Test imtahanı verəcək namizədlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 10-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün Bakı şəhərində test imtahanı keçirilir.DİM-dən bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.İmtahan vermək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidir: -şəxsiyyəti təsdiq edən sənədin əsli; -“İmtahana buraxılış vərəqəsi”; -“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).xeber100.com  

Aprel 10, 2022 10:43

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə…

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qurumun tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi fevralın 27-də keçiriləcək.Təhsil İdarəsindən Azərtac-a bildirilib ki, imtahan 20 nömrəli məktəb-liseyin (Yasamal rayonu, Parlament prospekti, 7/11) inzibati binasında təşkil olunacaq.Psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən 787 nəfər elektron portal vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 614 namizədin müsabiqənin test imtahanı mərhələsində iştirakı mümkün hesab edilib. İmtahanın keçiriləcəyi yer və saat barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib.İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.İştirakçı imtahana gələrkən şəxsiyyət vəsiqəsini və COVID-19 peyvənd sertifikatını (və ya immunitet sertifikatı) təqdim etməlidir. Əks halda namizədin imtahanda iştirakı mümkün olmayacaq.Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə, namizədlərin nəticələri ləğv olunacaq.xeber100.com

Fevral 23, 2022 12:21

Əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın və Gürcüstanın ali məktəbləri arasında yaxşı əməkdaşlıq münasibətləri var. Təhsil sahəsində əlaqələrin inkişafı digər istiqamətlərdə də əməkdaşlığın inkişafına geniş imkanlar yaradır.Azərtac xəbər verir ki, bu fikirlər Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevin İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvaşidze ilə görüşündə səslənib.Rektor rəhbərlik etdiyi universitetinin fəaliyyəti, beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti Azərbaycanın Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və digər ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir.Təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan qonşu və dost Gürcüstan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əlaqələrin daha da inkişafında maraqlıdır. Səfərin əsas məqsədlərindən biri də bununla bağlı fikir mübadiləsi aparmaqdır.Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.Söhbət zamanı iki ölkənin ali təhsil müəssisələri arasında tələbə mübadiləsi, təhsil sahəsində birgə əməkdaşlıq, birgə elmi tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.xeber100.com

Fevral 21, 2022 9:28