Oktyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda oktyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-14°, gündüz 14-16° isti, Bakıda gecə 12-14°, gündüz 14-16° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan artıq - 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 5-dək Abşeron yarımadasında təmiz və oksigenlə zəngin hava şəraiti müsbət amil olsa da, arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 8-13°, gündüz 13-16° isti, dağlarda gecə 2-5°, gündüz 5-9° isti, yüksək dağlıq ərazilərdə gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.xeber100.com

Oktyabr 2, 2017 12:01

“Fəlakətin azaldılması üzrə Asiya Konfransı 2017”…

Oktyabrın 2-də Bakıda “Fəlakətin azaldılması üzrə Asiya Konfransı 2017” işə başlayıb.Azərtac xəbər verir ki, iki gün davam edəcək konfransın açılış mərasimində çıxış edən Asiya Fəlakətlərin Azaldılması Mərkəzinin (AFAM) sədri professor Masanori Hamada  qeyd edib ki, AFAM-ın qarşıdakı 20 il üçün tədbirlər planının müəyyənləşdirilməsinə ehtiyac var.Azərbaycanın fövqəladə hallar naziri K.Heydərov bildirib ki, sənayenin sürətli inkişafı ətraf mühit üçün ciddi təhlükələr yaradıb. Eyni zamanda, iqlim dəyişikliyi vaxt ötdükcə daha təhlükəli xarakter alır: “Vulkan, meşə yanğınları, zəlzələ, torpaq sürüşmələri ölkəmiz üçün xarakterik hallardır. Eyni zamanda, ölkəmizdə texnogen fəlakətləri artıran amillər də var. Fəlakət risklərinin səmərəli idarə olunması vacibdir. Bunun üçün beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Hər hansı dövlət təkbaşına fövqəladə halların qarşısını almaq gücündə deyil. Bütün ölkələrin güclərini birləşdirməsi və təcrübə mübadiləsi aparması vacibdir. Bu baxımdan FHN beynəlxalq əməkdaşlığın inkişafında maraqlıdır”.Yaponiya Baş nazirinin müavini Mamoru Maekava qeyd edib ki, fəlakət risklərinin azaldılması üçün müvafiq strategiyalar hazırlanmalıdır. Yaponiyada fəlakət risklərinin azaldılması üçün müvafiq tədbirlər planı var.Asiya-Sakit Okean üzrə Regional Mərkəzin (UNISDR) proqram rəhbəri Timoti Vilkoks birgə fəaliyyətin və əməkdaşlığın əhəmiyyətini vurğulayaraq deyib: “Təbii fəlakətlər zamanı sərhədlər aradan qalxır, ölkələr bir-birinə yardım edir. Biz bu sahədə AFAM çərçivəsində də uğurlar əldə etmişik. 2018-ci ildə regional su platforması və fəlakət risklərin azaldılması üzrə forum keçiriləcək.xeber100.com

Oktyabr 2, 2017 11:58

Milli Hidrometeorologiya Departamentinin məlumatı

Ölkə ərazisində sentyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15°, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında gündüz hava əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 9-14°, gündüz 16-21° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 7-12°, gündüz 21-26° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 9-14°, gündüz 15-20° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10°, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti, yüksək dağlıq ərazilərdə gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 9-14°, gündüz 16-21° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 10-14°, gündüz 15-19° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacağı gözlənilir.xeber100.com

Sentyabr 29, 2017 3:27

Sentyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində sentyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-15°, gündüz 17-21° isti, Bakıda gecə 12-14°, gündüz 18-20° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 50-55 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 10-15°, gündüz 17-22° isti, dağlarda gecə 3-6°, gündüz 7-12° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 9-14°, gündüz 21-26° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağıntının gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-6°, gündüz 7-12° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında şimşək çaxacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 9-13°, gündüz 16-22° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8°, gündüz 11-16° isti, dağlarda gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, yüksək dağlıq ərazilərdə gecə 0-4° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 10-15°, gündüz 17-22° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.Havanın temperaturunun gecə 12-14°, gündüz 17-21° isti, dağlarda gecə 4-8°, gündüz 9-12° isti olacağı gözlənilir.xeber100.com

Sentyabr 28, 2017 2:00