03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…

Noyabrın 26-da Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçiriləcək.MDU–nun Bakı filialından Azərtac-a bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi abituriyentləri 2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları ilə tanış etməkdir. “Açıq qapı” günündə abituriyentlər MDU–nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr hazırlığı ilə bağlı hərtərəfli məlumat almaq imkanı əldə edəcəklər.xeber100.com

Noyabr 22, 2016 3:16

Əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

Bakı Ali Neft Məktəbində (BANM) bu ali təhsil ocağı ilə Türkiyənin İzmir Çələbi Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.BANM-dən Azərtac-a bildiriblər ki, sənəddə müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, hər iki tərəfin korporativ tədbirlərində tələbə və əməkdaşların iştirakı nəzərdə tutulur. Həmçinin birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, o cümlədən “ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır.xeber100.com

Noyabr 21, 2016 11:24

Beynəlxalq konfrans keçiriləcək

Noyabrın 25-də Naxçıvan Dövlət Universitetində (NDU) “Azərbaycanda təhsil siyasətinin prioritetləri: müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.Təhsil İnstitutundan (Tİ) Azərtac-a bildiriblər ki, tədbir Tİ, NDU və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.xeber100.com

Noyabr 21, 2016 11:19

“Məktəbdaxili qiymətləndirilmə” mövzusunda seminar keçiriləcək

Dekabrın 2-də Təhsil İnstitutunda “Şagird nailiyyətlərinin məktəbdaxili qiymətləndirilməsi: tədqiqatlar, nəticələr” mövzusunda seminar keçiriləcək.İnstitutdan Azərtac-a bildiriblər ki, seminarın keçirilməsinin məqsədi şagird nailiyyətlərinin məktəbdaxili qiymətləndirilməsinin mövcud vəziyyəti ilə bağlı aparılan tədqiqatlardan əldə olunan nəticələrlə təhsil işçilərini tanış etmək, müvafiq rəy və təklifləri toplamaqla tövsiyələr hazırlamaqdır.xeber100.com  

Noyabr 21, 2016 11:16

“Türkologiyanin müasir problemləri”…

Moskvada Rusiya Xalqlar Dostluğu Universitetinin və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Türkologiyanin müasir problemləri: dil-ədəbiyyat-mədəniyyət” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.BDU-dan Azərtac-a bildiriblər ki, konfransda bu ali məktəbin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyevanın çıxışı dinlənilib.xeber100.com

Noyabr 19, 2016 8:04

“BP yay təcrübəsi-2017” mövzusunda tədbir keçirilib

Neft və Sənaye Universitetində (ADNSU) “BP yay təcrübəsi-2017” mövzusunda tədbir keçirilib.Universitetdən Azərtac-a bildiriblər ki, tədbirdə BP-nin işə qəbul üzrə məsləhətçisi Mehriban Şıxzamanova bu qurumun yay təcrübəsi proqramını elan edib. Tələbələrə təcrübə proqramı barədə məlumat verən M.Şıxzamanova müraciət qaydaları, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. O, təcrübə proqramında universitetin yalnız 2018-ci il məzunlarının iştirak edə biləcəyini vurğulayıb.Daha sonra proqramın iştirakçısı olan tələbə Fəridə İsmayılova təqdimatla çıxış edib, qazandığı təcrübədən danışıb.Sonda tələbələrin sualları cavablandırılıb.xeber100.com

Noyabr 19, 2016 7:59

BDU-da tibbi-psixoloji seminar keçirilib

Bakı Dövlət Universitetində (BDU) “Səmərəli ünsiyyət texnikaları” və “Virus hepatitlərindən qorunma yolları” mövzusunda tibbi-psixoloji seminar keçirilib.BDU-dan Azərtac-a bildiriblər ki, seminarda universitet tələbə həmkarlar ittifaqı komitəsinin sədri Daşqın Qəmbərov psixoloji amillərin gənclərin həyatına göstərdiyi təsirdən, gənclərin tibbi-psixoloji maarifləndirilməsinin əhəmiyyətindən danışıb.xeber100.com

Noyabr 18, 2016 11:41

Tolerantlıq Gününə həsr olunan tədbirlər çərçivəsində…

Bakı Ali Neft Məktəbində (BANM) Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbirlər çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu ali təhsil ocağının kollektivi və tələbələri ilə görüşüb.BANM-dən Azərtac-a bildiriblər ki, tədbirdə əvvəlcə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.Tədbirdə BANM-in rektoru E.Qasımov gənclərin maarifləndirilməsi, dini radikalizm meyillərinin qarşısının alınması baxımından bu kimi ekran əsərlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan dövlətini və cəmiyyətini dini radikalizmin təhlükəsindən qorumaq, gənclərin radikal dini cərəyanların təsiri altına düşməmələri üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsi vacibdir.xeber100.com

Noyabr 18, 2016 11:37

İqtisad Universitetində yeni layihəyə start verilib

İqtisad Universitetində (UNEC) “Gənc Bankir Məktəbi” layihəsinə yenidən başlanılıb. “Gənc Bankir Məktəbi-2” layihəsi “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” (SUES) İctimai Birliyinin təşkilatçılığı həyata keçirilir.UNEC-dən Azərtac-a bildiriblər ki, tədbirdə SUES-in sədri Hidayət Kərimov tələbələrin nəzəri biliklərinin praktikada tətbiqində “Gənc Bankir Məktəbi”nin rolundan danışıb.“Bank of Baku”nun mütəxəssisləri tələbələri təlimatlandırdıqdan sonra püşkatma mərasimi keçirilib və iştirakçılar müəyyənləşdirilib.xeber100.com

Noyabr 18, 2016 11:33

Növbəti səyyar qəbul keçiriləcək

Noyabrın 18-də paytaxtın Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə növbəti səyyar qəbul keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildirilib ki, tədbir Xəzər rayonundakı 117 nömrəli tam orta məktəbdə saat 10-da başlanacaq.Qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədilə təşkil edilir.Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.xeber100.com

Noyabr 16, 2016 11:32
    Page 123 of 146« First«...102030...121122123124125...130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az