Hərbi təxribatla bağlı Fransa Prezidentinə məktub ünvanlanıb

Fransızlar qisas müharibəsi elan etmədilər. Lakin 1870-ci ildə işğalçı tərəf təcavüz cinayətini yenidən başladıqdan sonra torpağın müdafiəsi məqsədilə və iki vilayətin geri alınması üçün müharibə millətin instinktiv məqsədi oldu. Bununla əlaqədar heç bir tərəddüd və ya şübhə ola bilməz. Bu, xalqın əsl və sadə bir təbii haqqını təşkil edirdi. Andre Tardyö “Sü lh” əsərində 1870-ci ildə Fransanın öz suverenliyini bərpa etmək üçün mübarizəyə qalxmasını əsaslandırmaq üçün belə yazmışdı.Bu gün Azərbaycan da Fransa kimi öz suverenliyi uğrunda təbii haqqını tələb edir.Azərtac xəbər verir ki, bu fikirlər Fransanın bir qrup parlamentarisinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi son hərbi təxribatla bağlı Fransa Prezidenti Emmanuel Makrona ünvanladıqları məktubda yer alıb.Məktubda bildirilir ki, Ermənistan 30 ildir Azərbaycan torpaqlarını hərbi işğal altında saxlayır. Bir neçə gün əvvəl, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində qeyri-qanuni hərbi təxribata əl atıb.Diqqətə çatdırılır ki, transmilli neft kəmərinin keçdiyi mühüm strateji regionda ermənilərin törətdiyi hərbi təxribat nəticəsində 12 Azərbaycan hərbçisi həlak olub. Bu, beynəlxalq ictimaiyyətə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən hərbi yolla işğal edilməsini xatırladır.Məktubda BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr və Ermənistanın bu qətnamələrə riayət etmədiyi vurğulanır.“Beynəlxalq ictimaiyyət, eləcə də Fransa Ermənistanın beynəlxalq hüquqa riayət etməsi üçün qəti mövqe tutaraq təcili hərəkət etməlidir. Vasitəçilərin süründürməçiliyinə son qoymağın vaxtı çatıb. İndi yalnız Azərbaycanın təmkinli olması sayəsində Qafqazda döyüşlərin alovlanmasının qarşısını almaq mümkün olub. Hərbi əməliyyatların yenidən başlaması seçim ola bilməz və olmamalıdır.Buna görə, cənab Prezident, Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi səlahiyyətlərinizə uyğun olaraq dərhal tədbir görməyinizi xahiş edirik”, - deyə parlamentarilər məktubda qeyd ediblər.Məktub Gi Briku, Jan-Pyer Door, Alən Uper, Jerom Lamber, Andre Rişar və Jan-Lük Retser tərəfindən imzalanıb.xeber100.com

İyul 25, 2020 7:13

BMT-nin İsveçrədəki qərargahının qarşısında etiraz aksiyası təşkil edilib

İyulun 19-da BMT-nin Cenevrə şəhərindəki qərargahının önündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq böyük etiraz aksiyası keçirilib.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının (İAKŞ) və İsveçrə Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən aksiyada diasporumuzun üzvləri ilə yanaşı, türk cəmiyyətlərinin nümayəndələri də iştirak ediblər.Tədbirdə İAKŞ-ın əlaqələndiricisi Əkbər Gəncə, Beynəlxalq Demokratlar Birliyinin İsveçrə üzrə sədri Murat Şahin, Beynəlxalq İnsan Haqları və İnkişaf İttifaqı Dərnəyinin sədri Ender Demirtaş və başqaları çıxış ediblər. Çıxışçılar sülhpərvər, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan, bəşəri dəyərlərə böyük önəm verən müstəqil Azərbaycanın hər sınaqdan güclü olaraq çıxacağını, Dağlıq Qarabağın mütləq Ermənistanın işğalından azad olunacağına əminliklərini bildiriblər."Türk milləti olaraq azərbaycanlı qardaşlarımızın bu günə qədər olduğu kimi, bundan sonra da yanında olmağa davam edəcəyik. Bunu bir daha BMT binası önündən bütün dünyaya bəyan edirik" - deyə Murat Şahin söyləyib.Çıxış edənlər BMT-dən Ermənistanın təxribatlarını və hücumlarını araşdırmaq üçün missiya təşkil etməyə, dünya birliyini işğalçı Ermənistana qarşı tədbirlər görməyə çağırıblar.Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı, Ermənistanın işğalçı siyasətinə etiraz plakatlarının qaldırıldığı aksiyada "Azərbaycana ədalət!", "Dağlıq Qarabağ Azərbaycanındır!", "Ermənistanın işğalına son qoyulsun!" və sair şüarlar səsləndirilib.xeber100.com

İyul 20, 2020 4:56

Xüsusi karantin rejimi 5 avqust saat 06:00-dək uzadılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq, ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a verilən məlumata görə, bununla yanaşı, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda iyulun 20-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq: 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək; 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda iyulun 20-dən etibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Eyni zamanda, şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələri üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.“Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq”, - deyə Operativ Qərargahın məlumatında qeyd edilib.xeber100.com

İyul 17, 2020 9:50

Xarici İşlər Nazirliyi təxribatla bağlı açıqlama yayıb

İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər.Düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu həlak olub, 5 nəfər isə yaralanıb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir.Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir.Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe hamıya aydındır.Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısı bundan sonra da layiqincə alınacaq.Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.xeber100.com

İyul 12, 2020 8:24