ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəsmi internet səhifəsində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərində seçki prosesini izləyəcək uzunmüddətli müşahidə missiyasının tərkibi açıqlanıb.Azərtac Secki-2020.az saytına istinadla xəbər verir ki, 26 nəfərin yer aldığı siyahıda Rusiya, Türkiyə, Birləşmiş Krallıq, Fransa, Almaniya, İsveç, İsveçrə, Albaniya, Çexiya, Danimarka, İrlandiya, İtaliya, Niderland və Norveçdən nümayəndələr var.Xatırladaq ki, ATƏT-in əsas müşahidə missiyası 12 nəfərdən ibarətdir. Seçki günü daha 350 qısamüddətli müşahidəçinin səsvermənin gedişatını izləyəcəyi bildirilir.xeber100.com