İtaliyanın nüfuzlu “Il Giornale” qəzeti təxribatlardan yazır…

İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinin “Insideover” analitik-informasiya portalında Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik barədə məqalə dərc olunub.Portalın baş redaktoru Matteo Karnielettonun müəllifi olduğu məqalədə ötən günlərdə dövlət sərhədində gərginliyin yenidən artığı və döyüş toqquşmasının baş verdiyi vurğulanıb. İşğaldan azad olunan ərazilərimizdə, o cümlədən Füzuli rayonunda müşahidə etdiklərini qələmə alan müəllif Qarabağda yeni yolların çəkildiyini diqqətə çatdıraraq bildirib: “Ərazidə yük maşınları, rayonun infrastrukturunun qurulmasında fəaliyyət göstərən şirkətlərin (“Azərsu” və “Azərenerji”) müasir “off-road” və köhnə sovet avtomobilləri var idi. Biz Füzuliyə çatanda hər şey normal görünürdü, baxmayaraq ki, bir neçə saat əvvəl Azərbaycan ilə Ermənistan arasında gərginlik yenidən alovlanmışdı. On illərdir qarşı-qarşıya qalan iki ordu arasında nə baş verdiyi bizə hələ tam aydın deyildi. Bakı İrəvan tərəfindən hücuma məruz qaldığını bildirir”. Yazıda Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinad edilərək qeyd olunur ki, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonlarındakı bəzi mövqeləri və dayaq məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif çaplı silahlardan, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Müəllif toqquşmaların bir neçə saat ərzində güclənə biləcəyi və 2020-ci ildəki kimi yeni müharibənin başlaya biləcəyi ilə bağlı narahatlığın olduğunu qeyd edir. Lakin vurğulanıb ki, səhər saatlarında Bakı ilə İrəvan arasında atəşkəs razılaşması elan olunub. Füzuli ilə bağlı təəssüratlarını bölüşən Matteo Karnieletto bildirir: “Qarabağın qapısı sayılan Füzuli bizi quraq çölləri ilə qarşılayır. Bir vaxtlar burada yamyaşıl üzüm bağları olub, indi isə əraziyə daxil olmaq mümkün deyil. Lakin bir zamanlar meyvə ağaclarına bərkidilən dirəklər hələ də ayaqda duran keşikçilər kimi qalır. Artıq bu ərazilərdə heç nə bitmir: ərazi faktiki olaraq minalarla doludur. Bu, bizim üzləşdiyimiz ilk problemdir. Lakin ərazinin minalardan təmizlənməsi asan məsələ deyil. Çünki burada kvadratkilometrlərlə minalanmış ərazi var”.xevber100.com  

Sentyabr 14, 2022 3:05

Xarici İşlər Nazirliyi: Azərbaycana qarşı hərbi təxribatlar davam edir

Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri sentyabrın 12-dən Azərbaycana qarşı başlatdığı hərbi təxribatları davam etdirir. Azərtac xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin şərhində bildirilib.Qeyd olunub ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat verdiyi kimi, Azərbaycan Ordusu tərəfindən legitim hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirilir.Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqa və humanizmə sadiq qalaraq, ölkəmizin ərazi bütövlüyünə qarşı təxribat törətmiş Ermənistan hərbçilərinin cəsədlərini birtərəfli qaydada Ermənistan tərəfinə təhvil verməyə hazır olduğunu bəyan edib və Beynəlxalq Qırmızı Xaç Komitəsi bu barədə məlumatlandırılıb.Belə bir vəziyyətdə Ermənistanın təxribatçı əməllərindən əl çəkməməsi və Azərbaycanın mövqelərini artilleriya vasitələrindən atəşə tutması bu ölkənin bölgədəki vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu göstərir.“Ermənistanı dağıdıcı fəaliyyətindən çəkinməyə, humanitar atəşkəsə riayət etməyə çağırırıq. Bölgədə sülh yalnız beynəlxalq hüquqa ciddi riayət edilməsi əsasında təmin oluna bilər”, - deyə açıqlamada qeyd olunub.xeber100.com

