Ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Xidmətdən Azərtac-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-7° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7° isti, bəzi günlərdə 0-2° şaxta, gündüzlər 7-12°, bəzi yerlərdə 15-18° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 20-27 millimetr) olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 3-5° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxın və bir qədər normadan aşağıdır. Gecələr havanın temperaturunun 2° şaxtadan 3°-dək isti, bəzi günlərdə 7-12° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 17-20° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 22-44 millimetr) olacaq.Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 1° şaxtadan 2°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər normadan aşağıdır. Gecələr havanın temperaturunun 2° şaxtadan 3°-dək isti, bəzi günlərdə 5-10°, yüksək dağlıq ərazilərdə 12-15° şaxta, gündüzlər 3-8° isti, bəzi yerlərdə 0-3° şaxta, üçüncü ongünlüyün bəzi günlərində 11-16° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 42-52 millimetr) bildirilir.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 5-7° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 3-8° isti, bəzi günlərdə 0-5° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 16-21° isti təşkil olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 19-48 millimetr) ehtimalı var.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 1-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 1-6° isti, bəzi günlərdə 2-7°, dağlıq ərazilərdə 12-17° şaxta, gündüzlər 6-11°, bəzi günlərdə 15-20° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 23-90 millimetr) olacağı proqnozlaşdırılır.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 6-8° isti olacaq. Bu da iqlim normasına yaxındır. Gecələr 3-8° isti, bəzi günlərdə 0-3° şaxta, gündüzlər 9-14°, bəzi günlərdə 17-22° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 24-45 millimetr) proqnozlaşdırılır.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 3-7° isti olacağı gözlənilir. Bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 4-9° isti, bəzi günlərdə 0-3°, dağlarda 3-8° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 16-21° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 56-112 millimetr) olacaq.xeber100.com  

Mart 1, 2021 2:18

Fevralın 28-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda fevralın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4°, gündüz 9-13° isti, Bakıda gecə 2-4°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz təşkil edəcək.Fevralın 28-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 9-13° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 10-15° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, yüksək dağlıq ərazilərdə 9-13° şaxta, gündüz 3-8° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 11-16° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru havanın yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 5-9° şaxta, gündüz 3-8° isti olacağı ehtimal edilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 0-4°, gündüz 6-10° isti olacağı gözlənilir.xeber100.com  

Fevral 27, 2021 6:09

Qar yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir

Azərbaycanda fevralın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9°-dək şaxta, səhər 4°-dək şaxta olacaq, gündüz 0°-yə yaxınlaşacaq. Gecə və səhər yolların buz bağlayacağı gözlənilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 25-də Abşeron yarımadasında soyuq temperatur diskomfortu gözlənilməsinə baxmayaraq, meteoroloji amillərin zəif tərəddüdü və havanın oksigenlə zəngin olması meteohəssas insanlar üçün müsbət amildir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Ağdam, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 0-5° şaxta olacağı bildirilir. Yollar buz bağlayacaq.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında arabir qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimalı var. Yollar buz bağlayacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 0-5° şaxta, dağlarda gecə 15-20°, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq. Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir. Gecə və səhər yollar buz bağlayacaq.xeber100.com

Fevral 24, 2021 11:52

Fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunundan 776 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Fevralın 21-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 6-11°, gündüz 2-5° şaxta olacağı ehtimal edilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 0-3° şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 2-5° şaxta olacağı proqnozlaşdırılır. Gecə və səhər yollar buz bağlayacaq.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 3-6° isti olacağı bildirilir. Gecə və səhər yollar buz bağlayacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 0-3° şaxta, dağlarda gecə 10-15°, gündüz 3-8° şaxta olacağı ehtimal edilir. Gecə və səhər yollar buz bağlayacaq.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək, gündüz 5-8 isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-7° isti, dağlarda gecə 4-6° şaxta, gündüz 0-2° isti olacağı gözlənilir.xeber100.com

Fevral 20, 2021 2:42

Havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Azərbaycanda fevralın 19-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0°-yə yaxın, bəzi yerlərdə 1° şaxta, gündüz 3-5° isti, Bakıda 0°-yə yaxın, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Fevralın 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 0-3° şaxta olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-8° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə sürətlənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 2-5°, gündüz 6-9° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı ehtimal edilir. Gecə və səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 6-8° isti, dağlarda gecə 0-3°, gündüz 3-5° isti olacağı ehtimalı var.

Fevral 18, 2021 8:13

Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək

Azərbaycanda fevralın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0°-yə yaxın, bəzi yerlərdə 1° şaxta, gündüz 2°-dək isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.Fevralın 18-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 4-7° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 18-də Abşeron yarımadasında güclü küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsiz olacaq.Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 0-5° şaxta olacağı proqnozlaşdırılır. Gecə və səhər yollar buz bağlayacaq.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı ehtimal edilir. Gecə və səhər yollar buz bağlayacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 6-10°, gündüz 0-5° şaxta olacağı bildirilir. Gecə və səhər yollar buz bağlayacaq.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 4-7° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Gecə və səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-3°, gündüz 3-6° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı ehtimalı var.xeber100.com

Fevral 17, 2021 3:00