Bakı Dövlət Universiteti (BDU) ənənəvi olaraq yeni tədris ilinin başlanğıcında tələbələrini yüksək səviyyədə qarşılamaq üçün iyul-avqust aylarında bir tərəfdən tədrisin yeni formatları üzərində, digər tərəfdən auditoriyaların və bütövlükdə universitetin təmiri ilə bağlı müvafiq işlər aparır. Universitetdən bildiriblər ki, bu il BDU-da bakalavr pilləsində filologiya istiqaməti üzrə türk dili və ədəbiyyatı, fars dili və ədəbiyyatı, magistratura pilləsində isə informasiya hüququ, Qafqaz xalqlarının tarixi, media və kommunikasiya sistemləri, televiziya və radio yayımları menecmenti, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, biomüxtəliflik və təbiətin mühafizəsi, bioekologiya, radiasiya materialşünaslığı və atom və nüvə fizikası kimi yeni ixtisas və ixtisaslaşmalar açılıb. Hər il oldugu kimi, bu il də yeni dərsliklər və dərs vəsaitləri, metodiki göstərişlər, fənn proqramları, tədris planları yazılıb.xeber100.com