23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

Ordumuzun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.Azərbaycan Müdafiə Nazirliyindən Milli.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altında olan Ağdam rayonunun Acarlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Aprel 7, 2019 10:04

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Ağdam rayonunun işğal altında olan Şıxlar, Mərzili, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.xeber100.com

Aprel 5, 2019 12:55

Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

Xarici işlər naziri Elmar Məmmədyarov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçiriləcək.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, görüş aprelin 5-də Moskvada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində təşkil olunacaq.xeber100.com

Aprel 5, 2019 12:52

Müdafiə Nazirliyinin məlumatına görə…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Ağdam rayonunun işğal altında olan Şıxlar, Baş Qərvənd, Acarlı, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.xeber100.com

Aprel 4, 2019 1:09

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayıb

Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayıb.Azərtac xəbər verir ki, toplantıda Şərq Tərəfdaşlığı və Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycanla Aİ arasında əməkdaşlığın vəziyyəti, yeni razılaşma üzrə danışıqlar müzakirə edilir. Bundan başqa, 2018-2020-ci illər üzrə Tərəfdaşlıq Prioritetlərinə dair fikir mübadiləsi aparılır.Eləcə də iclasda Azərbaycanda aparılan islahatlar, iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi, nəqliyyat, təhsil, ətraf mühit kimi məsələlər, mobillilik, vizanın sadələşdirilməsi və readmissiya sazişinin icrası müzakirə olunur.xeber100.com

Aprel 4, 2019 12:58

MDB dövlət başçıları Şurasının iclası keçiriləcək

Oktyabrın 11-də Aşqabadda MDB dövlət başçıları Şurasının iclası keçiriləcək.Trend-in məlumatına görə, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi xəbər yayıb.Qeyd olunub ki, mayın 15-16-da isə Aşqabadda MDB-yə üzv ölkələrin yaradıcı və elmi ictimaiyyət nümayəndələrinin forumu keçiriləcək.xeber100.com

Aprel 3, 2019 8:36

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət müzakirə olunacaq.Bu barədə Trend xəbər verir.Məlumatda qeyd olunur ki, AŞ PA yaz sessiyasına paralel olaraq aprelin 9-da keçiriləcək tədbirdə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət və bunun Avropa Şurası qarşısında qəbul edilmiş öhdəliklər üçün nəticələri müzakirə olunacaq.Müzakirələrdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək.Qeyd edək ki, AŞ PA-nın yaz sessiyası aprelin 8-12-də Strasburqda keçiriləcək.xeber100.com

Aprel 3, 2019 8:11

Adsız yüksəkliklərdən ordumuzun mövqeləri atəşə məruz qalıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.xeber100.com

Aprel 2, 2019 2:11

UNESCO-nun 43-cü sessiyasının Tədbirlər Planı təsdiq edilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.Azərtac xəbər verir ki, sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 30 iyun-10 iyul tarixlərində keçiriləcək.xeber100.com

Aprel 2, 2019 1:59

Azərbaycan-Avropa İttifaqı Şurasının 16-cı iclası keçiriləcək

Aprelin 4-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 16-cı iclası keçiriləcək. İclasda Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfindən isə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini və Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissar Yohannes Han iştirak edəcəklər.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, iclasda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Aİ-Azərbaycan tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər, yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar, Tərəfdaşlıq Prioritetləri, Şərq Tərəfdaşlığı və digər məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.xeber100.com

Aprel 2, 2019 1:56
    Page 93 of 270« First«...102030...9192939495...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az