Uruqvay Baş Assambleyasının açıqlamasına əsasən…

Bu il aprelin 26-da Uruqvayın xarici əlaqələr naziri vəzifəsini icra edən səfir Ariel Berqamino ilə Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanov arasında görüş keçirilib.Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan səfirinin müraciəti əsasında keçirilən görüşün başlıca məqsədi ikitərəfli gündəlikdə duran bir sıra məsələlərin müzakirəsi, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “nümayəndəsinin” Uruqvaya gəlməsi və burada guya ki ölkə rəsmiləri də daxil olmaqla görüşlərin keçirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirilməsi olub.Azərbaycan səfirinin, həmçinin Uruqvay Senatının sədri Luisa Topolanski ilə görüşü baş tutub. Görüş zamanı L.Topolanski parlamentdə keçirilən tədbir zamanı hər hansı qondarma qurumun nümayəndəsi ilə deyil, Uruqvaydakı erməni icması ilə görüşdüyünü bildirib. Görüş nəticəsində Uruqvay Baş Assambleyası (parlament) rəhbərliyinin mətbuat açıqlaması yayılıb. Mətbuat açıqlamasında Uruqvay Baş Assambleya və Senatının rəhbərliyinin Xarici Əlaqələr Nazirliyi tərəfindən yayılmış mətbuat açıqlamasının və xüsusilə də açıqlamanın sonuncu bəndində qeyd olunmuş “Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığına dair mövqeyini bir daha bəyan edir, Dağlıq Qarabağdakı separatçı rejimi tanımadığını bir daha bildirir, münaqişənin sülh yolu ilə həll edilməli olduğu və bu məqsədlə Uruqvayın ATƏT-in Minsk qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəkləyir” fikrinin tam dəstəklədiyi bəyan edilib.xeber100.com

Aprel 27, 2019 1:53

Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək ölkəmizdə “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, təlimdə iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək.Təlimə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.xeber100.com

Aprel 22, 2019 2:13