Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

Mayın 2-də Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azərtac-a verilən məlumata görə, görüş zamanı nazir müavini aprelin 30-da Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim edib. X. Xələfov odlu silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq ruhuna uyğun olmadığını qeyd edib.Eyni zamanda, nazir müavini iki müttəfiq və strateji tərəfdaş dövlət arasında münasibətlərin prinsiplərinə uyğun olaraq Qazaxıstan tərəfindən bu insidentin və Azərbaycan vətəndaşlarının ölümü və yaralanmaları hallarının hərtərəfli və obyektiv araşdırılması və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasını xahiş edib. Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib.xeber100.com  

May 2, 2020 7:08

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib

Aprelin 24-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.Azərtac xəbər verir ki, iclası Milli Məclisin Sədri Sahibə Qafarova açaraq gündəliyi təqdim edib.Gündəlik təsdiq olunduqdan sonra cari məsələlərin müzakirəsi olub.Cari məsələlərin müzakirəsi zamanı Milli Məclisin komitə sədrləri Zahid Oruc, Səməd Seyidov, Qənirə Paşayeva, deputatlardan Məlahət İbrahimqızı, Vahid Əhmədov, Tahir Kərimli, Fazil Mustafa, Azay Quliyev, Sahib Alıyev, Rauf Əliyev, Jalə Əliyeva, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı, Razi Nurullayev, Bəhruz Məhərrəmov müxtəlif məsələlərlə bağlı fikirlərini bildiriblər.Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb."Nəqliyyat haqqında", "Aviasiya haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Dəniz limanları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib. Bildirib ki, bu dəyişiklik qanunların icrasının təkmilləşdirilməsi məqsədilə edilir. Bu dəyişiklik də səsə qoyularaq qəbul olunub.İclasda müxtəlif məsələlərin müzakirəsi zamanı komitə sədri Hicran Hüseynova, deputatlardan Qüdrət Həsənquliyev, Rasim Musabəyov, Tahir Kərimli, Aydın Hüseynov, Erkin Qədirli, Rəşad Mahmudov, Arzu Nağıyev, Siyavuş Novruzov, Kamran Bayramov, Bəhruz Məhərrəmov, Əli Məsimli, Azay Quliyev, Məlahət İbrahimqızı, Azər Kərimli, Etibar Əliyev, Fəzail Ağamalı, Razi Nurullayev çıxış edərək öz fikirlərini bildiriblər.xeber100.com

Aprel 24, 2020 10:41