Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir

Martın 5-də Milli Məclisin növbəti plenar iclası keçirilir.Azərtac xəbər verir ki, əvvəlcə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iclasın gündəliyini təqdim edib. Bildirib ki, iclasın gündəliyinə 18 məsələ daxildir.İclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək. Sonra deputatlar "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Reklam haqqında", "Gənclər siyasəti haqqında" qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxacaqlar.Sonra Şəhərsalma və Tikinti, Torpaq məcəllələrinə, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Pasportlar haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri, həmçinin "Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında" qanun layihəsi müzakirə olunacaq.Plenar iclasda, həmçinin "İpoteka haqqında", "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Sığorta fəaliyyəti haqqında", "Telekommunikasiya haqqında" qanunlara, İnzibati Xətalar, Mülki Prosessual və Cinayət məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələrinə ikinci oxunuşda baxılacaq.xeber100.com

Mart 5, 2019 1:23

Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasında

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasında iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti Taha Ayhan ilə görüşüb.Trend-ə Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, forumun fəaliyyəti haqqında məlumat verən Taha Ayhan, təmsil etdiyi təşkilatın Azərbaycanla mövcud olan sıx əlaqə və təmaslarının bundan sonra da davam etdiriləcəyini nazir Elmar Məmmədyarovun diqqətinə çatdırıb.Nazir Elmar Məmmədyarov İƏT Gənclər Forumunun fəaliyyətindən məmnunluğunu qeyd edərək, Forumun Avrasiya Regional Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Azərbaycanın Gənclər və İdman Nazirlər Şurasına sədrliyi çərçivəsində İslam ölkələri arasında gənclər və idman fəaliyyəti ilə dostluq əlaqələrinin gücləndirilməsi məqsədini daşıyan 2-ci İcraçı Model İƏT oyunları, İslam ölkələrinin gənc sahibkarları şəbəkəsinə ev sahibliyi edəcəyi bildirilib.Xarici işlər naziri İslam Konfransı Təşkilatının Gənclər Forumunun üzvləri tərəfindən "Xocalı qırğını qurbanları ilə həmrəylik" qətnaməsi ilə bağlı nümayiş etdirilən həmrəyliyi yüksək qiymətləndirib. Daha sonra, nazir Elmar Məmmədyarov Forumun prezidenti Taha Ayhanı Azərbaycana dəvət edib.Görüşdə tərəflər Azərbaycan ilə İƏT Gənclər Forumu arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.xeber100.com

Mart 3, 2019 1:21