05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

Elm-Tədris Mərkəzi açılacaq

Noyabrın 1-də Qafqaz Universitetində 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir və “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin açılışı olacaq. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, mərkəzin yaradılmasının məqsədi Qafqaz Universitetində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris etməklə yanaşı, BBMM ilə birgə ölkədaxili və xarici universitetlərdə bu fənlərin tədris olunması üçün kadr hazırlığının təşkili, Azərbaycan və dünya multikulturalizm modellərinin və azərbaycançılıq ideologiyasının elmi əsaslarla öyrənilməsi, bu istiqamətdə yazılmış əsərlərin aprobasiyasının həyata keçirilməsidir.  

Noyabr 1, 2016 10:55

“Moskva merinin təqaüdü”nü alacaq namizədlər təsdiq edilib

Azərbaycan Qəyyumlar Şurasının iclasında Moskva şəhəri Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamenti tərəfindən dəstəklənən “Moskva merinin təqaüdü”nü alacaq namizədlər təsdiq edilib. Namizədlər 2015-2016-cı tədris ilinin yay sessiyasının nəticələri əsasında Azərbaycanın ali məktəb tələbələri arasından seçilib. Azərtac xəbər verir ki, “Moskva merinin təqaüdü” proqramı Azərbaycanda 2007-ci ilin may ayından həyata keçirilir. Qəyyumlar Şurası ildə iki dəfə Azərbaycanın on ali məktəbinin namizədlərini nəzərdən keçirir.Qəyyumlar Şurasının iclasında təqaüdü alacaq 22 namizəd təsdiqlənib. Qeyd edək ki, bu təqaüd ikinci və yuxarı kurs tələbələrinə verilə bilər. Üstünlük yoxsul ailələrdən olan, ictimai həyatda fəal iştirak edən tələbələrə verilir.xeber100.com  

Noyabr 1, 2016 10:51

Təhsil İdarəsinin məlumatına əsasən…

Paytaxt məktəbliləri arasında “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildiriblər ki, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, gənc istedadları üzə çıxarmaq, uşaqlara milli və dini dözümlülük hissi aşılamaq, uşaqların təhlükəsiz, azad və xoşbəxt yaşamasına dəstək vermək məqsədilə təşkil edilən müsabiqədə Bakı şəhərinin ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin yetirmələrinin 250-dək əl işinə baxış keçirilib.xeber100.com

Noyabr 1, 2016 10:42

“Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları”…

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir. Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb.xeber100.com

Oktyabr 30, 2016 8:31

“Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirilib

Oktyabrın 28-də Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində tələbə və məzunların əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirilib. Azərtac xəbər verir ki, yarmarkada ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri və digər müvafiq müəssisələr öz vakansiyaları və karyera planları haqqında məlumatları təqdim ediblər.xeber100.com

Oktyabr 28, 2016 11:26

Təhsil naziri vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov noyabrın 4-də saat 13.00-da Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.xeber100.com

Oktyabr 27, 2016 1:46

Elm Festivalı keçiriləcək

Bu il oktyabrın 31-dən noyabrın 5-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində ikinci Azərbaycan Elm Festivalı keçiriləcək. AMEA-dan Azərtac-a bildiriblər ki, festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətlər barədə məruzələr, cəlbedici elmi şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.xeber100.com

Oktyabr 27, 2016 1:44

Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

Oktyabrın 29-30-da Bakıda “Təhsil” Cəmiyyətinin təşkilatçılığı və “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin dəstəyi ilə Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək. Mərkəzdən Azərtac-a bildiriblər ki, hər il təşkil olunan sərgidə bu dəfə də tələbələrə Türkiyənin tanınmış dövlət və özəl universitetlərində yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər bu kimi məsələlər barədə ətraflı məlumat veriləcək. Həmçinin Türkiyə universitetlərində pulsuz təhsil imkanları barədə təqdimatlar keçiriləcək.xeber100.com

Oktyabr 26, 2016 12:30

“Network Training Center”in təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) professional informasiya texnologiyaları (İT) təlim mərkəzlərindən biri olan “Network Training Center”in təqdimatı keçirilib. AzTU-dan Azərtac-a bildiriblər ki, universitetin İKT departamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Network Training Center”ın rəhbəri Teymur Əzizov mərkəz haqqında məlumat verib. Bildirilib ki, 2014-cü ildə təsis edilən mərkəzdə İT sahəsinə aid bütün istiqamətlər üzrə kurslar təşkil olunur. Qabaqcıl texnologiyalardan yararlanan şirkətin fəaliyyət məqsədi İT sahəsində peşəkar olmaq istəyən gənclərə kömək etmək, onlara düzgün karyera seçimində dəstək verməkdir. Vurğulanıb ki, bu təlimlərə qatılmaq istəyən AzTU-nun tələbələrinə xüsusi güzəştlər ediləcək. Mərkəzdə, həmçinin “Cisco”, “Microsoft”, “Unix/Linux”, “Oracle” kimi vendorların məhsulları haqqında təlimlər həyata keçiriləcək. AzTU-nun İKT departamentinin direktoru Azər İmanquliyev İT sahəsində fəallıq göstərən tələbələrin universitetdə işlə təmin edilməsində maraqlı olduqlarını və gənclər üçün praktik imkanların yaradılacağını deyib.xeber100.com

Oktyabr 26, 2016 12:25

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə…

Oktyabrın 28-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlər üçün növbəti səyyar qəbul keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, Nizami rayonu 12 nömrəli tam orta məktəbdə (ünvan: Özbəkistan küçəsi, 3) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq. Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir. Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.xeber100.com

Oktyabr 25, 2016 10:59
    Page 125 of 146« First«...102030...123124125126127...130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az