Gənclər və idman naziri vətəndaşları qəbul edib

Yanvarın 31-də gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərindəki Gənclər Mərkəzində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonlarının sakinlərini qəbul edib.Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, 20-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda müxtəlif sahələrə dair müraciətlər əksini tapıb.Gənclər sahəsinə aid müraciətlər əsasən, qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, müxtəlif layihələrin maliyyələşdirilməsi və onlara dəstək göstərilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təminatı və fəaliyyəti ilə bağlı məsələlərə aid olub.İdman sahəsi üzrə isə müraciətlər arasında isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqla təmin olunması, Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrinin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. mövzular üstünlük təşkil edib.Qəbulda bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.xeber100.com

Yanvar 31, 2018 3:15

Yanvarın 31-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində yanvarın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 2° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 5-7° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda arabir güclənən gilavar küləyi əsəcək ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8°, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Xəbərdarlığa əsasən, yanvarın 31-dən fevralın 1-i gündüzədək ölkə ərazisində qərb küləyinin arabir güclənəcəyi, fevralın 1-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var.xeber100.com

Yanvar 30, 2018 2:15

Hidrometeorologiya Departamentinin məlumatı

Ölkə ərazisində yanvarın 30-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 10-15°, gündüz 5-10° şaxta olacağı gözlənilir. Dağlıq ərazilərdə yollar buz bağlayacaq.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 7-12° şaxta, dağlıq ərazilərdə 14-19° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.xeber100.com

Yanvar 29, 2018 12:53

Bu gün Nüvə Silahı Əleyhinə Səfərbərlik Günüdür

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2001-ci il noyabrın 5-də qəbul etdiyi qərarı ilə yanvarın 29-nu Nüvə Silahı Əleyhinə Səfərbərlik Günü elan edib.Azərtac “anydayguide.com” saytına istinadən xəbər verir ki, həmin təqvim hər il yanvarın 28-29-da 1985-ci ildə Hindistanın paytaxtı yeni Dehlidə qəbul edilmiş Dehli Bəyannaməsinin ildönümü kimi qeyd olunur. Dehli Bəyannaməsi ilk olaraq Hindistan, Argentina, Yunanıstan, Meksika, Tanzaniya və İsveç hökumətləri tərəfindən imzalanıb. Bəyannamədə nüvə silahlanması rəqabətinin dayandırılması və beynəlxalq səviyyədə nüvə silahı cəbbəxanalarının tədricən aradan qaldırılması haqqında çağırış edilib. Bəyannamənin imzalanmasına səbəb hərbi konfliktlər zamanı ətraf mühitə vurulan zərər, müharibələrin bitməsindən çox illər sonra da ekosistemin vəziyyətinə, təbii sərvətlərə, hətta bir nəslin həyatına olan mənfi təsir haqqında hər kəsi məlumatlandırmaqdır.Nüvə silahı 1945-ci ildə iki dəfə istifadə olunub. Belə ki, Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinin bombardman edilməsindən sonra istifadə olunmasa da, yeni bir nüvə təhdidinin yaranması bir çox ölkələr üçün siyasi təhlükə ola bilər.ABŞ və keçmiş SSRİ tərəfindən 1953-cü ildə atmosferdə nüvə sınağına moratorium qoyulub. Lakin bu qadağa keçmiş SSRİ tərəfindən 1961-ci, ABŞ tərəfindən 1962-ci ildə pozulub. Bundan sonra Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma Komissiyası atmosfer, kosmos və su altında nüvə sınağını qadağan edən bir müqavilə hazırlayıb. Müqavilə ABŞ və keçmiş SSRİ də daxil olmaqla BMT-yə üzv olan 100-dən çox dövlət tərəfindən imzalanıb. 1968-ci ildə ABŞ, Rusiya, Fransa, İngiltərə, Çin istisna olmaqla bütün ölkələrə nüvə silahına sahib olmağı qadağan edən başqa bir saziş bağlanıb. 1990-cı illərin ortalarında sazişə 181 ölkə qoşulub, 1995-ci ildə isə vaxtı qeyri-müəyyən müddətə uzadılıb.xeber100.com

Yanvar 29, 2018 12:27

Yanvarın 27-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində yanvarın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2°, gündüz 2-4° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yuxarı - 772 mm civə sütunundan 778 mm civə sütununa yüksələcək, nisbi rütubət85-95 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir qar yağacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6° şaxta, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-5° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 6-10° şaxta, gündüz 2-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-3° isti, gündüz 3-5° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.xeber100.com

Yanvar 26, 2018 10:29

Daxili İşlər Nazirliyinin məlumatı əsasında…

Daxili İşlər Nazirliyi (DİN) respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) polis sahə rəisi, əməliyyat müvəkkili və yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə keçirir.Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, ümumilikdə 100 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir. İmtahanlar “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar üzrə Dövlət İmtahan Mərkəzi, müsahibə isə test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçılarla DİN-in Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilir.Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas və müəllim (pedaqoq) ixtisası üzrə təhsil almış, yaşı 28-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum edilməmiş, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.xeber100.com

Yanvar 24, 2018 3:22

Yanvarın 24-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində yanvarın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6° şaxta, bəzi yerlərdə 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2-4° isti, gündüz 8-12° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacağı gözlənilir.xeber100.com  

Yanvar 23, 2018 3:25