Sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22°, gündüz 24-27° isti, Bakıda gecə 20-22°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində isə güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24° , gündüz 26-31° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı ehtimal edilir.xeber100.com

Sentyabr 6, 2021 3:25

Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək

Azərbaycanda avqustun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 24-26°, gündüz 33-36° isti, Bakıda gecə 24-26°, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27° isti olacaq.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-25°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı ehtimal edilir.Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 34-39° isti olacaq.Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 32-37° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 22-27° isti olacağı ehtimal edilir.Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz olacaq. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-24°, gündüz 30-35° isti, dağlarda gecə 19-21°, gündüz 25-29° isti olacağı gözlənilir.xeber100.com

Avqust 27, 2021 2:09

Havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir

Azərbaycanda avqustun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər Bakının və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27°, gündüz 30-34° isti, Bakıda gecə 25-27°, gündüz 32-34° isti olacaq.Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.Abşeron çimərliklərində gözlənilən mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacaq.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı bildirilir.Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti olacaq.Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-23°, gündüz 31-36° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 12-17°, gündüz 23-26° isti olacağı ehtimal edilir.Mingəçevir və Şirvan şəhərlərinin, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 32-37° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Axşam yağıntı tədricən kəsiləcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 28-33° isti, dağlarda gecə 17-19°, gündüz 22-27° isti olacağı gözlənilir.xeber100.com  

Avqust 24, 2021 3:14

Avqustun 24-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda avqustun 24-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26°, gündüz 35-38° isti, Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı ehtimal edilir.Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 36-41° isti olacağı proqnozlaşdırılır.Xankəndi, Şuşa və Xocalı şəhərlərində, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 23-28° isti olacağı bildirilir.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 33-38° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı ehtimalı var.Mingəçevir Şirvan və Yevlax şəhərlərində, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 33-38° isti, dağlarda gecə 18-20°, gündüz 26-31° isti olacaq.xeber100.com  

Avqust 23, 2021 3:32

Bakıda gecə 24-26°, gündüz 36-38° isti olacağı ehtimal edilir

Azərbaycanda avqustun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-27°, gündüz 35-38° isti, Bakıda gecə 24-26°, gündüz 36-38° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaq.xeber100.com

Avqust 20, 2021 1:50

Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Azərbaycanda avqustun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 35-38° isti, Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.Abşeron çimərliklərində şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacaq.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 24-29° isti olacağı ehtimal edilir.xeber100.com

Avqust 19, 2021 3:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə…

Azərbaycanda avqustun 19-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 32-36° isti, Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70 gündüz 35-40 faiz təşkil edəcək.Abşeron çimərliklərində şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacaq.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı ehtimal edilir.Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 33-38° isti olacaq.Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 31-36° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 22-27° isti olacağı ehtimal edilir.Mingəçevir, Şirvan və Yevlax şəhərlərində, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 30-35° isti, dağlarda gecə 18-20°, gündüz 25-28° isti olacağı gözlənilir.xeber100.com    

Avqust 18, 2021 7:54

Avqustun 17-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda avqustun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25°, gündüz 32-36° isti, Bakıda gecə 23-25 isti, gündüz 33-35° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacaq.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 34-38° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı bildirilir.xeber100.com

Avqust 16, 2021 2:21

Bakıda gecə 26-28°, gündüz 38-40° isti olacaq

Azərbaycanda avqustun 13-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 25-28°, gündüz 37-40° isti, Bakıda gecə 26-28°, gündüz 38-40° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət 60-70, gündüz 35-40 faiz təşkil edəcək.Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 28-29° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 29-30° isti olacaq.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 12-14-də Abşeron yarımadasında davam edən isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21°, gündüz 26-31° isti olacağı ehtimal edilir.Xəbərdarlığa əsasən, avqustun 14-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40 °, bəzi yerlərdə 41-42° isti, respublikanın rayonlarında 35-40 °, Naxçıvan Muxtar Respublikasının və Aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək.xeber100.com

Avqust 12, 2021 12:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı əsasında…

Azərbaycanda avqustun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 25-28°, gündüz 34-38° isti, Bakıda gecə 26-28°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 755 millimetr civə sütununa, nisbi rütubət 60-70, gündüz 45-50 faiz təşkil edəcək.Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 27-28° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 28-29° isti olacağı gözlənilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 23-27°, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı ehtimal edilir.xeber100.com

Avqust 10, 2021 3:19