Dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8° , gündüz 10-13° isti, Bakıda gecə 6-8° , gündüz 10-12° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 13-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14 isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcəyi gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6°, dağlıq ərazilərdə 10-13° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2-5°, gündüz 10-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-10° isti olacağı gözlənilir.

Dekabr 12, 2017 3:05

Daxili İşlər Nazirliyinin məlumatı

Beyləqan Rayon Polis Şöbəsi (RPŞ) veteranlar şurasının üzvləri şəxsi heyətin təlim-tərbiyə işinin aparılması, gənc əməkdaşların peşə vərdişinin artırılması, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılması, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsinin vacibliyinin izah olunması işində yaxından iştirak edirlər.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, RPŞ-nin rəisi, polis polkovniki Fizuli Şıxəliyev veteranlarla görüşdə onların qayğılarının daim diqqətdə saxlanıldığını, vaxtaşırı keçirilən tədbirlərdə cari məsələlərin həllində kömək göstərildiyini bildirib. Qeyd olunub ki, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin yerinin müəyyən edilməsində, narkomaniya əleyhinə, eləcə də yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin profilaktikasında, əhali arasında hüquqi maarifləndirmə işlərinin aparılmasında polis veteranları fəallıq göstərirlər.Şuranın üzvləri ilin əvvəlindən bu günədək ümumtəhsil məktəblərində 45 görüş keçiriblər. Bu görüşlərdə milli mənəvi dəyərlərin qorunması, hüquqi maarifləndirmə, dini radikalizmlə mübarizə, narkotik vasitələrin fəsadları, cinayətkarlıqla mübarizədə və asayişin qorunmasında cəmiyyətin üzərinə düşən vəzifələr barədə profilaktik söhbətlər aparıblar.Bu ilin ötən dövründə polis veteranları cinayətkarlığa qarşı mübarizə sahəsində 53 cinayət hadisəsinin açılmasında və axtarışda olan 20 nəfərin yerinin müəyyən olunmasında yaxından iştirak ediblər.xeber100.com

Dekabr 12, 2017 2:42

Dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8°, gündüz 9-13° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yuxarı - 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6°, dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-4° isti, gündüz 5-10° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-4° isti, gündüz 8-13° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə arabir güclənəcək.Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, gecə arabir güclənəcək.Havanın temperaturunun gecə 2-5° isti, gündüz 10-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.xeber100.com

Dekabr 11, 2017 2:52

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatı

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi ilə əlaqədar Parlament prospekti Fəxri xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Azərtac-a bildirib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi, təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədilə tədbir başlayandan qurtaranadək, yəni səhər saat 07:00-dan tədbir tam başa çatana qədər Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi – Teleteatr binası yanından və Parlament prospekti, digər küçə və prospektlərdə – Parlament prospektinə paralel Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrində nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.Avtomobil sahibləri və sürücülərdən xahiş olunur ki, Parlament prospekti və onunla kəsişən digər küçə və yollar üzrə hərəkət etmək niyyətində olanlar əvvəlcədən planlaşdırılan alternativ yollardan, Mətbuat prospekti ilə birləşən III Kənar Dairəvi, eləcə də Badamdar istiqamətindən keçməklə Bayıl, 20-ci sahə üzrə yollardan istifadəyə üstünlük versinlər.“Diqqətə çatdırırıq ki, qeyd olunan istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin”, - deyə o qeyd edib.xeber100.com

Dekabr 11, 2017 2:47

Səhiyyə Nazirliyinin açıqlamasına əsasən…

Səhiyyə Nazirliyi Azərbaycanda baş vermiş uşaq intiharlarının ilkin səbəblərini açıqlayıb.Nazirliyin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov Apa-ya deyib ki, bütün dünyada uşaq intiharları artıb. F. İsmayılov bildirib ki, Azərbaycanda intihar etmiş uşaqların sayı elə də yüksək deyil: “Ötən il 18 yaşına qədər olan 16 nəfər intihar edib. Bu rəqəm 30 nəfər təşkil etsəydi, təhlükəli vəziyyətdən danışmaq olardı. Azərbaycanda ailədaxili münaqişələr nəticəsində uşaqların intihar etmə halları müşahidə edilir. Münaqişəli ailələrdə uşaqlar çox əziyyət çəkir. Məsələn, ata övladını döyür. Uşaq isə intihara əl atır. Digər tərəfdən, qonşuda uşaqlarla, sinif yoldaşları ilə problemlər intihara gətirib çıxarır”.Onun sözlərinə görə, 3 il öncə uşaqlı-böyüklü Psixi Sağlamlıq Mərkəzinə ildə 2000 nəfər müraciət edirdisə, indi ildə Mərkəzə 4000 - 5000 nəfər müraciət edir: “Psixi Sağlamlıq Mərkəzinə edilən müraciətlərin sayında artım var. Lakin bu heç də vəziyyətin təhlükəli olması demək deyil. Bu, Mərkəzin xidmətlərinin keyfiyyətinin artdığından xəbər verir ki, insanlara bizə inanıb müraciət edirlər”.Direktor qeyd edib ki, Azərbaycanda hər 100 min nəfər 5,3 intihar halı düşür: “Bu, çox cüzi rəqəmdir. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən Gürcüstanda hər 100 min nəfərə 9,7, Ermənistanda 8,6, Rusiyada 32 intihar halı düşür. Avropada ən aşağı rəqəmlər Azərbaycandadır”.xeber100.com

Dekabr 10, 2017 9:09

Hidrometeorologiya Departamentinin məlumatı

Azərbaycanda dekabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5°, gündüz 8-10° isti, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunu, rütubət gecə 75-85 , gündüz 50-55 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 11-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 1-6°, gündüz 2-7° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10°, gündüz 3° şaxtadan 2°dək isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-4° isti, gündüz 7-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-7° isti olacağı gözlənilir.xeber100.com  

Dekabr 8, 2017 2:41

Dekabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda dekabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 2-4°, gündüz 6-9° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° , dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə qar yağacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.avanın temperaturu gecə 1-6° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 6-10°, gündüz 3° şaxtadan 2°dək isti olacağı gözlənilir.MərkəziAran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-9° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacağı gözlənilir.xeber100.com

Dekabr 7, 2017 3:01

Dekabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində dekabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8°, gündüz 8-11° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, dekabrın 6-da Abşeron yarımadasında müşahidə olunacaq rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüzdən başlayaraq isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5°, gündüz 6-11° isti, dağlarda gecə 0-5°, gündüz 5-9° isti olacağı gözlənilir.xeber100.com

Dekabr 5, 2017 12:09