Tibb Universitetinin məlumatına görə…

Azərbaycan Tibb Universitetində (ATU) rezidentlərin yekun attestasiyasının təşkilinə dair geniş müzakirələr aparılıb. Universitetin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tədbirdə çıxış edən rektor Gəray Gəraybəyli rezidentlərin yekun attestasiyasının təşkili ilə bağlı müvafiq hazırlıq işlərinin görüldüyünü açıqlayıb. Qeyd edilib ki, səhiyyə naziri Oqtay Şirəliyev rezidentlərin yekun attestasiyasının keçirilməsi barədə əmr imzalayıb. Qaydalara uyğun olaraq, yekun attestasiya 2 mərhələdə aparılır. Bunlardan birincisi – test, ikincisi isə praktiki vərdişlərin mənimsənilməsinə ğörə müxtəlif kliniki halların araşdırılması mərhələsidir. Əmrə əsasən, yekun attestasiyanın birinci mərhələsi oktyabrın 25-də, ikinci mərhələsi isə 27-də və 28–də keçirilməlidir. Tədbirdə qeyd olunub ki, rezidenturaya ilk qəbul 2011-ci ildə başlayıb. 2013-cü ildə təhsil müddəti 2 il olan ixtisaslar üzrə, 2014-cü ildə təhsil müddəti 2 və 3 il olan ixtisaslar üzrə, 2015-ci ildə təhsil müddəti 2, 3 və 4 il olan ixtisaslar üzrə yekun attestasiyası keçirilib. Bu il isə əlavə olaraq təhsil müddəti 5 il olan cərrahi yönümlü ixtisaslar üzrə də yekun attestasiyası keçiriləçək. Bu il bütün ixtisaslar üzrə Bakı şəhərində olan bazalardan 356 nəfər yekun attestasiyasına buraxılıb ki, onların da ayrı-ayrı ixtisaslar üzrə sayı təhsil müddəti 2 il olan 8 ixtisas üzrə 68 nəfər, təhsil müddəti 3 il olan 9 ixtisas üzrə 81 nəfər, təhsil müddəti 4 il olan 12 ixtisas üzrə 110 nəfər, təhsil müddəti 5 il olan 9 ixtisas üzrə 55 nəfərdir. Bunlardan 115 nəfəri ATU-nun məzunlarıdır. Bundan əlavə, 2015-ci ildə attestasiyaya buraxılmayan 16 nəfər və attestasiyanın I və ya II mərhələlərindən keçə bilməyən 13 nəfər də bu il rezidentlərin yekun attestasiyasında iştirak edəcəklər.xeber100.com

Oktyabr 24, 2016 10:41

“Birləşmiş Krallıqda təhsil” sərgisi açılıb

Oktyabrın 22-də Bakıda “British Council-Azərbaycan” təşkilatı tərəfindən yeddinci “Birləşmiş Krallıqda təhsil” sərgisi açılıb. Azərtac  xəbər verir ki, sərginin açılış mərasimində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Krofts ölkələrimiz arasında təhsil əlaqələrinin əhəmiyyətindən danışıb. Böyük Britaniyanın universitetləri, digər təhsil ocaqları barədə məlumat verən K.Krofts dünyanın ən nüfuzlu təhsil müəssisələri arasında onların layiqli yer tutduğunu diqqətə çatdırıb. Səfir Böyük Britaniya universitetlərində müxtəlif ölkələrdən olan gənclərlə yanaşı, azərbaycanlı tələbələrin də təhsil aldıqlarını söyləyib. Qeyd edilib ki, hər il təxminən 600 min gənc ingilis dilini mükəmməl öyrənmək üçün Böyük Britaniyaya gəlir. “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri xanım Elizabet Vayt xaricdə təhsil imkanlarının ilbəil artdığını diqqətə çatdırıb. E.Vayt tədbirin keçirilməsinin məqsədi və əhəmiyyətindən bəhs edib. Oktyabrın 23-də başa çatacaq sərgidə Birləşmiş Krallığın 17 universitet, məktəb və kolleci iştirak edir. Təhsil müəssisələrinin nümayəndələri Böyük Britaniyada ali təhsil pillələri, kollec və orta məktəb təhsili, qısa və uzunmüddətli ingilis dili kursları, yay məktəbləri barədə iştirakçılara məlumat veriblər.xeber100.com

Oktyabr 23, 2016 7:45