Ölkə ərazisində hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Apa-ya verilən məlumata görə, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.Gecə yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti təşkil edəcək.Martın 9-da Naxçıvan Muxtar Respublikasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 2-7° isti, gündüz 10-15° isti olacaq. Yuxarı Qarabağ- Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-10° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 2-7° isti, gündüz 9-14° isti olacaq. Sabah Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək. Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 2-7° isti, gündüz 10-15° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Dağlarda duman, axşam çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 2-5° isti, gündüz 7-11° isti təşkil edəcək.xeber100.com

Mart 8, 2018 3:47

Sinoptiklər qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər

Sinoptiklər yağıntılı, qeyri-sabit və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında martın 9-u günün ikinci yarısından martın 10-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.Azərbaycanın rayonlarında martın 9-u gündüzdən martın 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, martın 9-u gündüzdən martın 10-u gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi, temperaturun ötən günlərlə müqayisədə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsiz olacaq.xeber100.com

Mart 7, 2018 3:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “dəyirmi masa” keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Fulbrayt proqramının mütəxəssisi, ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan Corctaun Universitetinin Pediatriya kafedrasının professoru, Uşaq və İnsan İnkişafı Mərkəzinin təlim üzrə direktoru Tobi Lonqun iştirakı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv mühitin, o cümlədən inklüziv təhsilin inkişafı məsələlərinə həsr olunmuş “dəyirmi masa” keçirilib.Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a verilən məlumata görə, tədbirdə ölkəmizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai həyatın bütün sahələrində digər vətəndaşlarla bərabər imkanlara malik olmaları üçün iqtisadi, sosial və hüquqi dövlət təminatları sisteminin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkəmizdə inklüziv təhsil sisteminin də beynəlxalq normalara uyğun qurularaq inkişaf etdirilməsi üçün konkret proqramlar icra olunur. Bu sahədə növbəti proqram kimi, Azərbaycan Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyə, onların təhsili üçün maneəsiz mühit yaratmağa xidmət edir.xeber100.com

Mart 7, 2018 3:28

Ölkə ərazisində hava proqnozu açıqlanıb

Ölkə ərazisində martın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 4-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 7-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 14-18° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 1-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-17° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-4° isti, gündüz 10-15° isti olacağı gözlənilir.xeber100.com

Mart 6, 2018 2:29

Martın 6-na gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində martın 6-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6°, gündüz 7-9° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı - 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.Havanın temperaturunun gecə 2-7°, gündüz 8-13°, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.Havanın temperaturunun gecə 2-7° isti, gündüz 7-12° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, yağıntının axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.Havanın temperaturunun gecə 1-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-5° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.Havanın temperaturunun gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 6-8° isti, gündüz 9-12° isti, dağlarda gecə 4-6° isti, gündüz 5-10° isti olacağı gözlənilir.xeber100.com

Mart 5, 2018 4:12