Mayın 13-də Tbilisidə VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu işə başlayıb.Azərtac xəbər verir ki, forumda Qara dəniz və Cənubi Qafqaz bölgələrində həll olunmamış münaqişələr, təhlükəsizliyə təhdidlər, regionda və dünyada baş verən proseslər, “Şərq tərəfdaşlığı” proqramının genişləndirilməsi və digər məsələlər müzakirə olunur.Tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, ABŞ və Avropa ölkələrindən dövlət və hökumət rəsmiləri, ekspertlər, diplomatlar iştirak edirlər.İki gün davam edəcək tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ayrıca sessiyanın təşkili də nəzərdə tutulub.Azərbaycanı bu tədbirdə ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov təmsil edirlər.Forum çərçivəsində təşkil olunacaq panel iclaslarda Fuad Çiraqov məruzə ilə çıxış edəcək.Eyni zamanda, tədbirdə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Rauf Novruzov, Dövlət İdarəçilik Akademiyasının Tələbə Elmi Cəmiyyətinin üzvü Elvin Hacıyev müşahidəçi qismində iştirak edirlər.xeber100.com