Sentyabr 14, 2022 2:54

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı…

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən,  sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Ordusu genişmiqyaslı təxribatın qarşısını qan bahasına alıb. Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Şəhid hərbçilərimizin siyahısını təqdim edirik: 1. Qurbanov Saleh Möhübbət oğlu - Xızı rayonu, Giləzi qəsəbəsi 2. Mehbalıyev Fərid Kəmaləddin oğlu - Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, 3. Əliyev Əli Cavad oğlu - Şərur rayonu, Yengicə kəndi 4. Həsənov Səid Sarbala oğlu - Cəlilabad rayonu, Əsədli kəndi 5. Nəsirov Ülvi Əsədulla oğlu - Saatlı rayonu, Qaranuru kəndi 6. Babazadə Elşən Sahib oğlu - Qəbələ rayonu, Mıxlıqovaq kəndi 7. Kərimov Azad Zakir oğlu - Qazax rayonu, Daşsalahlı kəndi 8. Məmmədov Azər Mustafa oğlu - Qazax rayonu, Kəmərli kəndi 9. Fərid Rüstəmov - Zərdab rayonu, Kəndəbil kəndi 10. Ümid Həsənov - Quba rayonu 11. Şəmistan Sadıxov - Lerik rayonun, Əvilə kəndi 12. Əzizov Nəzər Ağacəlil oğlu - Kürdəmir rayonu, Dəyirmanlı kəndi 13. Camal Bədəlov - İsmayıllı rayonu, Talıstan kəndi 14. Kazımov Yunis Qasım oğlu - Qazax rayonu, Kəmərli kəndi 15. Rüstəmov Elnur Faid oğlu - Xaçmaz rayonu, Əbilyataq kəndi 16. Əhmədov Feyruz Məzahir oğlu - Tovuz rayonu 17. Qocayev Vadim Alik oğlu - Bakı şəhəri Binəqədi rayonu 18. Əhədzadə Xəyal - Lənkəran rayonu, Nərimanabad kəndi 19. Ömərov Sərxan Mübariz oğlu - Zaqatala rayonu, Yuxarı Tala kəndi 20. Budaqlı İsmayıl - Sabirabad rayonu 21. Abbasov Adil Nail oğlu - Oğuz rayonu 22. Qurbanov Cəmil Anar oğlu - Astara rayonu 23. Abdullayev Elvin Elçin oğlu - Neftçala rayonu 24. Fətullayev Rafael Rüfət oğlu - Neftçala rayonu 25. Şirinov Ömər Muğan oğlu - Kəlbəcər rayonu 26. Hümbətov Ravil Mübariz oğlu - Cəbrayıl rayonu 27. Vüsal Məlikov - Lerik rayonu, Almu kəndi 28. Qasımov Nihat Mehman oğlu - Şəki rayonu, Kiçik Dəhnə kəndi 29. Emin Fərzəliyev - Ağcəbədi rayou 30. Süleymanov Xəyal Elxan oğlu - Şəmkir rayonu 31. Əzizli Sadiq Zaur oğlu - Qobustan rayonu, Dərəkənd kəndi 32. İsgəndərov Qorxmaz İsgəndər oğlu - Mingəçevir Dövlət Universitetinin məzunu 33. Qasımov Rəşad Ənvər oğlu - Cəlilabad rayonu, Alar kəndi 34. Əhmədzadə Məftun Seymur oğlu - Tərtər rayonu, Evoğlu kəndi 35. Zülfiyev Ədail Coşqun oğlu - Lerik rayonu, Nurəvud kəndi 36. Ağazadə Mirtalib Mirheydər oğlu - Beyləqan rayonu, ll Aşıqlı kəndi 37.Səbuhi Əhmədov - SOS uşaq evininin yetirməsi 38. İsayev Sadiq Rəşad oglu - Salyan rayonu Arbatan kəndi 39. Məmmədov Məmməd Bilal oglu - Biləsuvar rayonu 40. Rzayev Tərlan Pərviz oğlu - İsmayıllı rayonu 41. Səmədov Elvin - Salyan rayonu, Qızılagac kəndi 42. Muradov Bəxtiyar Guloğlan oğlu - Sumqayıt şəhəri 43. Erkin Hüseynov - Gəncə şəhəri 44. Təbriz Rəhimov - Yevlax rayonu, Gülövşə kəndi 45. İsgəndərov Qorxmaz İsgəndər oglu - Laçın rayonu, Ağcakənd kəndi 46. Məmmədov Nahid Hüseynağa oğlu - Cəlilabad rayonu, Venlik kəndi 47. Həsənov İbrahim Şöhrət oğlu - Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi 48. Rəsulov Murad İlqar oğlu - Şabran rayonu 49. Huseynov Ziyarət Mayıl oğlu - Biləsuvar rayonu, Amankənd kəndi 50. Üzeyir Əliyev - Göygöl rayon Qızılqaya qəsəbəsi Allah şəhidlərimizə rəhmət eləsin!    

Sentyabr 14, 2022 2:47