Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.Azərtac DİM-in yanvarın 27-si saat 15:45-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 171 nəfər uğur qazanıb. Onlardan 87-si Qida Təhlükəsizliyi Agentliyində, 24-ü Təhsil Nazirliyində, 19-u Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, 3-ü Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində, 1-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 1-i Milli Televiziya və Radio Şurasında, 1 nəfər isə Masallı Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3704 nəfər sənəd verib. Müsahibə mayın 4-də başa çatacaq.xeber100.com