Azərbaycanda dekabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda dekabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10°, gündüz 12-15° isti, Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 13-17° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək° isti, dağlarda 7° şaxta, gündüz 8-13° isti olacaq.Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, dağlarda 3-6° şaxta, gündüz 5-10° isti olacağı bildirilir.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 10-15° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı ehtimalı var.Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 13-17° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 10-15° isti, dağlarda gecə 1-5°, gündüz 7-12° isti olacağı gözlənilir.xeber100.com

Dekabr 7, 2021 3:19

Noyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda noyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 11-15° isti, Bakıda gecə 7-9°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 12-17° isti olacaq.Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı ehtimal edilir.Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 2-6° şaxta, gündüz 7-12° isti olacağı ehtimalı var.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 12-17° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı bildirilir.Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 15-19° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 13-18° isti, dağlarda gecə 2-5°, gündüz 10-13° isti olacaq.xeber100.com  

Noyabr 22, 2021 3:19

Ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən noyabrın 11-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.Xidmətdən bildiriblər ki, düşən yağıntının miqdarı Qəbələdə 17, Əyriçay-Başdaşağıl (Oğuz) 15, Sarıbaşda (Qax)12, Kişçayda (Şəki) 11, Qusarda 10, Gədəbəydə 9, Kürdəmir, Oğuz, Şəkidə 7, Quba, Qrızda 6, Daşkəsən, İmişlidə 5, Şahdağ, Lerik, Beyləqan, Xaltanda 3, Göygöl, Ağdam, Qobustan, Zaqatalada 2, Naftalan, Şəmkir, Altıağac, Göyçay, Sabirabad, Cəfərxan, Şabran, Balakəndə 1, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.Qar örtüyünün hündürlüyü Qusarda 9, Qrızda 8, Sarıbaş (Qax), Xınalıqda 3, Şahdağda 2, Xaltanda 1 santimetr təşkil edib.Şimal-qərb küləyi əsib, arabir Naftalanda 26, Gəncədə 24, Tovuzda 22, Nabran, Neftçala, Xaçmaz, Salyan, Tərtər, Bərdə, Ağdam, Ağstafada 20, Altıağac, Astara, Ceyrançöldə 18, Şabranda 16, Ordubad, Şərurda 15, Bakıda 38, Maştağada 35, Qum adasında 33, Çilov adasında 31, Pirallahıda 30, Neft Daşlarında 29, Ələt, Binədə 28, Sumqayıtda 24 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 6.7 metrə çatıb.Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-9°, Aran rayonlarında 7-10° isti, dağlıq rayonlarda 2-8° şaxta, Naxçıvan Muxtar Respublikasında 1-7° isti olub.Qeyd edək ki, noyabrın 12-si gündüzdən etibarən və noyabrın 13-də ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.xeber100.com

Noyabr 11, 2021 11:20

Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu gözlənilən təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq yayıb.Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.Noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi 18-23 metr/saniyə, arabir 27-32 metr/saniyə, 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən noyabrın 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 metr/saniyə, arabir 25-30 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 33-38 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu noyabrın 11-də ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.xeber100.com

Noyabr 10, 2021 3:04