2019-cu ilin son gününə olan hava proqnozu açıqlanıb

Dekabrın 31-də Respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, günün ikinci yarısında isə kəsiləcəyi gözlənilir. Yeni ilin ilk günü isə ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır. Bu da təbiətə səyahət üçün əlverişli fon və yüksək əhval – ruhiyyə yaradacaq.Azərtac xəbər verir ki, bu məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva dekabrın 30-da keçirilən mətbuat konfransında verib."Azərbaycanda ziyarət üçün kifayət qədər gözəl məkanlar mövcuddur. Məsələn, Avropanın ən böyük ceyran populyasiyası olan Şirvan Milli Parkını nümunə göstərmək olan. Hələ qədim dövrlərdən şairlərimizim şeirlərində tərənnüm olunan, təbiətimizə gözəlliyi və zərifliyi ilə xüsusi yaraşıq verən heyvanları seyr edə bilərsiniz. Şirvan Milli Parkında havanın temperaturu 10-13 dərəcə təşkil edəcək. Qeyd etmək istərdim ki, parka nəqliyyat vasitələri ilə daxil olmaq da olar.Bildiyiniz kimi hazırda quşların miqrasiya dövrü bitib və on minlərlə, yüz minlərlə quş ölkəmizə qışlamağa gəlib. Onların qışlama ərazisi Ağgöl və Qızılağac milli parklarıdır. Flaminqoların gözəlliyi sizi heyran edəcək. Quşları seyr etmək üçün müşahidə vasitələri də var. Havanın temperaturu bu ərazidə 10-14 dərəcəyə yaxın olacaq.Göygöl, istər yay olsun, istər qış fəsli, həmişə gözəldir. Yayda yaşıl olan meşələrimiz indi sarı və qırmızı rəngdə boyanıb. Səyahətçiləri Göygöl və Maralgölün gözəlliyi valeh edəcək. Havanın temperaturu burada 9-11 dərəcə isti, gecəyə doğru isə 2 dərəcə şaxta olacaq.Qar və qış istirahət növlərinin həvəskarları isə Şahdağ Milli Parkını ziyarət edə bilərlər. Gündüz saatlarında orada havanın temperaturunun 0-5 dərəcə isti, gecə isə 3-8 dərəcə şaxtaya yaxın olacağı gözlənilir. Şahdağ ziyarətçiləri üçün ən yaxşı sürpriz isə əraziyə gətirilən zubrlar və yeni dünyaya gətirilmiş zubr balası olacaq ki, onu da Şahzubar adlandırıblar.Qeyd etmək istəyirəm ki, bayram günləri bütün milli parklara ziyarət pulsuz olacaq. Bir sözlə, sizləri evdə oturmamağa və aktiv istirahətə dəvət edirik. Xoş hava şəraiti buna imkan verəcək", - deyə U.Tağıyeva bildirib.Departamentin direktorunun sözlərinə görə, son 20 ildə Bakı və Abşeron ərazisində Yeni il ərəfəsində dekabrın 31-də yalnız 4 dəfə 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunub. Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı illərdə qar yağıb. 2009-cu ildə hətta hündürlüyü 14 santimetr olan qar örtüyü əmələ gəlmişdir ki, bu da Bakı üçün nadir hadisədir.Hazırda dünyada iqlim dəyişiklikləri baş verdiyini xatırladan U.Tağıyeva, bildirib ki, Dünya Meteorologiya Təşkilatının məlumatına görə, qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır və s. “Azərbaycanda da isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır, Çaylarımızı qidalandıran qar örtüyü dağlarda azalır. Biz çox istərdik ki, 2020-ci ildə və növbəti illərdə suya həssaslıqla yanaşaq. Çünki su təbiətin bizə bəxş etdiyi sərvətdir. Bir çox ölkələr susuzluqdan böyük əziyyət çəkir. Biz də gündəlik həyatımızda sudan səmərəli istifadə etməliyik. Hamımız dəyişən iqlim şəraitinə uyğunlaşmalıyıq”, - deyə o ictimaiyyətə müraciət edib.xeber100.com

Dekabr 30, 2019 2:07

Dekabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda dekabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Şərq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8°, gündüz 9-12° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 768 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 9-14° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 29-30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 9-14° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 8-12° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı ehtimal edilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 9-14° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə intensiv olacağı bildirilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 7-12° isti, dağlarda gecə 2-5°, gündüz 7-9° isti olacağı gözlənilir.xeber100.com

Dekabr 29, 2019 2:14

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir

Azərbaycanda dekabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Bəzi yerlərdə havanın çiskinli olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Azərbaycanın rayonlarının bəzi yerlərində yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz yağışda fasilə olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 28-də Abşeron yarımadasında zəif şimal küləyinin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı ehtimal edilir.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-12° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində gecə və axşam havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı ehtimalı var.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 8-13° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində axşam və gecə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 9-12° isti, dağlarda gecə 1-5°, gündüz 5-10° isti olacağı gözlənilir.xeber100.com

Dekabr 27, 2019 1:55

Ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda dekabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8°, gündüz 10-13° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 27-28-də Abşeron yarımadasında zəif şimal küləklərinin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.xeber100.com

Dekabr 26, 2019 1:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Azərbaycanda dekabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8°, gündüz 11-14° isti, Bakıda gecə 6-8°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 9-14° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacağı ehtimal edilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi, dağlıq ərazilərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 10-14° isti, dağlarda gecə 1-6°, gündüz 8-13° isti olacağı gözlənilir.xeber100.com

Dekabr 23, 2019 7:14

Havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir

Azərbaycanda dekabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 7-12° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq, qərb küləyi əsəcək. Temperatur gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-6° isti təşkil edəcək.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-10° isti olacaq.xeber100.com

Dekabr 22, 2019 10:26

Dekabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda dekabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman, çiskinli olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7°, gündüz 9-11° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 764 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə dumanlı, şərq rayonlarında çiskinli hava müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 7-12° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 8-13° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-6° isti olacağı ehtimal edilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 9-14° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində çiskinli yağış yağacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 8-12° isti, dağlarda gecə 3-6°, gündüz 7-10° isti olacağı gözlənilir.xeber100.com

Dekabr 21, 2019 4:36

Dekabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda dekabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 11-14° isti, Bakıda gecə 4-6°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 766 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 11-16° isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 20-də Abşeron yarımadasında mülayim şimal küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 7-12° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 6-11° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5°, gündüz 10-15° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında havanın çiskinli olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 3-8° isti olacağı ehtimalı var.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 11-16° isti olacağı bildirilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4°, gündüz 8-13° isti, dağlarda gecə 0-4°, gündüz 6-11° isti olacağı gözlənilir.xeber100.com  

Dekabr 19, 2019 2:52