05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

AZİİ-İTClub təsis edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti informasiya texnologiyaları profilli ixtisaslar üzrə təhsil alan tələbələrin biliklərinin beynlxalq tələblərə uyğunlaşdırılması, bu sahədə resursların əhatə dairəsinin genişləndirilməsi məqsədilə bir sıra yeniliklərin həyata keçirilməsinə başlayıb. 2015-2016 tədris ilinin əvvəlindən bu istiqamətdə fəaliyyətə başlayan universitet AİSTGroup şirkətinin dəstəyi ilə ötən ilin son günlərində prosesin ilkin mərhələsi olaraq Oracle Academy, Cisco Academy və Microsoft Academy kimi qeydiyyat prosesini tamamlayıb. Trend-in məlumatına görə, eyni zamanda, mühəndislik sahəsində təhsil alan tələbələrin rəsmi lisenziyaya malik proqram təminatlarından faydalanması məqsədilə universitet tərəfindən Autodesk Academic Resource Center qeydiyyatdan keçirilib və nəticədə resurslardan rəsmi istifadə imkanı təmin edilib. Əlavə olaraq universitet tərəfindən akademiyalar çərçivəsində nəzərdə tutulmayan istiqamətlər üzrə imkanları genişləndirmək, bu sahə üzrə fəallığın artırılması, tələbələr arasında informasiya mübadiləsinin aparılması məqsədilə AZİİ-İTClub təsis edilib.  

Fevral 4, 2016 5:33

Bir çox ali təhsil müəssisələri birləşdirilə bilər

Ali təhsil müəssisələrinin  birləşdirilməsi prosesinin davam etdirilməsi istisna deyil. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirinin müavini Ceyhun Bayramov jurnalistlərin universitetlərin birləşdirilməsi ilə bağlı sualını cavablandırarkən deyib. Bayramov onu da xatırladıb ki, bu proses çərçivəsində ötən il Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji universitetinə birləşdirilib. Həmçinin Müəllimlər İnstitutunun bir neçə filialı bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib.

Fevral 2, 2016 3:01

Londonda Dünya Təhsil Forumu

Azərbaycan Forumda təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə uğurla təmsil olunub. Bu Forumda dünya əhalisinin 80 faizinin yaşadığı ölkələr nazir və ya nazir müavini səviyyəsində təmsil olunur. Hökumət nümayəndələri ilə yanaşı, təhsil sahəsində nüfuzlu beynəlxalq şirkətlərin və ali təhsil müəssisələrinin nümayəndələri də tədbirdə iştirak edirlər. Forum Britaniyanın Xarici İşlər Nazirliyi, hökumətin təhsil, biznes və innovasiyalar, beynəlxalq inkişaf departamentləri, həmçinin “British Council” və bir çox sənaye tərəfdaşlarının dəstəyi ilə həyata keçirilir. Açılış mərasimində İngiltərənin təhsil naziri xanım Nikki Morqan və digər çıxış edənlər Forumun əhəmiyyətindən bəhs ediblər. N.Morqan iştirakçılara uğurlar arzulayaraq, tədbirin dünya təhsil sistemindəki ümumi məsələlər, problemlər və ayrı-ayrı ölkələrdəki tədris siyasəti baxımından faydalı olacağına əminliyini ifadə edib. Daha sonra Forum sessiyalarla işini davam etdirib. Nazir Mikayıl Cabbarov Forum çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanda təhsilin prioritet inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.  

Fevral 2, 2016 3:00

BDU-nun imtahanlarında 8 ixtisas üzrə 124 tələbə iştirak edib

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında keçirilən imtahanlarda 8 ixtisas üzrə 124 tələbə iştirak edib. Qeyd edək ki, BDU-nun SABAH qruplarında 13 ixtisas qrupu üzrə 425 tələbə təhsil alır. Universitetdə ingilis dili üzrə imtahan verən digər tələbələrdən fərqli olaraq SABAH tələbələrinin bu fənn üzrə dörd dil bacarığı - danışmaq, dinləmək, oxumaq və yazmaq üzrə bilikləri yoxlanılır. SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir. 1632 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunurlar.

Fevral 2, 2016 2:57
    Page 146 of 146« First«...102030...142143144145146

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az