05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

“2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində…

“Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil üçün sənəd qəbulu elan edilir.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, proqrama əsasən tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, tibb elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif olunur.Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır.Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi, tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi isə Macarıstan tərəfindən həyata keçirilir.Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla Təhsil Nazirliyinin internet saytında tanış olmaq mümkündür.xeber100.com

Yanvar 26, 2017 1:52

Səyyar qəbul keçiriləcək

Yanvarın 27-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə səyyar qəbul keçiriləcək.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, 46 nömrəli tam orta məktəbdə təşkil olunacaq səyyar qəbul saat 10.00-da başlanacaq.Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırılacaq, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.xeber100.com

Yanvar 24, 2017 1:38

“Azərbaycan Milli Ensiklopediyası” layihəsi çərçivəsində…

Yanvarın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində AMEA Alimlər Evinin və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsi çərçivəsində “Füzuli dünyası” mövzusunda lektoriya keçirilib.Azərtac xəbər verir ki, Alimlər Evinin direktoru N.Quliyeva ikinci dəfə təşkil olunan lektoriyanın dahi şair Məhəmməd Füzuliyə həsr olunduğunu söyləyib, bu cür tədbirlərin ictimaiyyət üçün əhəmiyyyətini qeyd edib.xeber100.com

Yanvar 24, 2017 1:36

Dövlət İmtahan Mərkəzi seminar-məşğələləri davam etdirir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün seminar-məşğələlər davam etdirilir.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Xaçmaz regional bölməsindən Azərtac-a bildiriblər ki, seminarlara şimal bölgəsi üzrə ümumilikdə, 370 müəllim cəlb olunub. Şabran, Siyəzən, Xızı və Qusar rayonları üzrə təlimlər artıq başa çatdırılıb. Regional bölmənin əməkdaşları tərəfindən yanvarın 25-də Qubada, 27-də isə Xaçmazda seminarlar keçiriləcək.İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 20-25 nəfərlik qruplarla təşkil olunur.Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir.xeber100.com

Yanvar 24, 2017 1:32

“Olimpiya Hərəkatı–2017” idman proqramı çərçivəsində…

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri “Olimpiya Hərəkatı–2017 (Olympic Moves–2017)” idman proqramı çərçivəsində keçirilən yarışlarda iştirak edirlər.BŞTİ-dən Azərtac-a bildiriblər ki, “Olimpiya Hərəkatı–2017” idman proqramamının əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və fəal həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdir.xeber100.com

Yanvar 23, 2017 12:01

Dövlət İmtahan Mərkəzinin məlumatı

Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanları  keçirilib.DİM-dən Azərtac-a bildiriblər ki, imtahanlar mərkəzin inzibati binasında təşkil olunub və təlimata uyğun keçirilib. İmtahanlarda 57 nəfərin iştirakı nəzərdə tutulsa da, 43 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün lazımi şərait yaradılıb.xeber100.com

Yanvar 23, 2017 11:56

İqtisad Universitetinin məlumatı

İqtisad Universitetində  magistratura və doktorantura təhsil pilləsi üzrə təhsil və tədrisin keyfiyyətinin artırılması məqsədi ilə yaradılan Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) ilk semestr imtahanları yekunlaşıb.UNEC-dən Azərtac-a bildirilib ki, Mərkəz Təhsil Nazirliyinin magistratura təhsil pilləsinin iqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni qəbul edilmiş təhsil standartları əsasında fəaliyyət göstərir. Mərkəzdə 5 ixtisas üzrə 150-dək magistr təhsil alır. BMDM-də beş ixtisas üzrə dörd dildə və yazılı qaydada 45 imtahan təşkil olunub. Magistrlərin biliyi yazılı açıq suallar, şirkət analizləri, biznes keyslər, tədqiqat və araşdırma tipli imtahan metodları ilə müəllimlər tərəfindən qiymətləndirilib. Nəticələr açıqlandıqdan sonra üç gün müddətində apellyasiya şikayəti verilə bilər. Şikayətin baxılması üçün komissiya formalaşdırılır və ən geci 15 iş günü müddətində magistrə apellyasiyanın nəticəsi barədə məlumat verilməsi nəzərdə tutulur.xeber100.com

Yanvar 22, 2017 2:28

İmtahan Mərkəzində TOEFL imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilir. DİM-dən Azərtac-a bildiriblər ki, imtahan DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq və saat 8.00-da başlanacaq. İştirak edəcək şəxslər saat 7.30-dək imtahan binasında olmalıdırlar.xeber100.com

Yanvar 14, 2017 2:10

“İmtahan sessiyasının təşkili və keçirilməsi barədə”…

Yanvarın 13-də Azərbaycan Texniki Universitetində (AzTU) təhsil naziri M.Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə əsasən payız semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.Azərtac xəbər verir ki, kütləvi informasiya vasitələrinin nümayəndələri, ekspertlər və valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.xeber100.com

Yanvar 13, 2017 12:04

İşə qəbul üzrə imtahan keçiriləcək

Yanvarın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nəzdində yaradılan Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin imtahan mərhələsi keçiriləcək.BŞTİ-dən Azərtac-a bildiriblər ki, imtahanda TDM-də metodist (mentor) kimi çalışmaq arzusunda olan 175 nəfərin iştirakı nəzərdə tutulub.İmtahan elektron qaydada aparılacaq. Suallar təhsil qanunvericiliyi və ixtisasla bağlı mövzuları əhatə edəcək. Daha sonra namizədlər təqdim olunmuş mövzulardan birini seçərək esse yazacaqlar. İmtahanda müəyyənləşdirilmiş balı toplayan şəxslər müsahibə mərhələsinə buraxılacaqlar.xeber100.com

Yanvar 13, 2017 11:59
    Page 117 of 146« First«...102030...115116117118119...130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az