Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edilib

Bu il fevralın 21-də Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edilib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumata görə, qətnamədə Xeybər Puxtunxva əyalətinin Assambleyası Pakistan və Azərəbycan arasındakı qarşılıqlı hörmət, etimad və anlaşma prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verərək, iki ölkə arasında bölüşülən mədəni dəyərlər, regional və qlobal məsələlərə ortaq yanaşma və beynəlxalq müstəvidə yaxın əməkdaşlığın mövcud olduğunu vurğulayır. Pakistanın Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair prinsipial mövqeyinin Azərbaycan tərəfindən birmənalı dəstəkləndiyi və Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cəmmu və Kəşmir Kontakt Qrupunda fəal iştirakı qətnamədə məmnuniyyətlə qeyd olunur.Məlumat üçün bildirmək istərdik ki, Xeybər Puxtunxva əyaləti Pakistanın dörd inzibati əyalətindən biri olub, ölkənin şimali-qərb bölgəsində yerləşir və əhalisinin sayına, həm də iqtisadiyyatına görə üçüncü böyük əyalət hesab olunur. Əyalətin Assambleyası təkpalatalı qanunverici qurum olmaqla 5 il müddətinə seçilən 145 üzvdən ibarətdir.Pakistan Senatının Xarici Əlaqələr Komitəsi 2012-ci ildə, Pakistan Milli Assambleyasının Xarici İşlər üzrə Daimi Komitəsi tərəfindən 2017-ci ildə Xocalı soyqırımını tanıyan, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul edilib.xeber100.com  

Fevral 22, 2020 6:20

“El Sol de Mexico” qəzeti parlament seçkilərindən yazır…

Meksikanın nüfuzlu “El Sol de Mexico” qəzetində beynəlxalq müşahidəçi qismində Azərbaycanda səfərdə olmuş tanınmış jurnalist Federiko Lamontun 9 fevral tarixində Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərinə dair “Azərbaycan: çoxlu seçici və şəffaf seçkilər” adlı növbəti məqaləsi dərc olunub.Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 dekabr 2019-cu il tarixində imzaladığı Sərəncama əsasən keçirilmiş növbədənkənar parlament seçkilərinə beynəlxalq müşahidəçilərin dəvət olunduğu qeyd olunur.Azərbaycan hökumətinin dəvətinə əsasən seçkilərdə müşahidəçi qismində iştirak edən müəllif, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla keçirdiyi müsahibə zamanı onun seçkilərin şəffaf keçəcəyini, həmçinin yüksək seçici fəallığının müşahidə olunacağını vəd etdiyini bildirir və bu söylənənlərə Bakı şəhərində iştirak etdiyi 12 seçki məntəqəsində əyani şahidi olduğunu vurğulayır.Məqalədə, habelə seçkilərin ABC Radio OEM daxil olmaqla 800-dən artıq beynəlxalq müşahidəçilər tərəfindən izləndiyi qeyd olunur, bunun Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə aparılan islahatlara daha da güclü təkan verəcəyi və həmin islahatların qeyri-neft sektorunun inkişafı, sosial-iqtisadi restrukturizasiyanı davam etdirməyə imkan verəcəyi xüsusilə vurğulanır.xeber100.com

Fevral 13, 2020 2:32