Təhsil Nazirliyinin məlumatı əsasında…

Ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün iyulun 16-dan alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, alternativ qeydiyyat mərkəzləri bayram günləri qeyri-iş günü olmasına baxmayaraq fəaliyyət göstərəcək.Alternativ qeydiyyat mərkəzləri aşağıdakı ünvanlarda yaradılıb: - Bakı şəhər Nərimanov rayonu 39 nömrəli tam orta məktəb - Ünvan: A.Molla Cümə küçəsi, 24; - Bakı şəhər Yasamal rayonu 53 nömrəli tam orta məktəb - Ünvan: Z. Xəlilov küçəsi, 35; - Bakı şəhər Yasamal rayonu 225 nömrəli tam orta məktəb - Ünvan: Ə. Ələkbərov küçəsi, 507/511; - Bakı şəhər Səbail rayonu 7 nömrəli tam orta məktəb - Ünvan: Ü. Hacıbəyov küçəsi, 28; - Sumqayıt şəhər 36 nömrəli tam orta məktəb (yeni binası) - Ünvan: 20 Yanvar küçəsi, 14/6; - Abşeron rayonu Xırdalan şəhər 3 nömrəli məktəb-lisey - Ünvan: Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi; - Gəncə şəhər 1 nömrəli tam orta məktəb - Ünvan: İ.Qayıbov küçəsi, 2. Alternativ qeydiyyat mərkəzlərinin bayram günlərində də fəaliyyəti nəzərdə tutulur.Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesi iyulun 22-dək davam edəcək. Müraciət üçün portal.edu.az portalında qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.Qeydiyyatla bağlı suallar yaranarsa, 146 “Qaynar xətt” nömrəsinə də müraciət etmək mümkündür.xeber100.com

İyul 18, 2021 3:01

2 mindən çox şagird Azərbaycan dili fənni üzrə imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 24-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində ümumilikdə 12 binada aparılacaq.İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır); - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahanda aşağıda qeyd olunan kateqoriyaya aid abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər. 1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini DİM-in saytındakı linkdən çap edirlər. 2. Mayın 20-də imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri; 3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları. İmtahanda ümumilikdə 2432 (Bakıda 1936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirak nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 12 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 221 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə), 12 bina nümayəndəsi ayrılıb.xeber100.com

İyun 24, 2021 10:39

İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

İyunun 21-dən etibarən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir. Müsahibələrdə müvafiq keçid balı toplamış 1552 namizəd iştirak hüququ qazanıb.Bu barədə Azərtac-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ilkin müsahibələrdə balı 36-dan çox olan və şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrində işləmək istəyən 135 namizəd iştirak edəcək.Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi “Microsoft Teams” platforması vasitəsilə S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasında təşkil ediləcək.Müsahibə keçiriləcək hər günün sonunda Təhsil Nazirliyinin saytında həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan olunacaq. Namizədlər hansı kateqoriya üzrə vakansiyaya uyğun olub-olmadıqları barədə məlumatla tanış ola biləcəklər.Tezliklə namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək. Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (təhsil haqqında sənəd və ona əlavənin əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidir. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.Onlayn müsahibələrin keçirilməsi ilə bağlı müvafiq təlimat hazırlanıb, müsahibədə iştirak etmək hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə göndərilib.xeber100.com

İyun 16, 2021 9:44