Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına əsasən…

2016/2017-ci tədris ili üçün respublikamızın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul cari il martın 6-da və iyunun 5-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Azərtac-a bildiriblər ki, cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub qeydiyyatdan keçən bakalavrların boş qalan yerlərə təşkil olunan müsabiqədə iştirak etmək hüququ yoxdur. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün cari il avqustun 8-də saat 10:00-dan avqustun 14-də saat 23:59-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (eservices.tqdk.gov.az/erizemag/ixtisas2) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər. Bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər. Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının altıncı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Bakalavrlar TQDK-nın nəşrlərinin elektron versiyalarının online satışı sistemindən istifadə edərək kredit kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının altıncı nömrəsinin elektron versiyasını  da əldə edə bilərlər.xeber100.com

Avqust 8, 2016 10:46

“UNEC Biznes Məktəbi”nin akkreditasiya prosesinə başlanılıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “UNEC Biznes Məktəbi” ölkəmizdə ilk dəfə Amerikanın nüfuzlu AACSB təşkilatının (Universitet Biznes Məktəblərinin İnkişafı üzrə Assosiasiya) üzvü olub. UNEC-dən AZƏRTAC-a bildirilib ki, AACSB-də artıq “UNEC Biznes Məktəbi”nin akkreditasiya prosesinə başlanılıb. AACSB-yə üzvlük “UNEC Biznes Məktəbi”nin marketinq baxımından imicinin artmasına dəstək verməklə ona digər biznes məktəbləri ilə əməkdaşlıq etməyə şərait yaradacaq. Təşkilat vasitəsilə “UNEC Biznes Məktəbi” çoxvektorlu beynəlxalq tədbirlərə qatılmaq, təhsilin idarəedilməsi sahəsində beynəlxalq əmək bazarında müstəsna iş imkanı qazanacaq. Təşkilatın üzvü olmaq güzəştli şərtlər daxilində iş elanları yerləşdirməyə imkan verir. Bu da məktəbin fakültə üzvlərinin səmərəli yerləşdirilməsinə şərait yaradır. Eləcə də “UNEC Biznes Məktəbi” ödənişsiz və məhdudiyyətsiz olmaqla, daha rasional qərarlar qəbul etmək üçün aparıcı təhsil işçilərinin beynəlxalq əməkhaqqı və təminatı barədə informasiya bazasına çıxış əldə edir. Biznes məktəbinin tədqiqat bazalarına limitsiz giriş hüququ, peşəkar və biznes təhsilinin davamlı inkişafı ilə bağlı seminar, konfrans və vebinarlarda iştirak etmək imkanı da nüfuzlu təşkilata üzv olmağın üstünlüklərindəndir.xeber100.com

Avqust 6, 2016 6:07

Təhsil müəssisələrinin adlarının dəyişdirilməsi barədə Əmr…

Təhsil naziri Mikayıl Cabbarov bir sıra təhsil müəssisələrinin adlarının dəyişdirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, əmrə əsasən, Sumqayıt şəhər Fars-ingilis təmayüllü orta internat məktəbi Sumqayıt şəhər internat tipli gimnaziya, Sumqayıt şəhər general M.Əsədov adına tam orta internat məktəbi Sumqayıt şəhəri general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziya, Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbi Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gimnaziya adlanacaq. Bundan başqa, Gəncə şəhər sanatoriya tipli internat məktəbi Gəncə şəhər inteqrasiya təlimli internat tipli gimnaziya, Goranboy şəhər R. Ağakişiyev adına ümumi orta internat məktəbi Goranboy şəhər R. Ağakişiyev adına inteqrasiya təlimli internat tipli gimnaziya, Zaqatala şəhər internat məktəbi Zaqatala şəhər inteqrasiya təlimli internat tipli gimnaziya, Salyan şəhər A. Səfərov adına Ümumi orta internat məktəbi – Salyan şəhər A. Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Siyəzən şəhər Ümumi orta internat məktəbi – Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Balakən rayonu Ümumi orta internat məktəbi – Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziya, Mingəçevir şəhər Tam orta internat məktəbi – Mingəçevir şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Neftçala şəhər M. Səfərov adına İnternat məktəbi – Neftçala şəhər M. Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Lerik şəhər V. İbrahimov adına Tam orta internat məktəbi – Lerik şəhər V. İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbi – Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya adlanacaq. Həmçinin Göyçay şəhər S. Vurğun adına tam orta internat məktəbi Göyçay şəhər S. Vurğun adına inteqrasiya təlimli internat tipli gimnaziya, Tovuz rayonu Qovlar şəhər Qarışıq tipli tam orta internat məktəbi Tovuz rayonu Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziya, Şəki şəhər Qarışıq tipli internat məktəbi Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziya, Bərdə şəhər R. N. Musayev adına (inklüziv komponentli) günüuzadılmış ümumtəhsil orta məktəbi Bərdə şəhər R. N. Musayev adına inteqrasiya təlimli internat tipli gimnaziya adlanacaq. Hüquq şöbəsinə, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə tapşırılıb ki, qeyd olunan müəssisələrin adlarının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi üçün 5 gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilsin. Adları göstərilən müəssisə rəhbərlərinə müəssisənin yeni adına uyğun Nizamnaməsinin müəyyən olunmuş qaydalar üzrə aidiyyəti dövlət orqanında qeydiyyatdan keçirilməsini, möhür və ştampın hazırlanmasını təmin etməsi barədə tapşırıq verilib.xeber100.com

Avqust 3, 2016 12:06