Dövlət İmtahan Mərkəzi: Abituriyentlərin qeydiyyatı davam edir

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı iyulun 26-dək davam edəcək.Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər DİM-in internet səhifəsinə daxil olaraq anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.Tələbə qəbulu elanının “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (30 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidirlər.Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı iyulun 31-də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblər “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində əksini tapıb.xeber100.com

İyul 25, 2022 1:27

7-ci Beynəlxalq Sosial Elmlər Konqresi yekunlaşıb

ADA Universitetində işə başlayan 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi iyunun 4-də Şuşa paneli ilə yekunlaşıb.Konqres iştirakçıları əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.Sonra Şuşa Realnı Məktəbinin önündə Konqresin bağlanış mərasimi keçirilib. Konqres Azərbaycan Respublikasının Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, ADA Universiteti və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.Bağlanış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edib.Rektor Hafiz Paşayev Konqresin məhz Şuşada yekunlaşmasının önəmindən, məsuliyyətindən söhbət açaraq bu tədbirin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə yüksək ehtiramın ifadəsi olduğunu deyib. ADA Universitetinin rektoru çıxışında Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən bəhs edərək regionda cərəyan edən proseslərdə iki ölkənin fəal rol oynadığını vurğulayıb.Konqresin yekun tədbirində, həmçinin İstanbul Mədəniyyət Universitetinin nümayəndələri İhsan Fazlıoğlu və Zəhra Bilgin, Tokat Qaziosmanpaşa Universitetinin rektoru Bünyamin Şahin, Mərmərə Universitetindən Ömər Türkər və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Hüseynov çıxış ediblər.Sonda Cıdır düzünə gələn Konqres iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini anıb, onlara Allahdan rəhmət diləyib, ruhlarına dualar oxuyublar.xeber100.com  

İyun 4, 2022 7:53

2022-2023-cü tədris ili üçün şagird qəbulu aparılır

Lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesi davam edir.Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu sy.edu.az portalı üzərindən iyunun 9-dək aparılacaq. Valideynlər qeyd edilən portal üzərindən övladının “Şəxsi kabinet”i vasitəsilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 müxtəlif seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməklə ərizəni təqdim etməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini (binasını) seçmə imkanına malikdirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak edəcək, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparacaqlar. İmtahan zamanı şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, riyazi məntiq biliklərinin yoxlanılması məqsədilə tapşırıqlar təqdim ediləcək. Lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı kimidir: • 17 iyun - V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün); • 18 iyun - VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün); • 19 iyun - VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün); • 20 iyun - VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).xeber100.com

İyun 2, 2022 10:33

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə qeydiyyat davam edir

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat davam edir.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, mayın 11-i saat 10:00-a olan məlumata görə, 975 bakalavr (Azərbaycan bölməsi 893, rus bölməsi 82) ərizəsini təsdiq edib.Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların qeydiyyatı mayın 17-si saat 23:59-dək internet vasitəsilə aparılır.2022-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər.İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan və xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər. Qəbul imtahanının ikinci cəhdi mayın 29-da keçiriləcək.xeber100.com

May 11, 2022 12:54