Sentyabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində sentyabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 28-33° isti, Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25° isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.xeber100.com

Avqust 31, 2020 12:44

Ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində avqustun 31-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23°, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 31-33° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək - 763 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 30-34°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metrə çatacaq. Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metrə çatacaq. Havanın temperaturunun gecə 17-22°, gündüz 29-34° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metrə çatacaq. Havanın temperaturunun gecə 15-20°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı ehtimal edilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq. Havanın temperaturunun gecə 18-22° isti, gündüz 30-34° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metrə çatacaq. Havanın temperaturunun gecə 18-21°, gündüz 25-30° isti, dağlarda gecə 16-18°, gündüz 20-25° isti olacağı ehtimalı var.xeber100.com

Avqust 30, 2020 4:14

Avqustun 30-na gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində avqustun 30-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22°, gündüz 28-32° isti, Bakıda gecə 19-21°, gündüz 30-32° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz təşkil edəcək.Abşeron çimərliklərində şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 28-33° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 27-32° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 23-28° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı ehtimal edilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 17-19°, gündüz 27-32° isti, dağlarda gecə 14-16°, gündüz 19-23° isti olacağı ehtimalı var.xeber100.com

Avqust 29, 2020 8:04

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək

Ölkə ərazisində avqustun 29-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22°, gündüz 28-31° isti, Bakıda gecə 18-20°, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-35 faiz təşkil edəcək.Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı şimal və qərb rayonlarında leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 29-da Abşeron yarımadasında mülayim şimal küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.xeber100.com  

Avqust 28, 2020 11:57

Avqustun 27-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində avqustun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 26-28° isti, Bakıda gecə 20-22°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 14-18° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.xeber100.com

Avqust 27, 2020 10:54

Günün birinci yarısında qısamüddətli yağış yağacağı gözlənilir

Ölkə ərazisində avqustun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 26-28° isti, Bakıda gecə 20-22°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 14-18° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.xeber100.com

Avqust 26, 2020 12:38

Ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində avqustun 26-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20°, gündüz 25-28° isti, Bakıda gecə 17-19°, gündüz 26-28° isti olacaq.Atmosfer təzyiqi norma daxilində - 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 25-30° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 27-31° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 24-29° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 23-28° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacağı ehtimal edilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-30° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-18°, gündüz 23-28° isti, dağlarda gecə 11-13°, gündüz 15-20° isti olacağı gözlənilir.xeber100.com  

Avqust 25, 2020 1:31

Avqustun 25-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində avqustun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20°, gündüz 24-27° isti, Bakıda gecə 18-20°, gündüz 25-27° isti olacaq.Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 25-29° isti, dağlarda gecə 6-11°, gündüz 12-16° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 25-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 26-31° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 13-18° isti olacaq.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 23-28° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacağı ehtimalı var.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 25-30° isti olacağı ehtimal edilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 22-27°, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı gözlənilir.xeber100.com

Avqust 24, 2020 2:56

Havanın dəyişkən buludlu olacağı, yağış yağacağı gözlənilir

Ölkə ərazisində avqustun 24-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20°, gündüz 23-26° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti olacaq.Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda isə 22-23° isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19°, gündüz 22-26° isti, dağlarda gecə 5-10°, gündüz 11-15° isti olacağı ehtimal edilir.xeber100.com

Avqust 23, 2020 2:04

Avqustun 23-ü axşama doğru küləyin sürəti bir qədər azalacaq

Gözlənildiyi kimi ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Hazırda respublikanın bir sıra rayonlarında yağış müşahidə olunur. Böyük və Kiçik Qafqazın ayrı-ayrı ərazilərində yağış leysan xarakterli, intensiv və güclü olub. Nəticədə bəzi çaylarda daşqın və sel hadisələri qeydə alınır. Eyni zamanda, bu proses küləkli hava şəraiti ilə səciyyələnir. Xüsusilə də Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 28 metrə çatıb. Neft Daşları stansiyasının məlumatına görə, Xəzər dənizi akvatoriyasında dalğanın hündürlüyü 5 metrə qədər yüksəlib. Gözlənilən güclü külək haqqında xəbərdarlıq əvvəlcədən bütün əlaqədar təşkilatlara təqdim olunub.Bunu Azərtac-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.Onun sözlərinə görə, qeyri-sabit hava şəraitinin sabah gün ərzində də davam edəcəyi gözlənilir: "Küləyin maksimal sürəti bu gün axşam və gecə saatlarında müşahidə olunacaq. Avqustun 23-ü axşama doğru küləyin sürəti bir qədər azalacaq. Rayonlarda isə yağıntılı hava şəraitinin avqustun 24-dək davam edəcəyi proqnozlaşdırılır. Avqustun 23-də havanın temperaturu bu günə nisbətən daha da enəcək. Paytaxtda maksimal temperatur 20-23 dərəcə intervalında dəyişəcək".xeber100.com

Avqust 22, 2020 7:19