yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutublar. Azərbaycan ordusu düşmənin bu təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücuma keçib. Nəticədə bəzi kəndlər işğaldan azad edilib, strateji yüksəkliklər tutulub.BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin işğalını pisləyən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Assambleyası BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri barəsində beynəlxalq birliyin mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar erməni işğalçı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən onlarca qətnamə qəbul ediblər.xeber100.com

Sentyabr 28, 2020 2:16