03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

İxtisas seçimi internet vasitəsilə aparılacaq

Bu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayıb. Apa-nın xəbərinə görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.xeber100.com

Avqust 15, 2016 11:04

Abituriyentlərin nəzərinə…

Bakı Dövlət Universitetinə  2016-2017-ci tədris ilində qəbul olmuş abituriyentlər müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Təqdim edilməli olan sənədlərin siyahısı BDU-nun saytında yerləşdirilib. BDU-dan Azərtac-a bildiriblər ki, sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatdan keçməlidir..xeber100.com

Avqust 13, 2016 10:39

Beynəlxalq Təhsil Sərgisi təşkil olunacaq

Beynəlxalq Təhsil Sərgisinin məlumatına görə, dünyanın ən qabaqcıl universitetlərinin iştirak edəcəyi sərgidə iştirakçılar ən nüfuzlu universitetlərin nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər. “Fairmont Baku” otelində keçiriləcək sərgi 17 ölkədə fəaliyyət göstərən 200-dən çox universitetin rəsmi nümayəndəsi olan “IGEC” şirkətinin təşkilatçılığı ilə baş tutacaq. Sərgi çərçivəsində təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitetlərlə bağlı verilən sualları cavablandıracaqlar. Sərgidə, həmçinin dünyada təcrübə proqramları haqqında məlumatların verilməsi də nəzərdə tutulub.xeber100.com

Avqust 12, 2016 2:40

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına əsasən…

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 11-də elan edib. Komissiyadan Azərtac-a bildiriblər ki, abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 12-də “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. Tələbə adı qazanmış şəxslər 2016-cı il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.xeber100.com      

Avqust 12, 2016 2:28

Abituriyentlərin nəzərinə…

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olan abituriyentlər müəyyən edilən müddətdə qeydiyyatdan keçməlidirlər. UNEC-dən Azərtac-a bildirilib ki, dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan abituriyentlər qeydiyyat üçün müvafiq sənədləri - attestatın əslini, şəxsiyyət vəsiqəsinin 3 ədəd, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin 2 ədəd və əmək kitabçasının surətlərini, həmçinin 3×4 ölçüdə 5 fotoşəkili (ağ fonda) (işləyənlər üçün) təqdim etməlidirlər. Sənədlər avqustun 15-dən 25-dək (şənbə və bazar günləri istisna olmaqla) hər gün saat 10-dan 18-dək qəbul olunur. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali məktəbə göndərilməyəcək.xeber100.com  

Avqust 12, 2016 2:20

Abituriyentlər üçün ixtisas seçimi davam edir

2016-2017-ci tədris ilində Xəzər Universitetinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi davam edir. Universitetdən Azərtac-a bildirilib ki, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılır. Xəzər Universitetinə qəbul olan tələbələrin siyahısı avqustun 15-də məlum olacaq. Qəbul olan tələbələrin ali məktəbdə qeydiyyatı isə avqustun 15-dən 25-dək aparılacaq.xeber100.com

Avqust 11, 2016 4:08

Valideynlərin ümumi təhsil müəssisələrinin həyatında yaxından iştirakı məqsədilə…

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə “Məktəb müşavirləri xidməti” pilot layihəsinin icrasına başlanılıb. Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, məktəb müşavirlərinin ilkin seçim mərhələsi “ASAN xidmət”də həyata keçiriləcək. Məktəb müşavirinin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq.xeber100.com

Avqust 11, 2016 11:20

İnklüziv təhsil haqqında seminar keçiriləcək

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda sentyabrın 28-də “İnklüziv təhsil: reallıqlar və miflər” mövzusunda seminar keçiriləcək. İnstitutdan Azərtac-a bildiriblər ki, seminarın əsas məqsədi inklüziv təhsil haqqında ictimaiyyət arasında yaranmış bəzi şübhə və yanlış fikirləri aradan qaldırmaq, dünya təcrübəsinə istinad edərək inklüziv təhsilin real mahiyyəti haqqında məlumat verməkdir.xeber100.com

Avqust 11, 2016 11:11

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının məlumatına əsasən…

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir. TQDK-dan Azərtac-a bildiriblər ki, 10 avqust saat 11:30-a olan məlumata görə 37700 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 640 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib. V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər. Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.xeber100.com

Avqust 10, 2016 11:42

“Salam, Rusiya!” layihəsi çərçivəsində…

Avqustun 11-dən 18-dək azərbaycanlı məktəblilərin böyük bir qrupu Sankt-Peterburq şəhərində tədris-maarifləndirmə səfərində olacaq. Səfər Rusiyanın Azərbaycandakı səfirliyinin və “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyinin təşkil etdiyi “Salam, Rusiya!” layihəsi çərçivəsində reallaşacaq. İştirakçıların hamısı rus dili, Rusiya tarixi və mədəniyyəti üzrə müxtəlif layihə və müsabiqələrin qalibləridir. Azərtac Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin saytına istinadla xəbər verir ki, Bakıda səfərə hazırlıq çərçivəsində artıq məktəblilər və onların valideynləri ilə təşkilati məsələlərə dair görüş keçirilib. İştirakçılar nümayəndə heyətinin rəhbərləri, səfərdə iştirak qaydaları və proqramla tanış olublar. Sankt-Peterburqda məktəbliləri maraqlı ekskursiya və görüşlər gözləyir. Onlar Rusiya və “şimal paytaxtı” haqqında yeni məlumatlar əldə edəcəklər.xeber100.com

Avqust 10, 2016 11:24
    Page 133 of 146« First«...102030...131132133134135...140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az