05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

“Məktəblilərin təhsil müzakirələri” layihəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Məktəblilərin təhsil müzakirələri” debat klubları layihəsinə başlanılıb. Layihə BŞTİ ilə “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.BŞTİ-dən Azərtac-a bildiriblər ki, layihəyə ilk mərhələdə Bakının hər bir inzibati rayonu üzrə seçilmiş məktəbləri daxil edilib. Cəlb olunan məktəblər bütün ümumi təhsil müəssisələri arasında aparılan sorğunun nəticələrinə əsasən müəyyənləşdirilib.Layihənin əsas məqsədi şagirdlərin ünsiyyət imkanlarının genişləndirilməsinə və onların yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, məktəblilərdə auditoriya qarşısında sərbəst çıxış etmək, komanda halında birgə fəaliyyət göstərmək, məntiqi təfəkkürü inkişaf etdirmək, fikri düzgün çatdırmaq kimi bacarıq və vərdişlərin formalaşdırılmasıdır.Təhsil müəssisələrində debat klubların təşkil edilməsi üç mərhələdən ibarətdir.xeber100.com

Fevral 2, 2017 12:05

Tələbələr üçün növbəti elan sessiyası başlayacaq

Fevralın 1-dən “Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına başlayacaq.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, kreditlər üçün müraciət edən tələbələr müəyyən tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.Qeyd edək ki, fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.Müraciətlər martın 15-dək davam edəcək.xeber100.com

Yanvar 31, 2017 11:32

2017/2018-ci tədris ili üçün təqaüd proqramı elan edilib

İslam İnkişaf Bankı (İİB) 2017/2018-ci tədris ili üçün təqaüd proqramı elan edir.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, proqram İİB-in üzvü olan ölkələrin vətəndaşlarına dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili almaq və doktoranturadan sonra tədqiqat işi aparmaq imkanı verəcək.xeber100.com

Yanvar 31, 2017 11:27

Əhməd Dərviş Şərqşünaslıq fakültəsində mühazirə oxuyub

Misir Ərəb Respublikası Qahirə Universitetinin professoru Əhməd Dərviş Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində olub.BDU-dan Azərtac-a bildiriblər ki, ərəb filologiyası kafedrasının professor və müəllimlərinin, ərəb ölkələri üzrə regionşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin iştirak etdikləri görüşdə fakültənin dekanı Elxan Əzizov misirli alimin pedaqoji fəaliyyəti, elmi əsərləri, ərəb ədəbiyyatşünaslığına dair apardığı araşdırmalar haqqında ətraflı məlumat verib.Sonra Əhməd Dərvişin ərəb ədəbiyyatının dövrləri və əsas nəzəri məsələləri barədə mühazirəsi dinlənilib və tələbələrin sualları cavablandırılıb.xeber100.com

Yanvar 31, 2017 11:20

Növbədənkənar kollegiya iclası keçirilib

Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib.Nazirlikdən Azərtac-a bildiriblər ki, kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.Müzakirələr nəticəsində irəli sürülmüş bir neçə təklif əsasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə - Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib. Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır.xeber100.com

Yanvar 31, 2017 11:10

Beynəlxalq elmi-praktik konfrans işə başlayıb

Yanvarın 30-da İqtisad Universitetində  “Təhsilin sosial–iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.Azərtac xəbər verir ki, tədbirdə dövlət qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ictimai xadimlər iştirak edirlər.Yanvarın 31-dək davam edəcək konfrans çərçivəsində “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyillər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzularında panellər təşkil ediləcək. İclaslarda yerli və xarici ekspertlərin məruzələri dinləniləcək.xeber100.com

Yanvar 30, 2017 11:38

Bakı Dövlət Universitetinin məlumatı

Türkiyənin “Elm və Ədəbiyyat Əsəri Sahibləri” İctimai Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin qonağı olub.BDU-dan Azərtac-a bildiriblər ki, görüşdə fakültənin dekanı Elçin Məmmədov Azərbaycan ilə Türkiyə əlaqələrinin əhəmiyyətindən danışıb, İLESAM-ın fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.Şairin həyat və yaradıcılığından bəhs edən videoslayd göstərilib.Mehmet Nuri iki qardaş ölkə arasında mədəni, ədəbi əlaqələrin daha da genişləndirilməsinin, elm, sənət adamlarının irsinin qarşılıqlı şəkildə təbliğ edilməsinin vacibliyini vurğulayıb, İLESAM-ın fəaliyyəti barədə məlumat verib. O bildirib ki, Bakı Dövlət Universiteti ilə də bir çox layihələrin həyata keçirilməsi planlaşdırılıb.xeber100.com  

Yanvar 29, 2017 8:07

Elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında elmi-texniki əməkdaşlığa dair beşillik müqavilə imzalanıb.Müqaviləyə əsasən AzTU-nun müəllimləri ilə Radiasiya Problemləri İnstitutu əməkdaşları arasında tədris və elmi-texniki işlər sahəsində geniş təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində bakalavriat və magistratura səviyyələrində təhsildə fərqlənən tələbələrin institutda aparılan elmi-tədqiqat işlərinə cəlb edilmələri və gələcəkdə həmin elm müəssisəsində işlə təmin olunmaları da həyata keşiriləcək.xeber100.com

Yanvar 28, 2017 4:01

Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Yanvarın 30-31-də İqtisad Universitetində “Təhsilin sosial–iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.UNEC-dən Azərtac-a bildirilib ki, tədbirdə dövlət qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ictimai xadimlər iştirak edəcəklər.Konfransın işi “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyillər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzularında panellər üzrə təşkil ediləcək, iclaslarda yerli və xarici ekspertlərin məruzələri dinləniləcək.xeber100.com

Yanvar 28, 2017 3:56

Vergi orqanlarında işləmək istəyənlər üçün test imtahanı təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə yanvarın 28-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” əsasnaməyə müvafiq olaraq vergi orqanlarında işləmək istəyənlər üçün test imtahanı təşkil edəcək.DİM-dən Azərtac-a bildiriblər ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni yanvarın 25-dən etibarən Vergilər Nazirliyinin inzibati binasından əldə edə bilərlər.xeber100.com

Yanvar 26, 2017 1:57
    Page 116 of 146« First«...102030...114115116117118...130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az