03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

2021-2022-ci tədris ili üzrə “Study in Russia” təqaüd proqramı elan edilib

Rusiya Federasiyası 2021-2022-ci tədris ili üzrə “Study in Russia” təqaüd proqramı elan edib.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramına müraciət üçün yaş məhdudiyyəti yoxdur. Proqram çərçivəsində tədris rus dilində aparılacaq. Təqaüd proqramına sənəd qəbulu fevralın 20-dək aparılacaq.xeber100.com

Yanvar 26, 2021 12:44

Dövlət İmtahan Mərkəzi: Bakı və Gəncə şəhərlərində test imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 7-də inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan vəzifələr üzrə Bakı və Gəncə şəhərlərində test imtahanları keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, A növünə aid olan imtahan yalnız Bakı şəhərində kompüter, B növünə aid olan imtahan isə Bakı və Gəncə şəhərlərində kağız daşıyıcılar vasitəsilə aparılacaq.A növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat martın 5-i saat 12-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb.B növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 24-ü saat 12-dək aparılacaq. Bakı şəhərində keçiriləcək imtahanda iştirak üçün 2000 yer, Gəncə şəhərində keçiriləcək imtahan üçün isə 500 yer ayrılıb.İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.xeber100.com

Yanvar 25, 2021 1:31

Təhsil Nazirliyi: Fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılır

Fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılır.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bu günədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib.xeber100.com

Yanvar 18, 2021 10:14

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı əsasında…

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Virtual məktəbdə bir gün” layihəsi çərçivəsində distant dərslərin izlənilməsinə başlanılıb. İlk gün Bakı şəhərindəki 19, 49, 53, 67, 114, 182, 212, 220, 236, 245, 288 və 322 nömrəli tam orta məktəblər üzrə distant dərslər BŞTİ rəhbərliyi və idarənin əməkdaşları tərəfindən müşahidə olunub.Bu barədə Azərtac-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdan ibarətdir.Sonra “Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müəllim və məktəb rəhbərlərinin iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulur.Distant tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə layihə çərçivəsində dərs müşahidələrinin davamlı təşkili qərara alınıb.xeber100.com

Yanvar 12, 2021 3:37

“College of Europe” magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edib

Belçikanın “College of Europe” ali təhsil müəssisəsi 2021-2022-ci tədris ilində magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edib.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, proqram üzrə təhsil müddəti 1 ildir. Təqaüd proqramı ilə maraqlananlar yanvarın 13-dək müraciət edə bilərlər.xeber100.com

Yanvar 9, 2021 4:34

2021-2022-ci tədris ili üçün təqaüd proqramına sənəd qəbulu davam edir

Macarıstanda 2021-2022-ci tədris ili üçün təqaüd proqramına sənəd qəbulu davam edir.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, təqaüd proqramı Macarıstan İnsan Resursları Nazirliyi ilə 2017-ci il dekabrın 7-də imzalanmış “2018-2020-ci illər üzrə iş proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 nəfər Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.Təqaüd proqramına sənəd qəbulu yanvarın 15-i saat 23:59-dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində əlavə məlumatlar Təhsil Nazirliyinin saytında yerləşdirilən elanda verilib.xeber100.com

Yanvar 8, 2021 2:47

Dövlət imtahan Mərkəzi tərəfindən onlayn sınaq imtahanları keçirilir

Dövlət imtahan Mərkəzi (DİM) tərəfindən müxtəlif növ onlayn sınaq imtahanları keçirilir.DİM-dən Azərtac-a bildirilib ki, istifadəçilər portalda fənlər və siniflərin hər bir mövzusu üzrə sınaq imtahanları vermək imkanına da malikdirlər. Bu onlayn test bankında ümumilikdə 28535 test tapşırığı toplanıb.Abituriyentlər (şagirdlər) bütün fənlər üzrə 5-11-ci sinif dərsliklərinin (Azərbaycan dili və riyaziyyat fənni üzrə isə 4-11-ci siniflər) mündəricatında olan hər bir mövzu üzrə sınaq imtahanından (hər imtahanda 10 test tapşırığı olmaqla) və həmin sinif üzrə 5 qiymətləndirmə sınağından (hər imtahanda 20 test tapşırığı olmaqla) istifadə etməklə hazırlıq səviyyələrini yoxlaya bilərlər.İmtahana yazıldığınız fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində siz tapşırıqlara, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz.Portalda qeydiyyat, ödəniş və imtahanlara yazılmaqla bağlı təlimatlarla otk.az portalında “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.xeber100.com

Yanvar 7, 2021 2:20

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

Dövlət İmtahan Mərkəzində (DİM) Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan və informasiya texnologiyaları sahələrinə aid olan beynəlxalq imtahanlar təşkil olunub.DİM-dən Azərtac-a bildirilib ki, ümumilikdə imtahanlarda 4 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyena qaydalarına riayət olunub.Müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə Mərkəzin saytında tanış olmaq mümkündür.xeber100.com

Dekabr 21, 2020 11:35

Təhsil Nazirliyi: Doktorantura təhsili almaq istəyənlər üçün sənəd qəbulu aparılır

Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Proqramını İdarəetmə Qrupu tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyənlər üçün sənəd qəbulu aparılır.Nazirlikdən Azərtac-a bildirilib ki, sənəd qəbulu dekabrın 25-i saat 23:59-dək davam edəcək. Proqram xaricdə prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulur. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə nazirliyin saytında yerləşdirilmiş elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə [email protected] ünvanına müraciət edə bilərlər.xeber100.com

Dekabr 21, 2020 11:33

2021-2022-ci tədris ilində magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edilir

Belçikanın “College of Europe” ali təhsil müəssisəsi 2021-2022-ci tədris ilində magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edir.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, proqram üzrə təhsil müddəti 1 ildir. Təqaüd proqramı ilə maraqlananlar 2021-ci il yanvarın 13-dək müraciət edə bilərlər.xeber100.com

Dekabr 18, 2020 2:14
    Page 23 of 146« First«...10...2122232425...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az