03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

IV Beynəlxalq enerji texnologiyaları konfransı keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev Türkiyənin İstanbul şəhərində keçirilən IV Beynəlxalq enerji texnologiyaları konfransında iştirak edib.BANM-dən Azərbaycan-a bildiriblər ki, konfransın plenar iclasında F.Əliyev “Mənfi təzyiq effekti əsasında neftçıxarma sistemlərində enerjiqoruyucu texnologiyalar” mövzusunda məruzə ilə çıxış edib.Konfrans çərçivəsində Azərbaycanın müxtəlif ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlı olan universitetlərin nümayəndələri BANM ilə də elm və tədris sahəsində münasibətləri genişləndirmək niyyətlərini bildiriblər.xeber100.com

Dekabr 26, 2016 11:40

“Asiya Pasific Sosial Biznes Forum” ilə bağlı müzakirələr aparılıb

İqtisad Universitetində (UNEC) dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən Yunus Sosial Biznes mərkəzlərinin (YSBM) nümayəndələri ilə virtual konfrans keçirilib. Konfransda YSBM-in fəaliyyəti müzakirə olunub.UNEC-dən Azərtac-a bildirilib ki, virtual konfrans ideyası bu ilin noyabrında Parisdə keçirilən Sosial Biznes Akademiya tədbiri çərçivəsində universitetin rektoru Ədalət Muradovun da iştirak etdiyi,  professor Məhəmməd Yunusla görüş zamanı irəli sürülüb.Online konfransda 2017-ci ilin sentyabrında Malayziyada təşkil edilməsi planlaşdırılan “Asiya Pasific Sosial Biznes Forum” ilə bağlı müzakirələr aparılıb.xeber100.com

Dekabr 23, 2016 12:59

Təhsil Nazirliyinin təşkilatçılığı ilə…

Dekabrın 23-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün iki nömrəli ümumi orta internat məktəbində 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.Azərtac xəbər verir ki, tədbirdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.Şagirdlərə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.xeber100.com

Dekabr 23, 2016 12:56

“Məktəb icmaları” yaradılır

Bakı şəhərindəki 147 nömrəli Texniki-Humanitar Liseydə “Məktəb icmaları” layihəsinə yeni qoşulmuş ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri, layihənin əməkdaşları, layihəyə yeni qoşulan 70 ümumi təhsil məktəbinin direktoru və valideynlər iştirak ediblər.BŞTİ-dən Azərtac-a bildirilib ki, görüşdə “Məktəb icmaları” layihəsi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, məktəb icması – məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagirdlərin birliyidir. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.xeber100.com

Dekabr 23, 2016 12:53

II Beynəlxalq konfrans keçirilir

Dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) humanist pedaqogika üzrə ikinci beynəlxalq konfrans və seminar keçirilir.Dekabrın 25-dək davam edəcək seminarda humanist pedaqogikanın əsasları müzakirə olunacaq, Latviya, Litva, Rusiya, Qazaxıstan və Gürcüstanın görkəmli pedaqoq alimlərinin təqdimatları dinləniləcək.xeber100.com

Dekabr 21, 2016 12:08

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı…

Dekabrın 23-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın Nərimanov və Nizami rayonları üzrə səyyar qəbul keçiriləcək.BŞTİ-dən Azərtac-a bildiriblər ki, Bakıdakı Məktəb Lisey Kompleksində təşkil olunan səyyar qəbul saat 10:00-da başlanacaq.Səyyar qəbulun keçirilməsinin məqsədi vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin edilməsidir.xeber100.com

Dekabr 21, 2016 12:00

“Dünya azərbaycanlıları: tarix və müasirlik”…

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının və Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasının 25 illiyinə həsr edilən “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda birinci elmi konfrans keçirilir.Azərtac xəbər verir ki, tədbirdə BDU-nun tarix fakültəsinin dekanı A.Rzayev müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli liderin tarixi rolundan danışıb.Dekabrın 22-də başa çatacaq konfransda tələbələrin 50-dək məruzəsi dinləniləcək.xeber100.com

Dekabr 21, 2016 11:57

“Puşkin İnstitutu” tərəfdaşlıq şəbəkəsi mərkəzi yaradılıb

Bilik Fondunda “Puşkin İnstitutu” tərəfdaşlıq şəbəkəsi mərkəzi yaradılıb.Azərtac xəbər verir ki, dekabrın 19-da mərkəzin açılışına həsr olunmuş tədbir keçirilib.Tədbirdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov yeni mərkəzin yaradılmasının məqsədi, fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, bu mərkəz Bilik Fondu ilə Rusiyanın A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu arasında imzalanmış müqavilə çərçivəsində təşkil edilib. Burada rus dili üzrə kurslar keçiriləcək.Dövlət Rus Dili İnstitutunun prorektoru Marina İvanovna və digər çıxış edənlər mərkəzin səmərəli fəaliyyət göstərəcəyinə əminliklərini bildiriblər.xeber100.com

Dekabr 19, 2016 12:14

BDU-də 25 illik yubiley tədbiri keçirilib

Dekabrın 19-da Bakı Dövlət Universitetində (BDU) sosial elmlər və psixologiya fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr olunan tədbir keçirilib.Universitetdən Azərtac-a bildiriblə ki, rəsmi hissədə çıxış edən rektor A.Məhərrəmov BDU-nun tarixi, beynəlxalq əlaqələri, əldə olunan uğurlar barədə danışıb. Bildirilib ki, sosial elmlər və psixologiya fakültəsi ölkəmizdə baş verən sosial-siyasi hadisələr fonunda suveren dövlətimiz üçün sosial-siyasi münasibətlər ixtisasları üzrə kadr hazırlığına ehtiyacdan yaranıb. O da qeyd olunub ki, bu fakültənin yaradılması ilə universitetin, respublikanın humanitar elm və təhsilinin tarixində yeni bir mərhələ açıb.xeber100.com    

Dekabr 19, 2016 12:11

Məzun Karyera sərgisi keçirilib

Dekabrın 17-də Neft və Sənaye Universitetində Məzun Karyera sərgisi keçirilib.ADNSU-dan Azərtac-a bildiriblər ki, sərgidə 35-dək şirkətin, o cümlədən Neft Şirkətinin (SOCAR), “Azərikimya” İstehsalat Birliyinin nümayəndələri universitetin tələbə və məzunlarına vakant iş yerlərini təklif ediblər.Tədbirdə 1500-dən çox tələbə və məzun iştirak edib.Şirkətlərin rəhbərləri və nümayəndələri ilə görüşdə ADNSU-nun rektoru Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti və təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. O da qeyd olunub ki, tələbələrin müəssisələrdə təcrübə keçmələrinin çox önəmli olduğunu söyləyib və qeyd edib ki, bundan sonra hər ilin may və dekabr aylarında məzun karyera sərgilərinin keçirilməsi planlaşdırılır.xeber100.com

Dekabr 17, 2016 5:44
    Page 120 of 146« First«...102030...118119120121122...130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az