Dövlət İmtahan Mərkəzi bu gün 29 şəhər və rayonda müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan IX sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsini keçirir. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 33 şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.DİM-dən Azərtac-a bildirilib ki, imtahan saat 11:00-da başlanır.IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün şəhər və rayonlarda ümumilikdə 102 imtahan mərkəzi ayrılıb.İmtahanda 32 min 827 (Bakı 429, Mingəçevir 1385, Şəmkir 2642, Gədəbəy 834, Ağstafa 924, Qazax 975, Tovuz 2099, Balakən 955, Zaqatala 1160, Qax 531, Yardımlı 631, Cəlilabad 2223, Masallı 2192, Lerik 581,Göyçay 1313, Ağdaş 1174, Ucar 922, İsmayıllı 960, Qobustan 380, Ağcabədi 1727, Füzuli 817, Beyləqan 1173, Salyan 1407, Neftçala 812, Hacıqabul 812,Qusar 1114, Quba 1944, Siyəzən 526, Xızı 185) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.İmtahanların idarə olunmasına 102 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2839 nəzarətçi müəllim, 224 buraxılışı təşkil edən əməkdaş, 102 bina nümayəndəsi ayrılıb.xeber100.com